|
|
|
Ermənistan hakimiyətini silkələyən aksiya
|
|
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan: “Erməni hökuməti anlamalıdır ki, Azərbaycanın iqtisadı inkişaf tempinə çatmaq üçün Ermənistan dövlət büdcəsini ən azı 20 dəfə artırmalıdır, bu isə qeyri-mümkündür”
|
Oxumaq
03.03.10
|
| |
|
|
|
|
|
|
|
|
Nə üçün BMT-nin qərarları icra olunmur?!
|
|
Azərbaycan öz haqq səsini – torpaqlarının işğalını, soyqırımına məruz qalmasını, milyondan çox vətəndaşının öz doğma yurd-yuvasında məcburi köçkünə çevrilməsini dəfələrlə bəyan edir. Dünyanın ədalətsizliyinə, ikili standartlarına, çoxüzlü siyasi riyakarlıqlarına baxmayaraq, bizim səsimiz heç vaxt kəsilməyəcək. Müasir dünyamızın yeni düzəninə yön verən, beynəlxalq münasibətlərin güc balansını tənzimləyən qüvvələr bu savaşda Azərbaycanın haqlı olduğunu yaxşı anlayırlar, bəzən özlərini eşitməzliyə vursalar da, işğalçının əsl adını deməkdən müxtəlif diplomatik gedişlərlə yayınsalar da, həqiqəti çox gözəl bilirlər.
|
Oxumaq
03.03.10
|
| |
|
|
İran yenidən siyasi gərginlik içərisində
|
Bu öıkənin sabiq prezidenti Haşimi Rəfsəncaninin övladları haqqında cinayət işini başlanıb
İranda siyasi gərginlik səngimək bilmir. Müxalif siyasətçilərə qarşı təzyiqləri davam etdirən hökumət bu dəfə Məsləhət Şurasının sədri Haşimi Rəfsəncaninin övladları haqqında cinayət işini başladıb. “Farsnews”ın yaydığı məlumata görə, İranın ədliyyə naziri Mürtəza Bəxtiyari bildirib ki, Haşimi Rəfsəncaninin övladları Mehdi və Faizə Haşimi Rəfsəncanilər 2009-cu ilin iyun ayından etibarən ölkədə dəfələrlə qarışıqlıq salıb, qeyri-qanuni küçə yürüşlərində iştirak edərək insanları qarşıdurmaya səsləyiblər. Nazir hər iki şəxs haqqında indiyə qədər bəzi araşdırmalar aparıldığını bildirib. Hazırda onlar haqqında rəsmi olaraq cinayət işi başlanıb və sabiq prezidentin övladları törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verməli olacaqlar.
|
Oxumaq
03.03.10
|
| |
|
|
İstiləşmənin əhalinin sağlamlığına təsirləri ilə bağlı geniş tədqiqatlara ehtiyac var
|
Xəzərin səviyyəsinin artması, içməli su resurslarının deqradasiyası baş verə biləcək itkiləri artıra bilər
Hazırda bütün dünyada, o cümlədən də Azərbaycanda anomal hidrometeoroloji hadisələrin sayı artmaqdadır. Bu isə həmişə təbii proseslər üzündən baş verən iqlim tərəddüdlərinə antropogen təsirlərin sürətləndiyini təsdiqləyir. Bəs artıq qlobal səviyyədə qəbul edilən iqlim dəyişmələrinə qarşı lazımi tədbirlər görülməzsə, hansı fəsadlar qaçilmaz olacaq?
|
Oxumaq
03.03.10
|
| |
|
|
Fidan Qasımova: "Bu, mənim üçün sürpriz oldu"
|
Prezidentin sərəncamı ilə "Şərəf" orfeni ilə təltif edilən xalq artisti Fidan Qasımova bu qərardan hədsiz sevindiyini bildirir
Prezidentin sərəncamı ilə "Şərəf" orfeni ilə təltif edilən xalq artisti Fidan Qasımova hisslərini ANS PRESS-lə bölüşüb. Bu qərardan hədsiz sevindiyini bildirən sənətçi mükafatın onun üçün gözlənilməz olduğunu bildirib. “Heç gözləmirdim, mənim üçün sürpriz oldu. Hesab edirəm ki, bu mükafat prezidentimin mənə 8 mart qabağı hədiyyəsidir”, deyə xaql artisti bildirib.
|
Oxumaq
03.03.10
|
| |
|
|
“İndependent” satıldı
|
Böyük Britaniyanın ən məşhur qəzetlərindən biri olan “İndependent” bu həftə rusiyalı milyarder Aleksandr Lebedevin nəzarətinə keçəcək. İTAR-TASS-ın məlumatına görə, Aleksandr Lebedev qəzeti almaq üçün simvolik məbləğdə pul - 1 funtserlinq, yəni 1,5 dollar ödəyib. Rusiyalı milyarderi artıq Böyük Britaniyanın baş naziri Qordon Braun da qəbul edib. Baş nazir bu məşhur qəzetin yeni sahibi ilə şəxsən görüşmək istəyib. Görüşün uğurlu keçdiyi xəbər verilir. Qeyd edək ki, “İndependent” son illər ciddi maliyyə problemləri yaşayır. Qəzet hər il 10 milyon funt sterlinq ziyana düşür.
|
Oxumaq
03.03.10
|
| |
|
|
Habil Əliyev: "Oxusunlar, amma oxuyan xasiyyətində olmasınlar"
|
“Son vaxtlar bəzi telekanallar musiqi sahəsində özbaşınalığa yol verir, sənətdə qabiliyyəti olmayanları reklam edir, musiqiyə zərbə vururlar”. Bu sözləri Milli.Az xəbər portalına müsahibəsində xalq artisti, kaman ustası Habil Əliyev bildirib. Xalq artistinin sözlərinə görə, sadə xalq televizorda gördüyünə inanır. "Biz sənət adamları sənətə mikroskopla baxırıq və orada mikrobları tez-tez görürük. Adi dinləyicilər isə tez-tez səhv edirlər. Telekanalları da başa düşürəm, bilərm niyə onları reklam edirlər. Amma onlarda başa düşməlidir ki, bununla musiqiyə zərbə vururlar. Bu mənada içimdə bir narahatçılıq var. Bu ki, dövlət işi deyil, özəl sahədir. İnşallah, vaxt keçdikcə dinləyicinin də səviyyəsi qalxar"- deyə o bildirib.
|
Oxumaq
03.03.10
|
| |
|
|
|
|
|