|
|
|
Qəzetlər tələbə jurnalistlərə yer ayırmaldırlarmı?
|
|
Tələbə jurnalist məqalə dərc etdirmək istəyir? Bu zaman onlar bir çox redaksiyalarda bürokratik maneələrlə üzləşirlər və tez-tez eşidirlər ki, «qəzetdə yazmağın heç bir mənası yoxdur», «bura sizlik deyil» və s. Belə yanaşma həvəslə işə başlamaq iəstəyən gənc jurnalisti ruhdan salmaya bilməz. Belə olan halda sual yaranır - qəzetlər tələbə jurnalistlərə yer ayırmaldırlarmı? Sorğumuzun bu sualını BDU-nun jurnalistika fakültəsinin tələbələrinə ünvanladıq.
|
Oxumaq
17.04.10
|
| |
|
|
Jurnalistika sahəsində Azərbaycanın ilk elmlər doktoru
|
Famil Mehdi Azərbaycanın jurnalistika aləmində dərin itz qoymuş simalardandır. O, bu sahədə Azərbaycanın ilk elmlər doktoru oldu. 1973-2003-cü illər arasında BDU-da jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışıb. Famil Mehdi yaddaşlarda çox böyük insani dəyərlərə malik şəxsiyyət kimi qalıb. Hər zaman xalqı düşünüb, onun gələcəyə olan arzu və ümidləri ilə yaşamış, Vətən eşqi, Vətən həsrəti ilə alışıb-yanmışdı.
|
Oxumaq
17.04.10
|
| |
|
|
Ana dilli mətbuatımızın ilk təməl daşı “Əkinçi”
|
|
XIX əsr Azərbaycan tarix səhifələrinə gərgin bir dövr kimi yazıldı. O dövrdəki siyasi arenada baş verən hadisələr buna əyani sübutdur. 1813-cü ildə Gülüstanda, 1828-ci ildə isə Türkmənçayda qəsbkar qonşularımız tərəfindən imzalanan müqavilələr xalqımızın bütün müstəqilliyinin əlindən alınması ilə sonuclandı. Beləliklə də Şimali və Cənubi Azərbaycan kimi deyimlər dilimizdə kök saldı, azad söz, müstəqil fikri ifadə etmək anlamları isə xalq üçün yasaqlandı. Xalqın fikrini ifadə etmək üçün bir tribunaya ehtiyac duyulurdu. Uzun məşəqqətlərdən sonra Həsən bəy Zərdabi çar Rusiyasından “Əkinçi” adlı bir qəzetin təsis olunması haqda izn alır.
|
Oxumaq
17.04.10
|
| |
|
|
Jurnalist kadrlar necə hazırlanır?
|
Azərbaycanda jurnalist kadrlar necə hazırlanır? Onlar müasir tələblərə cavab verə bilirlərmi? Elə bu məqsədlə jurnalistika fakültələri fəaliyyət göstərdiyi ali təhsil ocaqları arasında araşdırma apardım. Əldə etdiyim məlumatlardan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda jurnalistlərin və jurnalistikanın səviyyəsinin daha da artırılması yolunda hələ çox işlər görülməlidir. Azərbaycanın bir çox dövlət və özəl ali təhsil müəssisələrində jurnalistika ixtisası tədris edilir. Bunlardan ən nüfuzlusu Bakı Dövlət Universitetidir(BDU). BDU-da jurnalistika ixtisası 1945-ci ildən,filologiya fakultəsinin nəzdində tədris edilməyə başlayıb. 1969-cu ildən müstəqil fəaliyyət göstərən jurnalistika fakultəsindən bu günə qədər 4 minə yaxın məzun diplom alıb. Hazırda 400 bakalavr, 46 nəfər isə magistr dərəcəsi ilə təhsilini davam etdirir.
|
Oxumaq
17.04.10
|
| |
|
|
Səfurə Əlizadənin klip çəkilişlərinə dünya məşhurları cəlb edilib
|
Maykl Ceksonun qısametrajlı «History» filminin rejissoru Rupert Ueynrayt «Avroviziya-2010»da Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə üçün klip çəkir. Milli.Az xəbər portalına «Avroviziya» mahnı müsabiqəsinin Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəylinin verdiyi məlumata görə, britaniyalı bukmeykerlərin «Avroviziya-2010»un əsas favoriti hesab etdikləri «Drip » mahnısına çəkilən klipin Avropa təqdimatı aprelin 28-də olacaq.
|
Oxumaq
17.04.10
|
| |
|
|
Moskvada “Azərbaycanın müasir incəsənəti” adlı sərgi keçirilir
|
|
Moskva şəhərində Azərbaycanın tanınmış rəssamlarının sərgisi təşkil olunub. “Aydan” qalereyasında “Azərbaycanın müasir incəsənəti” adı ilə təşkil olunan sərgidə Leyla Axundzadə, Tərlan Qorçu, Rəşid Axundzadə, Rəşad Ələkbərov, Orxan Hüseynov, Fərid Rəsulov, Eldar Qurbanov və Babi Bədəlovun əsərləri nümayiş etdirilir. Sərginin mayın 9-dək davam edəcəyi nəzərdə tutulur.
|
Oxumaq
17.04.10
|
| |
|
|
Madonnanın DJ-yi Azərbaycana gəlir
|
Dünya şöhrətli məşhur müğənni Madonnanın heyətində çalışan DJ Stan Uilyams Azərbaycana gəlir.
Uilyamsın 30 apreldə “Face” klub-restoranda çıxışı gözlənilir. 20 ildir ki, səhnədə fəaliyyət göstərən sənətçi ilk dəfə olaraq Bakı səhnəsində çıxış edəcək. Stan musiqi karyerasına Nyu-York səhnəsindən başlayıb. Nyu-Yorkun Studio 54, Area, Roxy, Limelight, The Tunnel, Webster Hall və digər səhnə məkanlarında populyarlıq qazanıb.
|
Oxumaq
17.04.10
|
| |
|
|
Azərbaycanlı Polşa dövlət və ictimai xadimlərinin xatirəsinə konsert verəcək
|
Aprelin 19-da Polşanın məşhur kollektivlərindən olan Kamera Filarmonik Orkestri ilə azərbaycanlı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin konserti olacaq. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, konsert aprelin 10-u Rusiyanın Smolensk şəhərində faciəvi şəkildə təyyarə qəzasında həlak olmuş Polşa dövlət və ictimai xadimlərinin xatirəsinə həsr olunacaq. Qdansk şəhərinin “Müqəddəs Triniti” kilsəsində baş tutacaq konsertdə Əyyub Quliyev Polşa Kamera Filarmonik Orkestri ilə polyak bəstəkarı A. Tansmanın “Freskobaldinin mövzusu əsasında variasiyaları”, B. Brittenin “Simple symphony” və ilk dəfə olaraq Polşada səsləndiriləcək dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” simfoniyasını ifa edəcək.
|
Oxumaq
17.04.10
|
| |
|
|
«Falçılara inanmıram»
|
Flora Kərimova: «Heç bir falçı deyə bilməz ki, Flora Kərimova mənim yanıma fala baxdırmağa gəlib»
Baxıcı-ekstrasens Ədilə Şahbazova Milli.Az xəbəð portalına müsahibəsində bir sıra müğənnilər haqqında danışıb, bəzi tanınmışların onun yanına gəldiklərini deyib. Müsahibədən sonra adları çəkilən müğənnilərin fikirlərini öyrənməyə çalışdıq. İlk cavab xalq artisti Flora Kərimovadan gəldi.
|
Oxumaq
17.04.10
|
| |
|
|
|