|
|
|
"Cırtdanlar" yığmamızın qarşısına 18 futbolçu ilə çıxır
|
Quy Hellers komandamızla oyuna geniş heyət çağırmağı məqsədəuyğun saymayıb
Fevral 22-dən İordaniyada təlim-məşq toplanışı keçən milli komandamız Asiyadan Avropaya üz tutub. Apasport.az saytının xəbərinə görə, yığmamız martın 1-də yoldaşlıq oyunu keçirmək üçün İordaniyadan Lüksemburqa gedib. Qeyd edək ki, Əmmanda gündə iki dəfə məşq edən millimiz fevralın 25-də yerli yığma komanda ilə yoldaşlıq oyununda qarşılaşaraq 2:0 hesabı ilə qalib gəlib.
|
Oxumaq
02.03.10
|
| |
|
|
Bacco yenidən futbola qayıtmaq istəyir
|
"Son illər divanda əyləşib televizorda futbolu izləyərkən..."
İtaliya futbolunun canlı əfsanəsi Roberto Bacco son günlər bir sıra mənbələrə verdiyi müsahibələrində yenidən futbola qayıtmaq istəyini gizlətməyib. "Skuadra adzurra"nın keçmiş forvardı idmanın şahında özünü başqa statusda doğrultmaq fikrindədir. Səbəbkar bununla bağlı belə deyib: "Butslarımı mismardan hələ yaşıl meydanı birdəfəlik tərk etməzdən əvvəl asmağı düşünürdüm. Çünki artıq böyük yükləmələrə tab gətirə bilmədiyimi hiss edirdim. Amma daha bir neçə il yaşıl meydanda qaldığıma görə mencerim Vittorio Petroneyə minnətdaram. Məhz onun inadkarlığı sayəsində 37 yaşıma qədər top qovdum. İnanın ki, vida matçım ərəfəsində çox böyük təəssüf hissi keçirmişdim. Axı mən futbola hər şeyimi vermişdim..."
|
Oxumaq
02.03.10
|
| |
|
|
Türkdilli xalqların diasporları arasında əməkdaşlıq yeni mərhələdə
|
İstanbulda Türkiyə Hökumətinin Xaricdə yaşayan türklərlə iş üzrə Baş İdarəsinin yaradılması ilə əlaqədar toplantı keçirilib
Disaporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə əsasən, dövlət naziri Faruk Çelikin təşkilatçılığı ilə keçirilən tədbirə ABŞ-dan Avstraliyaya qədər bütün dünyada yaşayan türk icmaları ilə yanaşı Türkiyədəki Qafqaz, Balkan dərnəklərinin təmsilçiləri də qatılıblar.
|
Oxumaq
02.03.10
|
| |
|
|
|
|
Obama bir yeşik pivə uduzub
|
Ardınca da müayinə olunmağa gedib
ABŞ prezidenti Barak Obama mərcdə Kanadanın baş naziri Stiven Harperə bir yeşik pivə uduzub. “Associated Press” agentliyinin yaydığı məlumata görə, iki ölkənin lideri XXI Qış Olimpiya Oyunlarında hokkey turnirinin yekunu ilə bağlı mərcə gəliblərmiş. Ağ Evin mətbuat katibi Robert Gibbs bildirib ki, Obama Pensilvaniya ştatında hazırlanan “Yuengling” pivəsini, Harper isə “Molson” pivəsini ortaya qoyub. Beləliklə, liderlər ölkələrində hazırlanan ən qədim pivə markasından mərc gəliblər. İndi isə Obama Harperə pivə verməli olacaq. Çünki hokkey turnirinin finalında kanadalılar amerikalılara qalib gəliblər və ABŞ prezidenti mərci uduzub. Obamanın uduzduğu pivəni nə zaman və harada verəcəyi məlum deyil.
|
Oxumaq
02.03.10
|
| |
|
|
«Həmas» liderini zəhərləyiblər?
|
Dubay polisi bəyan edib ki, Əl-Məbuhun bədəninə zəhərləyici kimyəvi məhlul yeridiblər
Dubay polisi «Həmas» liderlərindən biri Mahmud əl-Məbuhun qətlə yetirilməsinə dair yeni detallar açıqlayıb. Ekspertiza nəticəsində Əl-Məbuhun bədənində zəhərləyici kimyəvi məhlul aşkar edilib. Ekspertiza müəyyən edib ki, əvvəlcə Mahmud əl-Məbuhu hərəkətsizləşdirmək üçün onun bədəninə sinir-əzələ relaksantı yeridilib, daha sonra o, yastıqla boğulub. Cinayətkarlar hesab ediblər ki, polis bunu ürək dayanması kimi qeydə alacaq, ona görə ki, bədənin üzərində zorakılıq halları müşahidə edilməyib. Lakin istənilən halda Əl-Məbuhun bədənində sözügedən kimyəvi məhlul aşkar olunub. Təhqiqatçılar hesab edir ki, yanvarın 20-si baş verən qətldə İsrail xüsusi xidmət orqanlarının əli var.
|
Oxumaq
02.03.10
|
| |
|
|
Pulları özüm qazanmışam
|
Tailandın keçmiş baş naziri Haaqa məhkəməsinə şikayət etmək qərarına gəlib
Tailandın keçmiş baş naziri Taksin Çinavat Ali Məhkəmənin qərarından beynəlxalq məhkəməyə şikayət etmək niyyətindədir. Belə ki, məhkəmə eks-baş nazirin qeyri-qanuni olaraq 1,5 mlrd. dollar topladığını və bununla dövlətə 2 mlrd. dollar ziyan vurduğu barədə qərardad çıxarıb. Çinavatın rəqibləri iddia edir ki, tay məhkəməsinin qərarı eks-baş nazirə qarşı daha 10 iddianın qaldırılmasına imkan verir. Ölkə mətbuatının yaydığı məlumata görə, Taksin Çinavat məhkəmədən Haaqa tribunalına şikayət etmək qərarına gəlib.
|
Oxumaq
02.03.10
|
| |
|
|
Rahmonun partiyası yenə qalibdir
|
Tacikistanda parlament seçkiləri qüvvələr nisbətini dəyişməyib
Tacikistanda yeni parlamentin təşkili üçün keçirilən seçkilərdə prezident İmamoli Rahmonun hakim partiyası qalib gəlib. Bu, həmin partiyaya parlamentdəki çoxluğu bundan sonra da saxlamağa imkan verəcək. Qeyd edək ki, parlamentin aşağı palatasına keçirilən seçkilərdə 63 yer uğrunda 8 partiyanı təmsil edən 217 namizəd mübarizə aparıb. Parlament mandatları uğrunda mübarizəyə prezident Rahmonun Xalq Demokratik Partiyası, hökumətpərəst kommunistlər və İslami Dirçəliş Partiyasından başqa daha 5 partiya qatılıb.
|
Oxumaq
02.03.10
|
| |
|
|
|
|
|