|
Yazıçı necə yazsın ki...
|
Mövzu çoxdur, sadəcə istedadlı qələmə ehtiyac var. Bu gün cəmiyyətin tələbi daha çox dinamik təfəkkürədir
Ümumdünya Yazıçılar Günü (Yazıçının Ümumdünya Sülh Günü) – yazıçıların peşə bayramıdır. Bizim günlərdə, bir sıra ölkələrdə bu bayram sadəcə, “Yazıçı günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. Biz də ölkəmizin bir neçə tanınmış yazıçısı ilə əlaqə saxlayaraq ümumən Azərbaycanda yazıçıların problemləri, yazdıqlarının cəmiyyətdə necə qarşılanması, yazıçının cəmiyyətdəki nüfuzu və mövqeyi ilə maraqlanmaq istədik. Kifayət qədər tanınmış simaların fərqli və hardasa üst-üstə düşən fikirləri bugünkü ədəbiyyatımızın real mənzərəsinə güzgü tutmaq baxımından da önəmlidir.
|
Oxumaq
04.03.10
|
| |
|
|
FİFA növbəti reytinq cədvəlini açıqlayıb
|
Yığmamız 5 pillə irəliləyərək 119-cu pillədə qərarlaşıb
Martın 3-də FİFA növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Mart ayı üçün açıqlanan bu siyahıda 31 A kateqoriyalı oyunun nəticəsinin təsiri əks olunub. Qeyd edək ki, bu oyunların hamısı yoldaşlıq görüşləri çərçivəsində baş tutub. Bununla da 2010-cu ildə keçirilən matçların sayı 98-ə çatıb. Reytinq cədvəlinə yenə də İspaniya yığması başçılıq edir. Elə növbəti sıralarda qərarlaşan Braziliya, Hollandiya və İtaliya yığmaları da öz yerlərindən möhkəm yapışıb. İlk "10-luq"da 5 komandanın yeri dəyişib. Almaniya və İngiltərə yığmaları bir pillə irəliləyibsə, Portuqaliyayla Argentina milliləri eyni sayda geriləyib. Yunanıstan yığması isə aktivinə 44 reytinq xalı yazaraq həm 2 pillə irəliləyib, həm də 2008-ci ilin iyunundan bəri ilk dəfə reytinqdə ilk "10-luğ"a daxil olub.
|
Oxumaq
04.03.10
|
| |
|
|
Ruslar Hiddinkə xələf axtarır
|
Baş məşqçi vəzifəsinə 8 namizəd var
Qus Hiddinkin bir neçə aydan sonra Rusiya yığmasıyla yollarını rəsmən ayıraraq Türkiyə millisinin "sükanı arxasına" keçəcəyi hamıya bəllidir. Ruslar artıq indidən ona xələf axtarışına başlayıb. Rusiya Futbol İttifaqının (RFİ) yeni prezidenti Sergey Fursenko bugünlərdə tezliklə vakanta çevriləcək baş məşqçi vəzifəsinə 8 namizədin olduğunu bildirib. Amma o, heç bir ad çəkməyib.
|
Oxumaq
04.03.10
|
| |
|
|
Vaqif Cavadovdan xoş xəbər
|
|
"Əməliyyat uğurlu keçdi. Vəziyyətim getdikcə yaxşılaşır". Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov deyib. Yanvarda "Qarabağ"dan Hollandiyanın "Tvente" klubuna keçəndən sonra məşqdə aldığı zədəyə görə cərrahiyyə əməliyyatı olunan 21 yaşlı hücumçu hazırda Lüksemburqda milli komandamızın düşərgəsindədir. Ancaq Vaqif hazırda bərpa prosesi keçdiyi üçün yoldaşlıq görüşündə iştirak etməyib: "Hələ ki məşqləri kənardan izləyirəm. Həkimlərin qənaətinə görə, sabahdan müntəzəm məşqlərə başlaya bilərəm".
|
Oxumaq
04.03.10
|
| |
|
|
“Xəzəri ən çox Rusiya çirkləndirir”
|
|
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov: “Rusiya alimlərinin özləri də etiraf edirlər ki, Xəzər dənizinin ən böyük su payçısı Volqadır. Çirklərin gətirilməsində də ən böyük pay Volqaya məxsusdur”
|
Oxumaq
04.03.10
|
| |
|
|
Alimlər mükəmməl evliliyin sirrini tapıb!
|
Sən demə, əgər bir cütlük uzunmüddətli və sağlam ailə həyatı arzu edirsə, gəlin bəydən mütləq 5 yaş kiçik olmalıdır
Alimlər mükəmməl evliliyin sirrini tapa bilib. Sən demə, əgər bir cütlük uzunmüddətli və sağlam ailə həyatı arzu edirsə, gəlin bəydən mütləq 5 yaş kiçik olmalıdır. Mütəxəssislər kişiləri təəccübləndirəcək daha bir sirri ortaya atıb. Belə ki, mükəmməl evlilik üçün lazım olan şərtlərdən biri gəlinin bəydən daha ağıllı olmasıdır. Bu nəticələr 19-75 yaş arasında olan 1074 cütlük üzərində aparılan təcrübədən sonra əldə edilib. Mütəxəssislər bu formulla başlanan nikahların ömrünün ən azı 5 dəfə uzandığını iddia edir.
|
Oxumaq
04.03.10
|
| |
|
|
Hərbçi yoldaşını qətlə yetirən şəxs məhkəmə qarşısında
|
Prosesdə zərərçəkən və şahid ifadələri dinləniləcək
Martın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə xuliqanlıq niyyəti ilə adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən hərbi qulluqçuların cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Məhkəmə qarşısında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri Araz Abdullayev və Fəxri Babayev cavab verib. A. Abdullayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham olunur. F.Babayev isə Cinayət Məcəlləsinin 338.1-ci (döyüş qaydalarını pozma, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) maddələri ilə ittiham olunur.
|
Oxumaq
04.03.10
|
| |
|
|
Həmyerlisini qətlə yetirən şəxsin məhkəməsi başa çatıb
|
Məhkəmənin hökmü ilə Kənan Kərimov 9 il azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə qəsdən adam öldürmədə təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kənan Kərimov cavab verib. K.Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, hadisə 2009-cu il noyabrın 19-da baş verib. Belə ki, Binəqədi qəsəbəsində 1984-cü il təvəllüdlü Əvəz Əzimovun deşilmiş-kəsilmiş xəsarətlə qətlə yetirilən meyiti aşkarlanıb.
|
Oxumaq
04.03.10
|
| |
|
|
Ər arvadını baltalayıb
|
Hadisəyə isə ailə münaqişəsi səbəb olub
Paytaxtda ər arvadını baltalayıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Əzizbəyov rayonu Qala qəsəbəsindəki yeni yaşayış sahəsində yaşayan Saday Gülmalıyev evində arvadı Aybənizə balta ilə başından xəsarət yetirib. Hadisəyə səbəb ailə münaqişəsi olub. S.Gülmalıyev könüllü olaraq polisə gələrək istintaqa təslim olub. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
04.03.10
|
| |
|
|
4 nəfər bir nəfəri bıçaqlayıb
|
Martın 2-də bıçaqlanma faktı ilə bağlı 5 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 28-də Bülbül prospektindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilən şəxsin şəxsiyyəti müəyyənləşdirilib. Yaralanan Gəncə şəhər sakini Nəsir İsmayılovdur. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılova xəsarət yetirən Bakı şəhər sakinləri Rəvan Qafarov, Seymur Süleymanov, Ceyhun Məmmədov və Tərtər rayon sakini Emin Quliyev saxlanılıb. Ucar rayon sakini Sadiq Əzimov isə Xətai rayonu ərazisində yaşayan Rüfət Musayevin evində olarkən ona bıçaqla döş qəfəsindən xəsarət yetirib. Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əzimov saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
04.03.10
|
| |
|
|
|