Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 30.3.2010
Səhifələr : 1 2 3 4 » #
Mətbuat Şurasından qəzetimizə hədiyyə
Martın 30-da Azərbaycan Mətbuat Şurasının sədri  Əflatun Amaşov redaksiyamızın qonağı olub. Qəzetimizin ölkə KİV-ləri arasında rolundan danışan Şura sədri «Kaspi» ilə bağlı bu yaxınlarda arxivdən tapılmış tarixi fotonu redaksiyamıza hədiyyə edib. XIX əsrin sonlarına aid olduğu güman edilən şəkildə «Kaspi» qəzetinin baş redaktoru Əlimərdan bəy topçubaşov və redaksiyanın əməkdaşı iş otağında təsvir olunub. 
Görkəmli ictimai-siyasi xadim Ə.Tobçubaşov 1897-1907-ci illərdə qəzetə rəhbərlik edib.
Mətbuat Şurasının sədri «Kaspi»nin Azərbaycan mətbuat tarixində xüsusi yeri olduğunu və dövrün realıqlarını obyektiv əks etdirdiyini bildirib.
Oxumaq
31.03.10  
 
Dörd bənd istisna olmaqla, Madrid təklifləri üzrə ümumi razılığa gəlinib
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Xankəndində jurnalistlərə açıqlamasında belə deyib
Oxumaq
30.03.10  
 
Əlləvi hamı ilə işləyəcək
İraqda seçkilərin şiə qalibinə səslərin çoxu sünnülərdən gəlib
Oxumaq
30.03.10  
 
Heç nə dəyişmədi
Birinci "altılıq"dakı bütün oyunlar heç-heçə bitdi
Oxumaq
30.03.10  
 
Səfurə Əlizadə Ukraynadadır
“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə Ukraynaya gedib

Müğənninin internet saytı xəbər verir ki, hazırda Kiyevdə olan təmsilçi Ukraynanın M1 televiziya kanalının “Gutten Morgen” adlı səhər proqramında iştirak edib. Azərbaycan təmsilçisinin qonaq olduğu səhər proqramı Nastya və reper Potapın aparıcılığı ilə baş tutub. Proqramda S. Əlizadə müsabiqə ilə bağlı verilən suallara cavab verib və maraqlı çıxışları ilə yadda qalıb.
Səfurə Əlizadə 20 gün müddətində İsveçdə ciddi hazırlıq prosesi keçib. Təmsilçimizin mahnısı aranjeman olunub və yeni versiyada hazırlanıb. Eləcə də təmsilçi rəqs, dil və digər lazımi kurslar keçib. Hazırda isə Kiyevdə olan Səfurə Əlizadənin hələ bir müddət orada qalacağı nəzərdə tutulur. Təmsilçinin geyiminin Ukraynada hazırlanması, eləcə də son hazırlığın bu ölkədə keçirilməsi nəzərdə tutulur.
Oxumaq
30.03.10  
 
“Azdrama” Dağıstana hazırlaşır
Akademik Milli Dram Teatrının kollektivi Dağıstana qastrol səfərinə hazırlasır. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumatda bildirilir ki, səfər 10 gün davam edəcək.  Kollektiv səfər çərçivəsində Dərbənd tamaşaçılarına İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” tamaşasını təqdim edəcək. Tamaşada əsas rolları Xalq artistləri Bəsti Cəfərova və Cəfər Namiq Kamal ifa edəcək. Aprelin 14-ə təsadüf edəcək səfərdə teatr 20 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq. Bundan əlavə, yaxın aylarda teatrın Türkiyənin bir neçə şəhərinə də qastrol səfəri gözlənilir. 
Oxumaq
30.03.10  
 
Xor kollektivləri II respublika baxışına hazırlaşır
Mədəniyyət və Turizm Nazirliyi Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin II respublika baxışını keçirir. Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə keçirilən baxışa  2-27 aprel tarixlərində start veriləcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, baxə zonalar üzrə Bakı, Gəncə,  Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Mingəçevir şəhərlərində, Ağcabədi rayonunda keçiriləcək. Baxışda respublikanın uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri   iştirak edəcək.
Oxumaq
30.03.10  
 
Simli alətlər üzrə II respublika müsabiqəsi keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi bu ilin may ayında Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə II respublika müsabiqəsini keçirəcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, müsabiqəni keçirməkdə məqsəd respublikada simli alətlər üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Müsabiqə skripka, alt, violonçel, arfa alətləri üzrə üç yaş qrupunda keçirilir.  I qrup - 9-11 yaş, II qrup 12-14 yaş, III qrup – 15-17 yaş arasında uşaqları ıhatə edəcək.  Müsabiqə 2 turdan ibarət olacaq.
Oxumaq
30.03.10  
 
Rəsmilər parodiya olunacaq
Heydər Əliyev Sarayında üç gün keçirilməsi nəzərdə tutulan Sarayında “Planet Parni iz Baku” KVN teatrının yeni tamaşasının nümayişinə bir gün daha əlavə olunub

Teatrın rəhbəri, aktyor Tahir İmanovun APA-ya verdiyi məlumata görə, aprelin 5-də teatr kollektivi pərəstişkarlarını yenidən Heydər Əliyev Sarayında salamlayacaq. T. İmanov bildirib ki, dörd gün müddətində tamaşaçılar qarşısında xüsusi şou-proqramla çıxış edəcəklərini bildirib: “İki saat yarımlıq proqramda tamaşaçılar çox sevdikləri aktyorların ifasında maraqlı çıxışları izləyə biləcəklər. Proqram çərçivəsində parodiyalar da yer verəcəyik.
Oxumaq
30.03.10  
 
Avtomobil oğrusu tutulub
Paytaxtda avtomobil oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Əzizbəyov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılanlar Anar Sultanov və Səlim Zülfüqarovdur. Onlar Əzizbəyov rayonu L.Starçuk küçəsində Nurlan Allahverənova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaqda təqsirləndirilirlər. Sonradan isə qaçırılan avtomobili elektrik dirəyinə vurduqları üçün maşını hadisə yerində qoyaraq qaçıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar martın 17-də Buzovna qəsəbəsində Allahverdi Mirzəyevə məxsus M.Musayev küçəsində yerləşən mağazadan açar seçmə yolu ilə 1 ədəd kamera, geyim və ərzaq malları, danışıq kartı və 170 manat pul oğurlayıblar. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
30.03.10  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •