|
|
|
Bakı metrosunda dəyişikliklər gözlənilir
|
|
“Əzizbəyov”, “Ulduz”, “İnşaatçılar” stansiyalarının adının dəyişdiriləcək, “Nizami”, “Elmlər Akademiyası”, “İçərişəhər”in nativ çıxışları olacaq. Eyni zamanda gediş haqqının artırılması da gözlənilir
|
Oxumaq
03.04.10
|
| |
|
|
|
|
|
|
|
|
Nağıllara inanmayan cocuklar
|
|
Dünyanın məşhur nağılçısı, uşaqların və böyüklərin sevimli yazıçısı Hans Xristian Andersenin doğum günü şərəfinə hər il aprelin 2-si Beynəlxalq Kitab Günü kimi qeyd olunur
|
Oxumaq
02.04.10
|
| |
|
|
“Ulaqlar”dan sonra “Xoruzlar”
|
İraqda yeni partiya təsis edilib
İraqın Kürdüstan bölgəsində yaradılan “Ulaqlar” partiyasından sonra “Xoruzlar” partiyası təsis olunub. “Firat” İnformasiya Agentliyinin məlumatına görə, yeni “Xoruzlar” partiyasının loqosunda İraq bayrağı və xoruz şəkli təsvir olunub. İraqda 7 mart tarixində keçirilən parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra Ninova əyalətinin Telefer şəhərində yaranan yeni partiya rəsmiləri siyasi fəaliyyətlə məşğul olmayacaqlarını, yalnız milli maraqları müdafiə edəcəklərini bəyan ediblər. "Xoruzlar" partiyasının sədri Musa Colax mətbuata verdiyi yazılı məlumatda bildirir ki, bu partiyanın yaranmasına səbəb milli maraqlar və gənclərin azadlığı uğrunda mübarizədir.
|
Oxumaq
02.04.10
|
| |
|
|
ABŞ Çini razı salacağına əmindir
|
İrana qarşı sanksiyaların tətbiqində
Ağ Evin mətbuat katibinin müavini Bill Berton bildirib ki, ABŞ rəhbərliyi nüvə proqramını dayandırmaq üzrə İrana qarşı sanksiyaların sərtləşdirilməsinə dair Çini razı sala biləcəyinə əmindir. «Çinlilər bilir ki, Yaxın Şərqdə nüvə silahlanması onların maraqlarında deyil. Biz əminik ki, İrana qarşı məqsədyönlü təzyiq yoluyla irəliləmənin lazımlığına dair Çinlə razılığa gələ biləcəyik» - deyə o qeyd edib. ABŞ prezidenti Barak Obama İrana qarşı yeni sanksiyaların bu yazda tətbiq olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Yaxın Şərdə nüvə silahlanmasını görmək istəmir.
|
Oxumaq
02.04.10
|
| |
|
|
Obamanın İsraildən 4 aylıq xahişi
|
|
İsrailin «Haaretz» qəzetinin məlumatına görə, ABŞ prezidenti Barak Obama dalana dirənmiş İsrail-Fələstin sülh danışıqlarının bərpası üçün İsrailin Şərqi Qüdsdə tikinti işlərini 4 aylığına dayandırmasını istəyir. Qəzetdə dərc olunan məqalədə deyilir ki, Birləşmiş Ştatlar inşaatın dondurulması müqabilində fələstinlilərin prezidenti Mahmud Abbasa İsrail baş naziri Benyamin Netanyahu ilə birbaşa danışıqlara çalışacağını bildirib. Baş nazir Netanyahunun idarəsi məlumat barədə heç bir açıqlama verməyib. İsrail ABŞ-ın 1967-ci ildə işğal edilən Şərqi Qüdsdə yəhudi yaşayış məskənlərinin inşasını dayandırması çağırışlarını rədd edir. Prezident Abbasın yardımçısı Nabil Abu Rdainah bildirib ki, fələstinlilər birbaşa və ya vasitəli sülh danışıqlarını bərpa etməmişdən əvvəl İsrail Şərqi Qüds və İordan çayının şərq sahilində tikinti işlərini dayandırmalıdır.
|
Oxumaq
02.04.10
|
| |
|
|
Asan olmayan səfər
|
BMT baş katibi Mərkəzi Asiyaya üz tutub
BMT-nin baş katibi Pan Qi Mun Mərkəzi Asiya dövlətlərinə ilk səfərinə çıxıb. Artıq indidən çoxları səfərin asan olmayacağını proqnozlaşdırır. Belə ki, Mərkəzi Asiya dövlətlərinin təkcə öz aralarında yox, eləcə də BMT ilə də müzakirə ediləsi məsələləri var. Qeyd edək ki, Pan Qi Mun səfərinə Aşqabaddan başlayıb. Bəlli olduğu kimi, Türkmənistan zəngin neft və qaz ehtiyatlarına malikdir və bu ehtiyatlar enerjiyə ehtiyacı olan Qərb və Şərq ölkələrinin marağını özünə çəkir. Lakin Türkmənistanın özünü xarici aləmdən təcrid etmə mövqeyi indiyə qədər buraya təşrif buyuranları çətin diplomatik balans axtarışı vəziyyətinə salıb. Regiondakı diplomatlar hesab edir ki, region dövlətləri arasındakı siyasi və iqtisadi rəqabət bölgənin inkişafına ciddi əngəl törədir.
|
Oxumaq
02.04.10
|
| |
|
|
|