|
|
Səhifələr : # « 1 2 3 » #
|
"Everton" yığmamızın futbolçusunu istəyir
|
İngiltərənin "Everton" klubu Azərbaycan yığmasının futbolçusunu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi ölkəmizin 21 yaşlılardan ibarət yığmasının bir üzvünü gözaltı edib. Adı çəkilməyən həmin futbolçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə matçın iştirakçısı olub. 2:2 hesabı ilə nəticələnən, yığmamızın 10 nəfərlə qalanda belə yaxşı təsir bağışladığı həmin görüşü izləyən "Everton" menecerləri futbolçumuzu hədəfə alıb. Bu həftəsonu "Everton" rəhbərliyi klubdaxili iclas keçirəcək və bundan sonra həmyerlimizin transferi ilə bağlı futbolçunun məxsus olduğu komandaya rəsmi müraciət olunacağı gözlənilir.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Norveç klubu futbolçumuzu bəyənmədi
|
|
Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun Norveçin "Heuqesunn" klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın yoldaşlıq görüşünü izləmək üçün Lüksemburqa gələn norveçli nümayəndələr, o cümlədən baş məşqçi Yosten Qrindhauq 25 yaşlı müdafiəçini bəyənməyib. Norveç yüksək liqasının debütantı məhz "cırtdan" ölkədə Saşa ilə bağlı son qərarı vermək, lazım gəldiyi halda anlaşmaq fikrində idi. Ancaq səfərdən narazı qalan Qrindhauq futbolçumuzun transferindən imtina edib.
|
Oxumaq
05.03.10
|
| |
|
|
"Mənimlə zarafat edirsiniz?"
|
Berti Foqts yetirmələri ilə ciddi söhbət aparacağını vəd etdi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Lüksemburq üzərində qələbədən (2:1) sonra mətbuat konfransı keçirib. Apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, almaniyalı çalışdırıcı öncə matç barədə fikirlərini bildirib.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Bakıda "Daşınmaz Əmlak İdarəçiliyində Səmərəlilik və Şəffaflıq" mövzusunda Beynəlx
|
G.Adlinqton: "Sistemin daha da yaxşılaşdırılması üçün Azərbaycan hökuməti müəyyən bir yol seçməlidir"
Martın 4-də Bakıda "Daşınmaz Əmlak İdarəçiliyində Səmərəlilik və Şəffaflıq" mövzusunda Beynəlxalq Seminar başlayıb. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və BMT-nin Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlakın İdarəçiliyi üzrə İşçi Qrupunun birgə təşkilatçılığı ilə reallaşan seminar öz işini bu gün yekunlaşdıracaq. Tədbirdə ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, İtaliya, Danimarka, Gürcüstan, Çexiya, Norveç, İsveç, Xorvatiya, Yunanıstan, Latviya kimi 30-a yaxın dövlətin nümayəndəsi təmsil olunur.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Azərbaycanda daşınmaz əmlakın kadastrı və dövlət qeydiyyatının təkmilləşdirilməsinə mane olan amillər
|
|
Azərbaycanda daşınmaz əmlakın kadastrı və dövlət qeydiyyatının təkmilləşdirilməsi sahəsində qazanılmış uğurlarla yanaşı, qarşıya qoyulan vəzifələrin tam başa çatdırılmasına mane olan amillər də var. Həmin amillərdən ən başlıcası ölkə ərazisinin 20 faizinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasıdır. Belə vəziyyət "Daşınmaz əmlakın qeydiyyatı" layihəsində görülən işlərin bütün ölkə ərazisini əhatə etməyə imkan vermir. Bu barədə dünən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəis müavini Sədrəddin Cəfərov məlumat verib. Onun sözlərinə görə, işğal edilmiş bölgələrimizdə Azərbaycan vətəndaşlarına məxsus yüz minlərlə daşınmaz əmlak dağıdılaraq məhv edilib.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Qanunsuz tikililərlə bağlı problem tam öyrənildikdən sonra nizama salınacaq
|
Hazırda qiymətləndirmə üçün araşdırma aparılır
Hökumətin qanunsuz tikililərlə bağlı problemə diqqət yetirməsi təqdirəlayiqdir. Özbaşına tikililərin nizama salınması işi Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında imzalanmış kredit sazişinə uyğun olaraq həyata keçirilən "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində aparılır. Hazırda beynəlxalq ekspertlər vəziyyəti öyrənməklə məşğuldur. Bu barədə dünən jurnalistlərə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Damət Bağırov məlumat verib. Onun sözlərinə görə, problem hərtərəfli öyrənildikdən sonra müvafiq işlərə başlanılacaq: "Bu sahədə işçi qrupumuzla xarici ekspertlər tərəfindən araşdırmalara başlanılıb. Problem tam öyrənildikdən sonra bu məsələlər təhlil edilib qiymətləndiriləcək və nizama salınacaq".
|
Oxumaq
05.03.10
|
| |
|
|
Özgə maşını ilə uzağa getmək mümkün olmayıb
|
|
Martın 3-də saat 15.00 radələrində, Ağcabədi rayonu ərazisindən rayon sakini İsa Qasımova məxsus "VAZ-21043" markalı avtomaşın qaçırılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirdəri nəticəsində avtomaşını qaçıran Ürənqala qəsəbə sakini Adəm Əhmədov tutulub. A.Əhmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Bir neçə oğurluq faktının üstü açılıb
|
Hadisələr əsasən mənzillərdə törədilib
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, dekabırın 15-də "Anar" şadlıq evində, Bakı şəhər sakini Tumas Əliyevə məxsus mobil telefon oğurlanıb. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirdəri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Abdullayev tutulub. Cari il fevral ayının 12-dən mart ayının 2-dək olan müddət ərzində İmişli rayon sakini Rafiq Məmmədovun evindən 1 ədəd maqnitofon, 2 ədəd qaz balonu və məişət əşyaları oğurlanıb. İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Rəsullu kənd sakini Tapdıq Nəsirov tutulub.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Beyləqanda əxlaqsızlıq yavası aşkarlanıb
|
|
Beyləqanda əxlaqsızlıq yavası aşkarlanıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ramilə Əsədova saxlanılıb. R.Əsədova evində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilir.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Borc üstündə yaranan mübahisə qətllə nəticələnib
|
Bir nəfər dünyasını dəyişib, biri isə yaralanıb
Neftçala rayonunda borc üstündə yaranan mübahisə qətllə nəticələnib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə martın 4-də saat 05.00 radələrində baş verib. Belə ki Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində, kənd sakini Əmrah Əhmədov pul borcu ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində bıçaqla həmkəndlisi Təmayül Əliyevanı qətlə yetirib. Onun əri Telman Əliyevə isə xəsarət yetirib. Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Ə.Əhmədov könüllü olaraq RPŞ-nə gələrək istintaqa təslim olub. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
05.03.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 » #
|
|