|
|
|
Böyük Britaniyada vulkan həyəcanı
|
Böyük Britaniya İslandiyada oyanan vulkanın fəsadlarından yayınmaq üçün hava məkanından istifadə edən aviareysləri dayandırıb. Məlumatı Britaniya Hava Hərəkətinə Nəzarət Agentliyinə (NATS) istinadən AFR yayıb. Uçuşlar aprelin 15-də bütün gün ərzində dayandırılıb. Xatırladaq ki, son bir neçə gün ərzində NATS yalnız Şotlandiya hava məkanından istifadə edənlərə qadağa qoymuşdu. Bu xəbərdən sonra Danimarka da hərəkətə gəlib. Bu ölkə isə Şimal dənizi üzərindən uçan təyyarələrə başqa istiqamət seçməyi məsləhət görüb.
|
Oxumaq
16.04.10
|
| |
|
|
Myanmada dəhşətli terror
|
Festival faciəyə döndü
Asiyanın cənub–şərqində yerləşən Myanmada dəhşətli terror hadisəsi baş verib. “Reuters” agentliyinin yaydığı məlumata görə, terror aktı Yanqon şəhərində keçirilən festival zamanı törədilib. Ənənəvi Su Festivalında eyni vaxtda bir neçə partlayış səsləri eşidilib. Qeyri-rəsmi məlumatlara görə, 9 nəfər həlak olub, 50 nəfər yaralanıb. Myanma rəsmiləri rəsmi açıqlama verməyiblər. Polis insidentin baş vermə səbəblərini, ölən və yaralananların sayını dəqiqləşdirir. Terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.
|
Oxumaq
16.04.10
|
| |
|
|
|
|
|