Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 




 
 
 
Xəbərlər / 4.3.2010
Səhifələr : # « 1 2 3
Paytaxtda yenə güllə səsi eşidilib
Emin Hüseynov ov tüfəngi ilə həmyerlisinə xəsarət yetirib

Paytaxtda yenə güllə səsi eşidilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə Əzizbəyov rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində baş verib. Emin Hüseynov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Bakı şəhər sakini Vüqar Əliyevə xəsarət yetirib. V.Əliyev xəstəxanaya yerləşdirilib. Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov saxlanılıb. Ondan 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxumaq
04.03.10  
 
Bir neçə oğurluq faktının üstü açılıb
Sədərək Ticarət Mərkəzindən oğurluq edən Naxçıvan sakini tutulub

Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, oğurluq hadisələrindən biri Sədərək Ticarət Mərkəzində törədilib.
DİN Baş Mühafizə İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Naxçıvan şəhər sakini Əfsər Nəcəfov saxlanılıb. Ə.Nəcəfov Sədərək Ticarət Mərkəzində Bakı şəhər sakini Rəfayel Niftiyevə məxsus mağazadan oğurluq etməkdə təqsirləndirilir.
Oxumaq
04.03.10  
 
10 min manat mükafat
Valyutadəyişmə məntəqəsinə basqın edən şəxs haqqında məlumat verən şəxslərə mükafat təyin edilib

Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinə basqın edən şəxs haqqında məlumat verən şəxslərə mükafat təyin edilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat açıqlayıb. Məlumata görə, anonimlik tam təmin edilməklə düzgün xəbər verən şəxsə 10.000 manat pul mükafatı veriləcək.
Oxumaq
04.03.10  
 
Azərbaycanda Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya nəqli üçün hər bir şərait var
ARDNŞ prezidenti Böyük Britaniyanın Enerji Naziri Lord Huntla görüşüb

Martın 3-də ARDNŞ prezidenti Rövnəq Abdullayevlə Böyük Britaniyanın Enerji Naziri Lord Huntun başçılıq etdiyi nümayəndə heyətinin görüşü olub. Azərbaycanla Böyük Britaniya arasında, eləcə də Azərbaycan və Britaniya şirkətləri arasında yüksək səviyyəli münasibətlər yarandığını vurğulayan Rövnəq Abdullayev ölkəmizdə xarici sərmayədarlar üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb.
Oxumaq
04.03.10  
 
Qubada yüz tonlarla alma məhv olub
Quba bağbanları min bir əziyyətlə yetişdirdikləri almanın xeyli hissəsini çölə atmaq məcburiyyətində qalıb.

Buna səbəb yığılan məhsulu qışın şaxtasından qorumaq üçün lazımi şəraitin olmaması ilə əlaqələndirilir.
Fevral ayının sərt şaxtası meyvəçiləri ciddi problemlə üzləşdirib. Həyətdə, adi şəraitdə saxlanan meyvəni şaxta yararsız hala salıb. Məhsulunu yaz aylarında daha sərfəli qiymətə satacağına ümid edən bağbanların zəhməti bu il də hədər gedib. Hər gün tonlarla xarab olmuş meyvə çölə atılır.
Oxumaq
04.03.10  
 
«Nissan Motor» avtomobillərində nöqsanlar aşkarlanıb
Yaponiyanın «Nissan Motor» şirkəti dünya bazarından 540 min ədəd avtomobil modelini geri çağırır.
«Associated Press» agentliyinin verdiyi məlumata görə, şirkət 2008-2010-cu illərdə istehsal olunmuş «Nissan Titan», «Nissan Armada», «Infiniti QX56», 2008-2009-cu illərdə istehsal olunan «Nissan Quest», həmçinin 2005-2008-ci illərin «Nissan Pathfinder» və «Nissan Xterra» modellərini geri çağırır. Bunun əsas səbəbi sözügedən modellərdə avtomobili hərəkətə gətirən pedallarda nöqsanın üzə çıxmasıdır.
«Nissan Motor» şirkəti adıçəkilən avtomobil modellərini martın 22-dən etibarən geri çağırmağa başlayacaq. İndiyədək sözügedən modellərdə üzə çıxan nöqsan ucbatından hələ heç bir qəza vəziyyətinin yaranmamasına baxmayaraq, şirkət bu modellərin sahiblərinə diler mərkəzlərinə müraciət etməyi tövsiyyə edir.
Oxumaq
04.03.10  
 
“Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyi ilə bağlı layihələr həyata keçirəcək”
“Kənd Təsərrüfatı Nazirliyi cari ildə ərzaq təhlükəsizliyi ilə bağlı bir sıra layihələr həyata keçirəcək”. Bunu SİA-ya açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib. Nazir müavinin sözlərinə görə, layihələr kənd təsərrüfatı və damazlıq, toxumçuluq sistemlərinin qurulmasını əhatə edəcək: “Ərzaq təhlükəsizliyi bu gün dünyada qlobla problemlərdən biridir. Azərbaycanda sözügedən problemin yaşanmaması üçün böyük işlər görülüb və görülməkdə davam edir."
Kənd Təsərrüfatı Nazirliyinin ərzaq təhlükəsizliyi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirdiyini vurğulayan nazir müavini qeyd edib ki, hər ayın 5-də nazir İsmət Abasovun iştirakı ilə ərzaq təhlükəsizliyi ilə bağlı geniş müşavirə keçirilir və görülmüş işlər təhlil edilir, görüləcək işlərin əsas istiqamətləri müəyyənləşdirilir.
Oxumaq
04.03.10  
 
Gəncədə dönərxanaların fəaliyyəti dayandırılır
Gəncədə gigiyenik tələblərə cavab verməyən, sanitar normalara uyğun olmayan dönər məhsullarının satışına nəzarət gücləndirilib. Bu məqsədlə dönər bişirilən obyektlərdə reydlərə başlanılıb

SİA-nın bölgə müxbiri xəbər verir ki, Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təşkil olunan yoxlamalar zamanı qida məhsulunun keyfiyyəti hazırlanma qaydalarının norma və tələblərə cavab verib-verməməsi araşdırılıb. Xüsusəndə quş ətindən, daha doğrusu toyuqdan hazırlanan dönərlərin satılıb-satılmaması diqqətdə saxlanılıb.
Oxumaq
04.03.10  
 
Avropa İttifaqı Azərbaycana 122,5 milyon avro ayırıb
Avropa İttifaqı (Aİ) cari il üçün Azərbaycana 122,5 mln. avro ayırıb. APA-nın Avropa Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu yardım Avropa Yeni Qonşuluq Siyasəti çərçivəsində bu proqrama qoşulan ölkələrlə Aİ arasında siyasi əməkdaşlıq və iqtisadi inteqrasiyanın sürətləndirilməsi məqsədi ilə edilib.
Proqrama üzv ölkələrə ayrılan vəsait ümumilikdə 1,6 milyard avro təşkil edir.
Qeyd edək ki, bu proqram çərçivəsində Azərbaycanın qonşuları olan Gürcüstana 180,3 milyon avro, Ermənistana isə 157,3 milyon avro ayrılıb.
Oxumaq
04.03.10  
 
Timoşenko istefaya göndərildi
Ukrayna Ali Radası səs çoxluğu ilə baş nazir Yuliya Timoşenkonu istefaya göndərib. “Rada” telekanalının yaydığı məlumata görə, qərarın lehinə zalda olan 404 deputatdan 243-ü səs verib. Timoşenkonun istefasını Regionlar Partiyası, “Litvinin bloku” fraksiyasının böyük hissəsi, eləcə də “Bizim Ukrayna – Xalq Özünümüdafiəsi” fraksiyasının bir hissəsi səs verib. Timoşenkonun istefasına onun blokunun 7 üzvü də səs verib. “Yuliya Timoşenko bloku”nun digər deputatları, eləcə də “Bizim Ukrayna – Xalq Özünümüdafiəsi”nin böyük hissəsi səsvermədə iştirak etməyib.
Oxumaq
04.03.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: