Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Apr.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 23.4.2010
Səhifələr : 1 2 3 4 » #
Ermənipərəst siyasətin iflası
Aprelin 22-də Ermənistan prezidentinin Serj Sarkisyanın Sürix protokollarının ratifikasiya prosedurunu birtərəfli şəkildə dayandırması istər Amerikanın, istərsə də Avropa Birliyinin regiona yönələn siyasətin fiaskosu kimi qiymətləndirilə bilər. Proseslərin indiki durumundan birmənalı nəticələr çıxarmaq mümkündür:

1. Sarkisyan bu addımını ölkəsinin «milli maraqlarının tələbi» ilə izah edib. Nədir Ermənistanın mili maraqları? Buna aydınlıq gətirmək üçün Ermənistan prezidentinin Amerikada nüvə samitində iştirakına və bundan sonra etdiyi diplomatik gedişlərə nəzər salmaq kifayət edər.
Oxumaq
24.04.10  
 
Əvvəl referendum, sonra seçki
Müvəqqəti hökumətin Qırğızıstanı parlamentli respublikaya çevirmək niyyəti qətidir
Oxumaq
23.04.10  
 
Vergi Məcəlləsinə dəyişikliklər layihəsi ictimai müzakirəyə çıxarılıb
İqtisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycan Vergi Məcəlləsinə əlavə və dəyişikliklər layihəsinin ictimai müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirib.

«APA-Economics»in məlumatına görə, əlavə və dəyişikliklərlə bağlı təqdimat keçirən Mərkəzin rəhbəri Vüqar Bayramov bildirib ki, son illər vergi sistemində ciddi islahatların aparılması, e-hökumət elementlərinin tətbiqi ilə bağlı əhəmiyyətli addımların atılmasına baxmayaraq, vergi siyasətinin hər zaman təkmilləşməsi vacibdir.
Oxumaq
23.04.10  
 
Dünyanın 2000 nəhəng şirkətinin reytinqi açıqlanıb
Reytinq cədvəlinə ABŞ-ın “JP Morgan Chase” bankı rəhbərlik edir

Məşhur “Forbes” jurnalı dünyanın 2000 nəhəng şirkətinin reytinqini açıqlayıb. Reytinq cədvəlinə ABŞ-ın “JP Morgan Chase” bankı rəhbərlik edir.
İlk beşlikdə “General Electric” şirkəti, “Exxon Mobil” korporasiyası, ABŞ-ın “Bank of America” və Çinin ICBC bankları da yer alıb.
İlk onluğu İspaniyanın “Banco Santander” bankı, ABŞ-ın “Wells Fargo”, Britaniyanın “HSBC Holdings”, Hollandiyanın “Royal Dutch Shell” və BP şirkətləri tamamlayır.
Oxumaq
23.04.10  
 
Pirqulu qəsəbəsinə qaz xətti çəkilir
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi “Azərbaycan Respublikasının regionlarinın 2009 - 2013–cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı”na uyğun olaraq Şamaxı rayonunun Pirqulu qəsəbəsinə qaz xəttinin çəkilişinə başlanıb. Bu barədə ARDNŞ-ın saytı məlumat yayıb.

Tikinti işlərinə 2010-cu il martın sonlarında start verilib. Qaz xətti polietilen borular vasitəsi ilə çəkilir. Artıq 15 kilometr uzunluğunda olan qaz kəmərinin 2 kilometrə yaxın hissəsində tikinti işləri başa çatdırılıb. Qaz xəttinin çəkilişinin cari ilin payız-qış mövsümünə qədər yekunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə Pirqulu qəsəbəsinə yaxın olan digər kəndlər də yeni çəkilən qaz kəməri vasitəsi ilə mavi yanacaqdan istifadə edə biləcəklər.
Oxumaq
23.04.10  
 
Neftin bahalaşması davam edir
Aprelin 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,17 dollar və ya 0,2% artaraq 1 barelə görə 83,68 dollar təşkil edib.
Aprelin 21-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,90 dollar artaraq 85,70 dollar təşkil edib.
Oxumaq
23.04.10  
 
«Gədəbəy» filiz yatağından çıxarılmış xammaldan 650 kq qızıl istehsal olunub
Azərbaycanın Gədəbəy rayonunda yerləşən qızıl-mis emalı zavodunda bu günədək «Gədəbəy» filiz yatağından çıxarılmış xammaldan 650 kq-a yaxın qızıl istehsal olunub. APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib.
N.Quliyevin sözlərinə görə, qızıl Azərbaycanda müəyyən həddə qədər təmizlənəndən sonra emal üçün xaricə göndərilir. Nazir müavini hesab edir ki, Azərbaycanda qızıl istehsalı artdıqca, ayrıca emal zavodu da tikilə bilər.
N.Quliyev həmçinin əlavə edib ki, hazırda Naxçıvanın Ordubad rayonu ərazisində və Daşkəsən-Gədəbəy bölgəsində yeni perspektivli qızıl yataqlarının axtarışı gedir.
Oxumaq
23.04.10  
 
Boliviya prezidentindən şok açıqlama!
“Toyuqları qadın hormonu ilə doldururlar, buna görə də toyuq yeyən kişilər problemlər yaşayırlar”

Boliviyada nativ iqlim sammiti keçirilir. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, sammitə Venesuela və Braziliya prezidentləri də daxil olmaqla, 130 ölkədən təmsilçi qatılıb. Sammitdə çıxış edən Boliviya prezidenti Evo Morales deyib ki, Avropa və ABŞ-da toyuq əti istehsalçıları hormondan istifadə edirlər: “Toyuqları qadın hormonu ilə doldururlar. Buna görə də toyuq yeyən kişilər problemlər yaşayırlar. Kişilərin saçları tökülür və keçəl qalırlar”.
Oxumaq
23.04.10  
 
Mart ayında təkrar avtomobil bazarında passivlik qeydə alınıb
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) monitorinq qrupunun mart ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda mövsüm üçün xarakterik olan passivlik qeydə alınıb. “ƏBİ” İB-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, bazarın bu seqmentinə müvafiq dövlət qurumları tərəfindən verilən qərarlar nəticəsində (Avro standartlarının tətbiqi və idxalda ili köhnə avtomobollərə məhdudiyyətlərin qoyulması) avtomobil bazarında son iki ayda mürəkkəbləşən vəziyyət mart ayında tədricən stabilləşməyə başlayıb.
Oxumaq
23.04.10  
 
Azərbaycandan Avropa şəhərlərinə aviareyslər bərpa olunub
Azərbaycandan Avropa şəhərlərinə həyata keçirilən aviareyslər mövcud uçuş qrafiki üzrə bərpa olunub. «Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin verdiyi məlumata görə, hazırda Bakıdan Avropa şəhərlərinə bütün aviareyslər normal qaydada yerinə yetirilir: «Təxirə salınmış aviareyslər də həyata keçirilib və hava limanında heç bir aviareys üzrə sıxlıq müşahidə olunmur».
M.Səfərli onu da bildirib ki, eyni zamanda Avropa şəhərlərindən Bakıya, əks istiqamətdə yerinə yetirilən aviareyslərdə də heç bir problem yoxdur.
Oxumaq
23.04.10  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •