|
|
|
İki il əvvəl törədilən qətlin üstü açılıb
|
Paytaxt sakinin qətlə yetirən şəxs onu bağında torpağa basdırıb
Paytaxtda iki il əvvəl törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə 2008-ci ilin dekabr ayında baş verib. Belə ki, Bakı şəhər sakini Yuri Belousov münaqişə zəminində Masallı rayon sakini Fərhad Quliyevi bıçaqla qətlə yetirib. Daha sonra onun meyitini Nardaran qəsəbəsi ərazisindəki Ləhic bağlar sahəsində torpağa basdırıb. Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirdəri nəticəsində Y.Belousov tutulub. F.Quliyevin çürümüş vəziyyətdə olan meyiti eksqumasiya edilib. Faktla əlaqədar cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Ucarda ağır qətl
|
Ər arvadını qətlə yetirib
Ucar rayonunda ağır qətl hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, ər arvadını qətlə yetirib. Belə ki, Adil Hüseynov qısqanclıq zəminində arvadı Mətanətə bıçaqla xəsarət yetirib. Ağır yaralanan Mətanət hadisə yerində dünyasını dəyişib. Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Hüseynov könüllü olaraq RPŞ-yə gələrək istintaqa təslim olub. Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar aparılır.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Hərbçilərin ölümü ilə nəticələnən yol qəzası törədənlər məhkəmə qar#
|
Məhkəmə qarşısında bir əsgər və bir mülki şəxs cavab verir
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Mürsəl Əliyevin sədrliyi ilə bir neçə hərbçinin öülümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Əzim İsmayılov və mülki avtomobilin sürücüsü Qalib Məmmədov cavab verir. Təqsirləndirilənlər Ə.Məmmədov Cinayət Məcəlləsinin 351.3-cü (döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda) maddəsi ilə ittiham edilir.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Rail Rzayevin yavərinin cinayət işi üzrə hazırlıq iclasının vaxtı dəqiqləşdirilib
|
Cinayət işi üzrə məhkəmə baxışı martın 15-də araşdırılacaq
Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin yavərinin məhkəməsinin vaxtı dəqiqləşib. Generalın qətli ilə bağlı toplanan cinayət işinin materiallarının bir hissəsi Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi İslam Neymanovun sədrliyi ilə araşdıralacaq. İş üzrə məhkəmə baxışı martın 15-də keçiriləcək. Məhkəmə qarşısında mərhum R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev cavab verəcək.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Fərhad Bədəlbəyli Londonda konsert verəcək
|
Musiqiçi bildirib ki, martın 7-də keçirilməsi nəzərdə tutulan konsertdə onun şah əsərlərindən biri səsləndiriləcək
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, pianoçu, xalq artisti Fərhad Bədəlbəyli Londonda konsert proqramı ilə çıxış edəcək. Musiqiçi bildirib ki, martın 7-də keçirilməsi nəzərdə tutulan konsertdə onun şah əsərlərindən biri səsləndiriləcək. “Buta” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Fərhad Bədəlbəylini London Simfonik Orkestri müşayiət edəcək.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Jurnalistlər mükafatlandırıldı
|
|
“Qadınlar həyatımızın bütün sahələrində olduğu kimi jurnalistika sahəsinə də öz töhfələrini verirlər. Zərif varlıqlar sübut ediblər ki, onlar bütün layihələrdə iştirak etmək və uğur qazanmaq gücünə qadirdirlər”. Bu fikirlər dünən Muğam Mərkəzində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQ) təşkilatçılığı ilə 2009-cu ilin hesabatına əsasən jurnalistlərin mükafatlandırma mərasimində səslənib.
|
Oxumaq
05.03.10
|
| |
|
|
«Nabukko»nun yeni problemləri
|
Bolqarıstanın baş naziri Boris Boykov şikayətlənir ki, ABŞ və Avropa İttifaqı layihəni yalnız sözdə dəstəkləyirlər
Avropanın Rusiya qazından asılılığını azaltmağı nəzərdə tutan «Nabukko» qaz kəməri ətrafında yeni problemlər ortaya çıxıb. Milyardlarla dollarlıq layihənin kimin tərəfindən qazla təchiz ediləcəyi barədə sualla yanaşı, onun tikilişinə maliyyə ayrılması kimi suallar lap əvvəldən «Nabukko»nun gələcəyi barədə ciddi problemlər yaratmışdı. Ötən gün isə Sofiyada sona çatmış enerji sammitində Bolqarıstanın baş naziri Boris Boykov şikayət edib ki, ABŞ və Avropa İttifaqı layihəni yalnız sözdə dəstəkləyirlər. Bəs təchizat sazişlərinin bağlanacağı və investisiya qərarlarının qəbul ediləcəyi bu həlledici ildə Nabukko layihəsi nə yerdədir? Bu sualı cavablandıran «Nabukko» konsortsiumunun rəhbəri Raynhard Mitçek bildirib ki, hazırda qaz alıcıları Azərbaycan, İraq, Türkmənistan və Misir kimi potensial qaz təchizatçıları ilə danışıqlar aparırlar.
|
Oxumaq
05.03.10
|
| |
|
|
|
|
|