Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Apr.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 20.4.2010
Səhifələr : 1 2 3 » #
"İnter"ə gözlənilməz badalaq
"Neftçi" "Xəzər-Lənkəran"ı vahid lider etdi
Oxumaq
20.04.10  
 
Baş nazir Ərdoğan: Ermənistan səmimiyyət nümayiş etdirməlidir
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesində səmimiyyət nümayiş etdirməlidir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında deyib. Məlumatı CNN Turk yayıb.
Oxumaq
20.04.10  
 
«Anar müəllim bütün yazıçıların əvəzindən yazan deyil»
Nizami Cəfərov: «Bu gün Yazıçılar Birliyinin 1500-ə qədər üzvü var və bunların yaradıcılıqla məşğul olanları çox azdır»

Millət vəkili, Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərovun milli.az xəbəır portalına müsahibəsini ixtisarla təqdim edirik

- Nizami müəllim, bu gün dünyaya inteqrasiya xəttini tutan, mədəniyyətlərarası dialoqun tələbləri ilə cərəyan edən proseslər ədəbiyyat sisteminə hansı vədləri verir?
Oxumaq
20.04.10  
 
ATƏT «İnformasiya əldə etmək haqqında» qanunun tətbiqi ilə bağlı yardımlarını davam etdirəcək
Dövlət orqanları və media qurumları arasında münasibətlərin yaxşılaşdırılması müzakirə edildi

Aprelin 19-da Bakıda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri və media  qurumları arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı iki günlük konfrans işə başladı. «Demokratik cəmiyyətdə dövlət qurumları ilə media arasında effektiv münasibətlərin qurulması» adlandırılan konfransı açan ATƏT-in Bakı ofisinin şöbə rəhbəri Jaklin Karpenter bildirdi ki, bu tədbir təmsil etdiyi təşkilatın informasiya strategiyaları ilə bağlı ikinci seminardır. Strategiya Azərbaycanda 2005-ci ildə qəbul olunan «İnformasiya əldə etmək haqqında» qanunun tətbiqi üçün tərtib edilib. «ATƏT bu qanunun tətbiqinin yaxşılaşdırılması üçün Azərbaycana yardımlarını davam etdirir. Təşkilat qanunun tətbiqi üçün dövlət qurumları ilə media arasında təmasların qurulmasına çalışır» - deyə ATƏT təmsilçisi vurğuladı.
Oxumaq
20.04.10  
 
“Milk&Kisses” ölkəmizi təmsil edəcək
Azərbaycan Yurmalada keçiriləcək “Yeni dalğa - 2010” beynəlxalq musiqi yarışmasında təmsil olunacaq

APA-nın məlumatına görə, müsabiqədə ölkəmizi tanınmış “Milk&Kisses” qrupu təmsil edəcək. İyunun 27-dən avqustun 1-dək keçiriləcək beynəlxalq musiqi yarışmasında 16 iştirakçı təmsil olunacaq. Müsabiqənin münsiflər heyətinin rəhbəri tanınmış bəstəkar və ifaçı İqor Krutoydur. Müsabiqənin I yer qalibi diplom və 50 min avro, II yer 30 min avro, III yer isə 20 min avro dəyərində pul mükafatı ilə təltif olunacaq. Müsabiqənin ən yaxşı ifaçısı sms səsverməsi ilə tamaşaçı tərəfindən müəyyənləşdiriləcək. Azərbaycanla yanaşı bu müsabiqədə Rusiya, Ukrayna, Belarus, Estoniya, Braziliya, Ermənistan və digər ölkələr də iştirak edir. Tədbirin sonunda isə müsabiqə təmsilçilərinin iştirakı ilə qala-konsertin keçirilməsi nəzərdə tutulur.
Oxumaq
20.04.10  
 
Fərda Xudaverdiyevin toyudur
Parodiyaçı-aktyor Fərda Xudaverdiyev subaylığın daşını atmağa hazırlaşır.

ATV telekanalında yayımlanan “Sərbəst FM” yumoristik verilişinin aparıcısı Fərda Xudaverdiyevin aprelin 26-da toyu olacaq. Gələn həftə nikah masasına əyləşəcək aktyor şəxsi həyatı ilə bağlı ətraflı açıqlama verməkdən yayınır. Fərdanın xeyir işi “Monte Karlo” şadlıq sarayında baş tutacaq.
Oxumaq
20.04.10  
 
Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək
Aprelin 28-30-da Heydər Əliyev adına İdman və Konsert Kompleksində “AITF 2010” 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək

“AITF” Turizm və Səyahətlər Sərgisi turizm sənayesinin peşəkarları üçün görüş yeri və  Azərbaycanda öz biznes sahələrini genişləndirmək arzusunda olan şirkətlər arasında “körpü” rolunu oynamaqla yanaşı, ziyarətçilər üçün yeni turizm marşrutlarının açılması baxımından əla bir imkan sayılır. Sərginin keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fəal dəstək göstərir. Sözügedən tədbirə həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstək verilir. Bu il ilk dəfə olaraq “AITF 2010” sərgisində Türkiyə Respublikası tərəfdaş ölkə qismində çıxış edəcək.
Oxumaq
20.04.10  
 
Məşhur aktyor Robert Pattinson Bakıda olub
Aktyorun Səfurə Əlizadənin “Dip ” klipində çəkildiyi bildirilir

Tanınmış Hollivud ulduzu Robert Pattinson Azərbaycana gəlib. Bir neçə gün Bakıda olan Robert Pattinson paytaxtımızı gəzib. Eləcə də aktyor Bakıda fəaliyyət göstərən tanınmış geyim markalardan biri “Etro” mağazasında da olub. Robert Pattinsonun ölkəmizə səfərinin Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin “Drip ” mahnısının klipində çəkilməsi məqsədi daşıdığı da istisna olunmur.
Oxumaq
20.04.10  
 
Hacıqabulda qardaş bacısının başını kəsib
Hacıqabul rayonunda ağır qətl hadisəsi baş verib. Hacıqabul rayon sakini M.Əsədov küçəsi, ev 7 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Müqabil Kərimov bacısı 1962-ci il təvəllüdlü Qətibə Səmədovanın başını kəsib. Hacıqabul rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən M.Kərimov sonradan özü polisə təslim olub. Məlumata görə, M.Kərimov qətli törətməsini ortada faiz borcunun olması ilə əsaslandırıb. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.
Oxumaq
20.04.10  
 
Həmyerlisini bıçaqlayan şəxs tutulub
Paytaxtda bıçaqlanma faktının üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Elvin Məmmədovdur. E.Məmmədov Vilayət Əhmədova bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. Faktla bağlı araşdırmalar aparılır. 
Oxumaq
20.04.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •