Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 20.3.2010
Səhifələr : # « 1 2 3
A.Rəhimov: “Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır”
Ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilərlə yanaşı, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da var

Dünən Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 3-cü ildönümü, həmçinin miqrasiya orqanları işçilərinin peşə bayramı qeyd edilib. Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov qurumun yaranma tarixi, görülmüş işlər və qarşıya qoyulmuş vəzifələrdən danışıb: ”Həyata keçirilən iqtisadi siyasət regionların inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə gətirib çıxarıb. Yaşanan bu inkişaf ölkədə miqrasiya proseslərinə də təsirsiz ötüşməyib”.
Oxumaq
20.03.10  
 
“Azercell” mötəbər “Socrates” mükafatına layiq görülüb
Avropa Biznes Assambleyası “Azercell”i telekommunikasiya sahəsində “Ən qabaqcıl şirkət” adlandırıb

“Azercell Telekom” MMC Telekommunikasiya sahəsində “Ən qabaqcıl telekommunikasiya şirkəti” adına layiq görülüb. Nüfuzlu “Socrates” mükafatı Avropa Biznes Assambleyasının (EBA, Böyük Britaniya) “Liderlərin Oksford Sammiti”ndə şirkətin prezidenti Ali Ağana təqdim olunub. Bundan əlavə, şirkətin prezidenti Ali Ağan “İlin meneceri” medalı ilə təltif edilib.
Oxumaq
20.03.10  
 
Mourinyo: "İstəsəm "İnter"dən gedərəm"
Joze Mourinyo ÇL-in 1/8 final mərhələsinin "Çelsi" ilə cavab görüşü üçün qayıtdığı Londonda özünəməxsus ifadəsini növbəti dəfə dilə gətirməklə Harri Rednappı qıcıqlandırıb. Hər halda "Tottenhem"in çalışdırıcısı "İnter"dən olan həmkarının çoxdan məşhurlaşan ifadəsinə reaksiya verməyə məcbur olub.
Xatırladaq ki, don Joze İngiltərə KİV-lə görüşündə özünü "xüsusi" və "dahi" adlandırmışdı. Görək Rednapp onun bu sözlərinə necə reaksiya verib: "Mourinyo özünü "xüsusi" adlandıra bilər. Amma hələ ki, "dahi" deyil. "İnter" "Çelsi" ilə səfər oyununda inamlı futbol sərgiləsə də, növbəti qələbə sayəsində mərhələ adlasa da, çətin ki, turnirin qalibinə çevrilsin. Məncə, Mourinyonun komandası "Mançester Yunayted" səddində ilişəcək".
Oxumaq
20.03.10  
 
“Qalatasaray” Arda Turanı “Arsenal”a satmadı
Londonun “Arsenal” klubunun istedadlı türkiyəli futbolçu Arda Turanı transfer etmək istəyi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” 23 yaşlı kapitanının satışı ilə bağlı ingilislərin təklifini rədd edib.
Arda bir müddət öncə İngiltərə Premyer Liqasında, konkret “Liverpul” klubunda çıxış etmək istədiyini bildirmişdi. Milli komandasının heyətində bürünc medal qazandığı Avro-2008-də uğurlu çıxışdan sonra daha çox diqqət mərkəzində olan Turanı Avropanın bir sıra aparıcı klubları öz heyətində görməyi arzulayır. “Qalatasaray” hücuma meylli yarımmüdafiəçisinin satışından 9 milyon funt sterlinq qazanmaq istəyir.
Oxumaq
20.03.10  
 
Mərkəzi arenanın işıq sistemini sökürlər
“Ötən il Bakıda İspaniyaya qarşı keçirilən yoxlama oyunundan öncə Tofiq Bəhramov adına Respublika Stadionunda müəyyən yenidənqurma işləri həyata keçirmişdik. Yeni qaçış cığırlarının salınması və tablonun quraşdırılması məhz həmin ərəfəyə təsadüf edib. Təbii, stadionla bağlı yeni planlarımız var. İnşallah, mərkəzi arenanı sayılıb-seçilən stadionlar sırasına daxil edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında mərkəzi arenanın direktoru Akif İsmayılov deyib. İsmayılov bildirib ki, 20 gündən sonra növbəti yenidənqurma işlərinə başlanacaq: “İnşallah, 20 gündən sonra növbəti işə başlayacağıq. Stadionun işıq sistemini yeniləyəcəyik. Daha gur projektorlar quraşdırılacaq. Eyni zamanda bir neçə generatorun alınması da nəzərdə tutulub. Məncə, bu, stadionun ümumi görünüşünü gözəlləşdirəcək. Stadionun ətrafına yeni asfalt da döşənəcək”.
Oxumaq
20.03.10  
 
“Sən həm də çox yaxşı insan olmusan”
Del Pyero da Bekhemə mənəvi dəstək verib

Ağır zədə üzündən təxminən yarımilliyə sıradan çıxan Devid Bekhem həmkarlarından çoxsaylı mənəvi dəstək alır. Belələri sırasında Alessandro Del Pyero da var. "Yuventus"un təcrübəli forvardı məlum səbəbdən qarşıdakı dünya çempionatında İngiltərə yığmasına kömək edə bilməyəcək Devidin ağır zədələnməsindən çox mütəəssir olub.
Oxumaq
20.03.10  
 
Azərbaycanlı futbolçuya xəbərdarlıq
Yeni pasport alsan, yığmanı unut!

Ukrayna Futbol Federasiyası (UFF) azərbaycanlı futbolçu Aleksandr Əliyevin qarşısında şərt qoyub. Apasport.az saytının məlumatına görə, UFF qış fasiləsində Moskvanın “Lokomotiv” klubuna keçən 26 yaşlı yarımmüdafiəçiyə Rusiya pasportu almamaqla bağlı rəsmi xəbərdarlıq edib.
Qurumun birinci vitse-prezidenti Sergey Storojenkonun sözlərinə görə, soydaşımız başqa ölkənin pasportunu alarsa, Ukrayna yığmasında çıxışının davam etdirməsinin üstündən birdəfəlik xətt çəkə bilər:
Oxumaq
20.03.10  
 
Berti Foqts Kamerunla oynamaq istəyir
Azərbaycan və Moldova futbol yığmaları arasında bu il mayın 26-da Avstriyanın İnsburk şəhərində keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb moldovalıların planlarının dəyişməsidir. Onlar öncə Avstriyada təlim-məşq toplanışı keçmək istəsələr də, sonradan fikirlərindən daşınıblar. Buna baxmayaraq, Berti Foqtsun yetirmələri mayın 26-da iş başında ola bilərlər. Hazırda AFFA rəhbərliyi yayda dünya çempionatının iştirakçısı olacaq Kamerun yığması ilə danışıqlar aparır.
Qeyd edək ki, milli komandamız Avstriyada mayın 29-da Makedoniya, iyunun 2-də isə Hondurasla yoldaşlıq görüşünə çıxacaq.
Oxumaq
20.03.10  
 
Çempionlar Liqasında 2 möhtəşəm matç
Püşk fransızları üz-uzə qoydu

Martın 19-da Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında Bakı vaxtı ilə saat 15:00-da başlanıb. Özü də budəfəki tədbir “kor püşk” adlanıb. Çünki klublar reytinqlərinə görə səbətlərə bölünmədiyindən, eyni ölkələrin, bir qrupda mübarizə aparmış komandaları üz-üzə gələ bilərlər.
Oxumaq
20.03.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •