|
|
|
Birləşmiş Ərəb Əmirlikləri İrandan adalarını istəyir
|
“İsrailin Qəzza zolağını işğal etməsi ilə bu məsələ arasında heç bir fərq yoxdur”
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla Bin Zayid Al-Nəhyan İranı Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adalarını geri qaytarmağa çağırıb. Al-Nəhyan jurnalistlərlə söhbətində İranı işğalçılıqda günahlandırıb: “Bu üç ada problemi bizimlə İran arasındakı münasibətlərə mənfi təsir buraxır. Bu, Birləşmiş Ərəb Əmirliklərinin hər bir vətəndaşı üçün olduqca acınacaqlı bir problemdir. İsrailin Cövlan yüksəkliklərini, Livanın cənubunu və Qəzza zolağını işğal etməsi ilə bu məsələ arasında heç bir fərq yoxdur. İşğal işğaldır. Təəssüflər olsun ki, İran Birləşmiş Ərəb Əmirliklərinin bu problemin ya birbaşa danışıqlar, ya da beynəlxalq məhkəmə yolu ilə həlli üçün irəli sürdüyü təklifini rədd edib”.
|
Oxumaq
22.04.10
|
| |
|
|
Böyük Britaniyada Nik Kleq sürprizi
|
Onun reytinqi 72 faizə qədər artıb
Böyük Britaniyada parlament seçkisi yaxınlaşdıqca rəqib partiyalar və liderlər arasında mübarizə qızışır. İllər boyu rəqabət Leyboristlər Partiyası ilə Mühafizəkarlar Partiyası arasında gedib. Ancaq bu dəfə siyasi meydanda sıxlıq yaranıb. 1988-ci ildə təsis olunan Liberal Demokrat Partiyası digər iki partiyanın planlarını pozaraq seçicilər arasında daha çox populyarlıq qazanıb. Liberal Demokrat Partiyasının lideri Nik Kleqqin reytinqi durmadan artır. N.Kleqq ilk teledebatda Mühafizəkarlar Partiyasının lideri Devid Kemeronu və hazırkı baş nazir, Leyboristlər Partiyasının lideri Qordon Braunu geridə qoyub. N.Kleqq izləyicilərin böyük rəğbətini qazanıb.
|
Oxumaq
22.04.10
|
| |
|
|
Vulkan sakitləşir
|
Uçmaq olar
İslandiyada yaşanan vulkan püskürməsi səngiməyə başlayıb. Avropanın bəzi ölkələrində təyyarə reysləri artıq yenidən bərpa olunub. Misal üçün, Paris və Madrid aeroportları artıq açıqdır, reyslərin bir qismi hələlik bərpa edilməyib. Mülki Aviasiya üzrə Beynəlxalq Agentlik də (İKAO) Avropa üzərindən uçuşları rəsmi şəkildə təhlükəsiz elan edib. Təşkilatın prezidenti Roberto Kobexa Qonsales bildirib ki, hazırda bir çox ölkənin uçuşları bərpa etmək qərarı bu faktı təsdiq edir. Onun sözlərinə görə, həmin ölkələrin hökumətlərinin uçuşların təhlükəsizliyi ilə bağlı şübhəsi qalsaydı, onlar hava məkanını açmazdılar.
|
Oxumaq
22.04.10
|
| |
|
|
Fransada hicabı yasaqlayan qanun müzakirəyə çıxarılır
|
May ayında Fransa Nazirlər Kabineti ictimai yerlərdə hicabı yasaqlayan qanunu müzakirəyə çıxaracaq. “Media forum” saytının məlumatına görə, hökumətin mətbuat xidməti rəhbəri Lük Şatel belə deyib. Hökumət sözçüsü bildirib ki, hakim partiya və prezident Nikola Sarkozi baş örtüyünün tam qadağan olunmasını istəyir: “Prezidentin fikrincə, baş örtüyü qadınları alçaldır. Biz gələcəyin qanunlarını hazırlayırıq. Bədənin və üzün tam örtülməsi geriyə addım və bizim dəyərlərdən imtina deməkdir”. Hökumətin hesablamalarına görə, Fransada 2 minə yaxın qadın hicabdan istifadə edir.
|
Oxumaq
22.04.10
|
| |
|
|
|
|
|
|
|
|
|