|
|
|
|
|
|
|
Antonio Banderas BMT-nin xoşməramlı səfiri oldu
|
Məşhur aktyor Antonio Banderas BMT-nin İnkişaf Proqramı xətti ilə dünyada yoxsulluğa qarşı mübarizə aparacaq.
«İTAR-TASS»ın məlumatına görə, ona BMT-nin xoşməramlı səfiri adı verilib. «Yoxsulluq insanların əl-qolunu bağlayır, onlara potensiallarını üzə çıxartmağa imkan vermir. Bu səbəbdən də yoxsulluğa qalib gəlinməsi vacibdir», - deyə Banderas bildirib. Hollivud ulduzu əsas diqqətini Afrika və Latın Amerikasında yoxsulluğun aradan qaldırılmasına yönəltmək fikrindədir.
|
Oxumaq
19.03.10
|
| |
|
|
Fidan Hacıyevanın konserti uğurlu keçib
|
Martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva solo konsert proqramı ilə çıxış edib.
Lent.az-ın məlumatına görə, “Fidan və dostları” adı altında gerçəkləşən konsertdə vokalçı Böyük Britaniya modelyerinə sifariş etdiyi qırmızı rəngli klassik obrazda hazırlanmış geyimdə səhnəyə çıxıb. Konsertinə ona uğur gətirən “Karmen” operasından ariyanın ifası ilə start verən əməkdar artist, daha sonra “Samson Dalila”, “Arşın mal alan”, “Sevil” operalarından da kompozisiyalar səsləndirib.
|
Oxumaq
19.03.10
|
| |
|
|
Pikassonun əsəri 70 milyon dollara satılır
|
Pikassonun rəsm əsəri bu ilin iyununda Londonda keçiriləcək «Christie‘s» hərracına çıxarılacaq.
«Bloomberg» agentliyinin məlumatına görə, məşhur ingilis bəstəkar Endryu Lloyd Uebberin yaratdığı xeyriyyə fondunun hərraca çıxaracağı əsərə ilkin olaraq, 30-40 milyon funt sterlinq (təxminən 70 milyon dollar) qiymət qoyulub. 1903-cü ildə çəkilmiş əsərin satışından əldə olunacaq gəlir Uebberin fonduna keçiriləcək. Bu fond Böyük Britaniyanın mədəni irsinin məşhurlaşdırılması ilə məşğuldur.
|
Oxumaq
19.03.10
|
| |
|
|
«Şelkunçik» əsəri ilk dəfə Azərbaycan dilində
|
|
Gənc Tamaşaçılar Teatrında yeni beynəlxalq layihənin gerçəkləşdirilməsini planlaşdırır. Belə ki, teatrda Belarus Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Natalya Başevanın quruluş verdiyi E.T.A.Hofmanın «Şelkunçik» əsəri ilk dəfə Azərbaycan dilində səhnələşdiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iki hissəli milad nağılının quruluşçu rəssamı Sevinc Həsənova, bəstəkarı Yelena Atraşkeviç, vokal üzrə məşqçi Mələk Vəlizadədir. Rəqslərin quruluşu Nicat Kazımova məxsusdur.
|
Oxumaq
19.03.10
|
| |
|
|
Azərbaycanın «Eurovision-2010» mahnısı seçildi
|
Ölkəmiz müsabiqəyə “Drip ”la gedir
Bu ilin mayında Olsoda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stefan Örn və Sandra Bjurmanın “Drip ” mahnısını ifa edəcək. İctimai televiziyanın intetnet saytı xəbər verir ki, bunu “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib. Onun sözlərinə görə, “Drip ” üç mahnı arasından seçilib.
|
Oxumaq
19.03.10
|
| |
|
|
"Mercedes" "Yiquli" ilə toqquşub
|
Hadisə yerinin yaxınlığında olan iki nəfər dünyasını dəyişib
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, martın 17-də Qaradağ rayonu ərazisində, Bakı şəhər sakinləri Zöhrab Bayramovun idarə etdiyi "Mercedes" markalı və Faiq Fərəcovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub. Nəticədə, hadisə yerinin yaxınlığında olanlardan Bakı şəhər sakinləri - Pərviz Dərziyev və Məhəmməd Hüseynov dünyasını dəyişib. Yol kənarında dayanan Baladadaş Məmmədov, habelə F.Fərəcovun sərinişini - arvadı Maisə isə xəsarət alıb.
|
Oxumaq
19.03.10
|
| |
|
|
Bir neçə oğurluq faktının üstü açılıb
|
Yeddi nəfər saxlanılıb
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Qızıldaş qəsəbəsində daş karxanasındakı yardımçı otaqdan oğurluq edən şəxslər tutulub. Saxlanılanlar Lökbatan qəsəbə sakini Söhbət Bəyməmmədov və Bayıl qəsəbə sakini Elşən Əsədullayevdir.
|
Oxumaq
19.03.10
|
| |
|
|
|