Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Apr.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 14.4.2010
Səhifələr : # « 1 2 3 4
Böhranların səbəbkarı maliyyə sektoru deyil
Maliyyə sektorunun tənzimlənməsində dövlətin effektiv iştirak metodları axtarılır

Tsikllər sərbəst bazar iqtisadiyyatının qaçılmaz atributlarındandır. Bununla belə, son əsrin böhranlar tarixində problemlərin bir qayda olaraq, maliyyə sektorlarından start götürməsi məhz bu sektorun böhranların səbəbkarı olması kimi yanlış fikir formalaşdıra bilər. Halbuki, təcrübə, o cümlədən bu gün yaşadığımız proseslər böhranların daha fundamental səbəbləri mövcudluğunu göstərir. Bu barədə dünən Bakıda keçirilən 6-cı Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə konfransında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı məlumat verib. Komitə sədri prosesə başqa amillərin təsir etdiyini deyib:
Oxumaq
14.04.10  
 
Bu gün Bakıda yunan-Roma, sərbəst və qadın güləşi üzrə Avropa çempionatına start verilib
Apasport.az saytının məlumatına görə, 37 ölkədən 450-yə yaxın idmançının qatıldığı yarışda öncə sərbəst güləşçilər mübarizəyə qoşulublar. Belə ki, bu gün çəkiləri 55 kq, 66 kq, 84 kq və 120 kq olan güləşçilər xalça üzərinə çıxıblar. Bu çəkilərdə Azərbaycan pəhləvanlarından Mahmud Maqomedov, Cəbrayıl Həsənov, Şərif Şərifov və Əli İsayev medallar uğrunda qüvvələrini sınayıblar.
Oxumaq
14.04.10  
 
Kapitandan gözlənilməz hərəkət
Adebayor bir daha Toqo yığmasına xidmət etmək istəmir

Emmanuel Adebayor qeyri-adi qərara gəlib. O, bir daha Toqo yığmasına xidmət etmək istəmir. Bu ilin əvvəlində Anqolada keçirilən Afrika Millətlər Kuboku (AMK) start götürməmiş təşkilatçı ölkə ərazisində silahlı hücuma məruz qalan Toqo millisinin aparıcı hücumçusu beynəlxalq karyerasını həm də dəhşətli hadisəyə görə bitirməyi lazım bilir. Yaxşısı budur Emmanuelin bu haqda yurnalistlərə necə izahat verdiyini öz dilindən eşidək:
Oxumaq
14.04.10  
 
Anekadan sensasion açıqlama
O, Fransa yığmasını İngiltərənin 4-cü divizionunda çıxış edən həvəskar komandaya bənzədib

Hikolya Anelka bir neçə gün əvvəl sensasion açıqlama verib. O, Fransa yığmasını İngiltərənin 4-cü divizionunda çıxış edən həvəskar komandaya bənzədib.
"Çelsi"nin təcrübəli forvardının bu açıqlamayla özünə qəbir qazdığını düşünənlər heç də az deyil. Fransa KİV-i "üçrənglilər"in çalışdırıcısı Raymon Domenekin Hikolyanın bu fikrinə cavabını öyrənməyə çalışıb. Amma istəyinə nail ola bilməyib:
Oxumaq
14.04.10  
 
Romariodan Ronaldinyo dəstək
Artıq mundialın startına iki aydan da az vaxt qalır. Dünya futbol ictimaiyyəti CAR-da keçiriləcək böyük futbol bayramında Ronaldinyonu görməyə bilər...

Hər halda, "Milan"ın aparıcı oyunçularından biri uzun müddətdir Braziliya millisinə çağırılmır. Baş məşqçi Karlos Dunqa bununla bağlı son açıqlamalarında artıq optimal heyəti müəyyən etməsini əsas gətirərək komandada ciddi dəyişiklik etmək niyyətində olmadığına dolayı yolla da olsa işarə vurmasıyla diqqət çəkib. Ronaldinyo isə artıq bir ildən çoxdur milli forma üzünə həsrət qalıb.
Oxumaq
14.04.10  
 
Foqts milli komandanı kurorta aparır
Azərbaycan yığmasının Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi yoldaşlıq oyunlarını qəbul edəcək şəhərlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 23-dən iyunun 3-dək Zalsburq federal torpaqlarının Sent-Yohan Ponqau dairəsində təlim-məşq toplanışı keçirəcək Berti Foqtsun yetirmələri orada 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Oxumaq
14.04.10  
 
Elnur Məmmədli öz ampluasında
Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli (73 kq) yenə məşqlərdən yayınıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı idmançı Zağulbada hazırlıq keçən cüdo yığmasının düşərgəsində yer almayıb. Elnur yalnız hazırlığın ikinci günündə zalda görünüb. Yüngül məşqlə kifayətlənən olimpiya çempionu həmin vaxtdan sonra gözə görünmür.
Budəfəki hazırlıq 22-də Avstriyada startı veriləcək Avropa çempionatı üçün nəzərdə tutulub. Elnurun bu qitə birinciliyinə qatılmayacağı dəqiqdir.
Xatırladaq ki, Elnur Məmmədli aprelin 3-də ailə həyatı qurub.
Oxumaq
14.04.10  
 
Yığmamızın baş məşqçisi: Özünü göstər, əsas heyətdə yer al!
İranda başa çatan "Fəcr" turnirində 7 medal qazanan taekvondoçularımız qısa istirahətdən sonra Qubaya təlim-məşq toplanışına yollanıblar. Aprelin 12-dən start götürən hazırlıq ayın 21-nə kimi davam edəcək. Bu barədə apasport.az saytına açıqlama verən yığmanın baş məşqçisi Ələkbər İmaməliyev bildirib ki, toplanışa 20-dək taekvondoçu cəlb edilib. Təlim-məşq toplanışında əsas məqsəd mayın 10-12-də Sankt-Peterburq şəhərində təşkil ediləcək Avropa çempionatına hazırlaşmaqdır. "Qubada təlim-məşq toplanışı yekunlaşdıqdan sonra İspaniyada beynəlxalq turnirdə mübarizə aparacağıq. Bu yarışda kişi və qadın komandalarımız hər çəkidə 2 idmançı ilə iştirak edəcək. Aprelin 24-25-də keçiriləcək yarışda daha yaxşı nəticə göstərəcək idmançı Avropa çempionatında mübarizə aparacaq heyətə cəlb ediləcək" - deyə İmaməliyev bildirib.
Oxumaq
14.04.10  
 
"Neftçi" islahatlara start verdi
3 futbolçu əsas heyətdən uzaqlaşdırıldı

Bakının "Neftçi" klubu üç legionerini əvəzedici komandaya göndərib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Arif Əsədov son oyunlarda uğursuz nəticələri nəzərə alaraq, serbiyalı qapıçı Vladimir Miçoviç, milli komandasının da üzvü olan türkmən yarımmüdafiəçi Nazar Bayramov və kamerunlu hücumçu Valentin Atemi əvəzedici heyətə göndərməyi qərar verib. Bundan əlavə, əsas heyətin bir sıra oyunçuları klub rəhbərliyi tərəfindən böyük məbləğdə cərimələnib.
Oxumaq
14.04.10  
 
Səhifələr : # « 1 2 3 4
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •