|
|
|
Vulkan ÇL-ə mane olmayacaq
|
Avroliqanın oyunları isə təxirə düşə bilər
UEFA Çempionlar Liqasının (ÇL) oyunları İslandiyadakı vulkan püskürməsi ilə bağlı təxirə salınmayacaq. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu vulkanla bağlı rəsmi saytında bəyanat verib. Bildirilir ki, Avropanın kül dumanına bürünməsi ÇL-nin ilk yarımfinal oyunlarının təxirə salınması üçün kifayət qədər əsas deyil: "Bu görüşlər əvvəl nəzərdə tutulduğu tarixlərdə keçiriləcək. Yəni, "Bavariya" -"Lion" oyunu aprelin 20-də, "İnter" - "Barselona" görüşü 21-də baş tutacaq. Bundan bir gün sonra keçirilməli olan Avroliqanın ilk yarımfinal oyunları "Atletiko" - "Liverpul", "Hamburq" - "Fulhem" görüşləri ilə bağlı isə yaxın günlərdə qərar veriləcək.
|
Oxumaq
20.04.10
|
| |
|
|
"Qarabağ" rəhbərliyindən Qurban Qurbanova dəstək
|
"Qarabağ" rəhbərliyi Unibank Premyer Liqasının XXVIII turunda azarkeşlərin baş məşqçi Qurban Qurbanovu istefaya çağırmasına münasibət bildirib. Klubun direktoru Əmrah Çəlikəl apasport.az saytına açıqlamasında qeyd edib ki, gənc çalışdırıcını istefaya göndərmək fikrində deyillər: "Məncə, bir məğlubiyyətə görə onu istefaya göndərmək düzgün deyil. Qurbanova inamımızı itirməmişik. Azarkeşlərin istefa şüarlarını mən də eşitdim. Bizim üçün belə şüarlar əhəmiyyət kəsb etmir". Qeyd edək ki, Q.Qurbanov 2008-ci ilin avqustunda "Qarabağ"ın baş məşqçisi postuna gətirilib
|
Oxumaq
20.04.10
|
| |
|
|
Yseleksiya xarakterli təlim-məşq toplanışı başlayıb
|
toplanışa daha bir oyunçu cəlb edilib
Aprelin 19-da Azərbaycan milli komandasının növbəti seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb. toplanış öncəsi milli komandasının heyətində bir neçə dəyişiklik edilib. "Qarabağ" klubunun futbolçusu Rəşad Sadiqov zədələndiyi üçün bu toplanışda iştirak etməyəcək. Ümumiyyətlə, cari mövsüm R.Sadiqov üçün erkən başa çatıb. Hesabat turunda "Bakı" ilə matçın sonunda meydanı xərəkdə tərk edən 27 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi olub.
|
Oxumaq
20.04.10
|
| |
|
|
|
|
|
|
|
|
|