|
|
|
"Anyi"də şok
|
|
Mahir Şükürovu Mahaçqalaya aparan Omari Tetradze istefa verdi
|
Oxumaq
18.03.10
|
| |
|
|
|
|
|
|
Bizdə nə çatmır?
|
|
Nə üçün Azərbaycan musiqiçilərinin - müğənnilər, bəstəkarlar, ifaçıların nüfuzu ölkəmizin sərhədlərini aşa bilmir? Nə üçün onların sorağı, Biləcəridən o tərəfdə eşidilmir?
|
Oxumaq
18.03.10
|
| |
|
|
Meksikadan ABŞ-a ağır ittiham
|
Bu ölkənin prezidenti ABŞ-ı narkotik ticarəti ilə məşğul olan şəbəkələri dəstəkləməkdə günahlandırıb
Meksika prezidenti Felipe Kalderon ABŞ-ı narkotika ticarəti ilə məşğul olan şəbəkələri dəstəkləməkdə günahlandırıb. O, Meksikanın ABŞ-la sərhədində hər il minlərlə insanın həyatını itirdiyini qeyd edib və narkotik şəbəkələri zərərsizləşdirmək üçün ABŞ-ın üzərinə düşən vəzifəni yerinə yetirmədiyini bildirib. Məlumata görə, yalnız 2009-cu ildə Meksikanın ABŞ sərhədinə yaxın ərazilərində narkotik qaçaqmalçılarının qarşıdurmalarında 2600 adam həyatını itirib.
|
Oxumaq
18.03.10
|
| |
|
|
İran ekstremist elementlərdən faydalanır
|
ABŞ generalı belə düşünür
ABŞ ordusunun Yaxın Şərq və Mərkəzi Asiya regionlarında baş komandiri general Deyvid Petreas deyib ki, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyərək nüvə proqramını davam etdirməsi bölgədə sabitliyə əsas təhlükə olaraq qalır. General Petreas Senatda dinləmələr zamanı bildirib ki, əgər İran nüvə silahı istehsal etmək qabiliyyətinə malik olsa, bu, regionda qeyri-sabitlik və silah yarışına gətirib çıxaracaq. Onun sözlərinə görə, İran İraq, Livan, Qəzza zolağı və az səviyyədə Əfqanıstanda ekstremist elementlərə silah və yardım verməyə, habelə onları idarə etməyə davam edir. O, İranın bu ölkələrin daxili siyasətinə müdaxiləsinin davam etdiyini bildirib. Əfqanıstana gəldikdə, ABŞ generalı «Taliban» əleyhinə mübarizədə inkişafın olacağını qabaqcadan söyləyib. Lakin bildirib ki, qarşıda ağır döyüşlər və ara-sıra geriləmələr olacaq.
|
Oxumaq
18.03.10
|
| |
|
|
Çin də İrandan narahatdır
|
Lakin sanksiyaların problemin həllinə yardım edəcəyinə inanmır
Pekində səfərdə olan Britaniyanın xarici işlər naziri Devid Milibəndlə danışıqlardan sonra çıxış edən Çinin xarici işlər naziri Yan Jiçi bəyan edib ki, İranın nüvə proqramından narahatdırlar. XİN rəhbəri əlavə edib ki, Çin höküməti bu məsələnin həlli üçün sülh danışıqlarının ən yaxşı üsul olduğuna inanır. Yan Jiçi həmçinin deyib ki, İrana qarşı tətbiq ediləcək beynəlxalq sanksiyalar nüvə proqramı ətrafında mübahisənin həllinə yardım etməyəcək.
|
Oxumaq
18.03.10
|
| |
|
|
Berluskoninin başı qalmaqallardan açılmır
|
Əyalət prokurorluğu onun telefon danışıqlarını dinləyib
İtaliyanın baş naziri Silvio Berluskoni yenidən hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Mətbuata sızan məlumatlara görə, Berluskoni onun maraqlarına cavab verməyən populyar teleşounu bağlamaq istəyib. Hətta bunu sübut edən telefon danışıqlarının protokolu da var.
|
Oxumaq
18.03.10
|
| |
|
|
Laden heç vaxt məhkəmə qarşısına çıxarılmayacaq
|
ABŞ onu tuta bilməyəcəyini etiraf edir
“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Laden heç vaxt ABŞ-da məhkəmə qarşısına çıxarılmayacaq. BBC-nin yaydığı məlumata görə, bunu Konqresdə keçirilən dinləmələr zamanı ABŞ-ın baş prokuroru Erik Xolder bəyan edib. Erik Xolder deyib ki, bunun bir səbəbi var: “Üsamə bin Ladeni canlı ələ keçirmək mümkün olmayacaq. Məsələyə real baxmaq lazımdır. Biz ancaq onun ölüsünü ələ keçirə bilərik. “Əl-Qaidə” liderinin canlı ələ keçməsi ehtimalı mikroskopik həddə qədər azdır. O, ələ keçməməsi üçün ya bizi, ya da özünü öldürəcək”.
|
Oxumaq
18.03.10
|
| |
|
|
Yaralı ürəyin nağılı
|
Mifik əfsanə
Kırım diyarında Qırx Or qalası təkcə möhkəm, gülləbatmaz, tarandağıtmaz divarları ilə yox, həm də qalanın ətrafında qazılmış xəndəkləri ilə də çoxdan alınmaz qala şöhrətini qazanmışdı. Axı Or “xəndək” deməkdir. Bu xəndəklər elə dərin idilər ki, az qala uçuruma oxşayırdılar. Düşmənin qalaya yaxınlaşmaq xəbəri alınar-alınmaz keşikçilər başı dənizlərə bağlanan bu xəndəklərə suyu açıb buraxırdılar. Qala xaricində döyüşən əskərlər düşmən nəfərlərini qılıncla qarşıladığı kimi, əlbəyaxa olub süpürləyərək sulara da atırdılar.
|
Oxumaq
18.03.10
|
| |
|
|
|
|
|