Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Apr.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 15.4.2010
Səhifələr : # « 1 2 3
Tarixi əsər oğursu məhkəmə qarşısında
Məhkəmə qarşısında cavab verənlər özlərini təqsirli saymırlar

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanın tarixi əsərlərinin qaçaqmalçılığında təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında rusiyalı iş adamı Xait Mixayıl Borisoviç və Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı Habil Nəbizadə cavab verir. İttihama görə, təqsirləndirilən Xait Mixayıl Borisoviç 2009-cu ilin dekabrında Bakıdan Moskvaya getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman onun üzərindən qiymətli tarixi əşyalar və suvenirlər aşkar olunaraq götürülüb.
Oxumaq
15.04.10  
 
Prezidentdən kapitana dəstək
Adnan Polat Arda Turana ünvanlanan tənqidləri haqsız hesab edir

Sonuncu turda autsayder "Diyarbəkirspor"u məğlub edən "Qalatasaray" nəhayət ki, qələbə sevinci daddı. Amma həmin qarşılaşmada yaşanan bəzi olaylar heç də birmənalı qarşılanmadı. Söhbət ilk növbədə oyunçuların əleyhinə təzahüratlar səsləndirən azarkeşlərin hərəkətindən gedir. Bundan başqa, tərəfdarların baş məşqçi Frank Raykaarda inanılmaz dəstək sərgiləməsi də bir qədər gözlənilməz qəbul olundu. Bəs görəsən rəhbərlik bütün bunlar haqda nə düşünür?
Oxumaq
15.04.10  
 
"Azərbaycan çempionatının nəyi çətin keçir ki?"
"Azərbaycan çempionatının nəyi çətin keçir ki? Həftədə bir oyun oynayırıq". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev deyib.
"Xəzər-Lənkəran"ın 24 yaşlı qapıçısı yığmanın 3 günlük təlim-məşq toplanışının klubdakı hazırlığına ciddi təsir etmədiyini düşünür. Unibank Premyer Liqasında mübarizənin qızışdığı vaxtda təşkil olunan toplanışda iştirak edən Kamran bu gün keçirilən mətbuat üçün açıq məşqdən sonra fikirlərini açıqlayıb:
Oxumaq
15.04.10  
 
Vaqif Cavadovu daşa basdılar
Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu "Tvente" klubu xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Hollandiya çempionatının son turunda "Alkmaar"la qarşılaşan Enshede təmsilçisinin futbolçuları stadiona çətinliklə daxil olublar. Buna meydan sahiblərinin azarkeşlərinin qonaq komanda üzvlərini arenaya aparan avtobusu daşa basması səbəb olub.
Ötən ilki Hollandiya çempionunun fanatlarının Vaqifin komandasını daşqalaq etməklə, rəqibə xəsarət yetirmək arzusu baş tutmayıb. Elə klubun baş məşqçisi Stiv Maklaren də oyun sonrası mətbuat konfransında baş verənlərdən danışıb: "Yaxşı ki, heç kim xəsarət almadı. Düşünürəm ki, bu bizim oyunumuza heç bir təsir göstərmədi".
Oxumaq
15.04.10  
 
Sərinləşdirici içkilər bazarında növbəti yoxlamalar başlayacaq
Bu dəfə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sərinləşdirici içkilərin təhlükəsizlik göstəricilərini araşdıracaq

İnsan orqanizminin təxminən 70 faizini su təşkil edir. Bunun üçün hər gün tələb olunan su isə orqanizmdən xaric edilən su ilə balans təşkil edir. Belə ki, insana gündəlik 2-2,5 litr su lazım olur ki, elə bu qədər də su orqanizmdən müxtəlif yollarla xaric olunur. Amma orqanizmin normadan 6-8 faiz su kəsiri ilə bədən temperaturu yüksəlir, dəri qızarır, tənəffüs və ürək döyüntüləri sürətlənir, əzələ zəifliyi, başgicəllənmə ortaya çıxır və başağrısı yaranır. Orqanizmin 10 faiz su itkisi orqanizmdə bərpaedilməyən dəyişikliklərə gətirib çıxarır. 15-20 faiz su itkisi isə artıq ölümlə nəticələnir.
Oxumaq
15.04.10  
 
İngilislərin bəstəboylar komandası
İngiltərənin məşhur "Spoyler" internet portalı qeyri-adi seçim edib. Portal bəstəboylu məşhur futbolçuların rəmzi yığmasını tərtib edib.
Qeyd edək ki, internet səhifəsinin əməkdaşları təkcə hazırda yaşıl meydandakı çıxışını davam etdirən yox, həmçinin karyerasını çoxdan bitirən futbolçuları da rəmzi komandaya daxil edib. İndi keçək əsas məsələyə. Bəstəboylardan qurulan komandanın qapısını Kolumbiya yığmasının keçmiş oyunçusu Rene İgita qoruyur. Müdafiə dördlüyünə ingilis Pol Parker, argentinalı Roberto Ayala, italyan Fabio Kannavaro və braziliyalı Roberto Karlos daxil edilib. Yarımmüdafiədə holland Edqar Davids, fransız Klod Makelele, argentinalı Lionel Messi və rusiyalı Andrey Arşavin qərar tutub. "Spoyler"in əməkdaşları rəmzi yığmanın iki hücumçusu kimi şotlandiyalı Keni Dalqliş ilə argentinalı Dieqo Maradonanı seçib.
Oxumaq
15.04.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •