Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 18.3.2010
Səhifələr : # « 1 2 3
Axtarışda olan şəxs tutulub
Elxan İsrafilov Ukraynada soyğunçuluq törədib

Daaxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Elxan İsrafilovdur. E.İsrafilov Ukrayna Cinayət Məcəlləsinin 186.2-ci maddəsi (Soyğunçuluq) ilə axtarışda olub. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
18.03.10  
 
2 kiloqramdan artıq narkotik vasitə götürülüb
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik alverçisi saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Yevlax rayon sakini Vidadi Sadıxovdur. V.Sadıxovdan 1 kiloqram 102 qram narkotik vasitə olan marixuana götürülüb.
Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zabrat qəsəbə sakini Ariz Mirzəyevdən 1 kiloqram 11 qram narkotik vasitə olan həşiş götürülüb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
18.03.10  
 
Bir gündə 32 cinayət
Respublikanın daxili işlər orqanları tərəfindən martın 17-də gün ərzində 32 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, qeydə alınan cinayətlərin 24-ü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər saxlanılıb.
Oxumaq
18.03.10  
 
Narkotik alverçilərinin məhkəməsi yekunlaşıb
Martın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycandan Rusiyaya narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstə üzvlərinə hökm oxunub. Məhkəmənin hökmü ilə Rusiya vətəndaşı Aydın Aqametov 12 il, Azərbaycan vətəndaşı Rauf Həziyev isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" Gömrük postunun gömrük nəzarəti zonasında saxlanılıblar. Onlardan 9 kiloqram 935 qram həşiş aşkar olunaraq götürülüb.
Oxumaq
18.03.10  
 
Silahlı basqın törədən şəxslərin apelyasiya şikayəti təmin edilmədi
Şirvan Apelyasiya Məhkəməsi birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı

Şirvan Apelyasiya Məhkəməsində silahlı insident törətməkdə ittiham olunan dəstə üzvlərinin apelyasiya şikayətinə baxılıb. Məhkəmə qarşısında Mahir Nəsrullayev, Vahid İsmayılov, Rövşən Həsənov, Rahim Həsənov, Raqib Babayev və Hafiz Babayev cavab verib. Apelyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyərək, Lənkəran şəhər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Oxumaq
18.03.10  
 
Məhkəmə cinayət işini yenidən araşdırmağa göndərdi
Zərərçəkən tərəfin vəsatəti əsasında qəsdən adam öldürmə ilə bağlı cinayət işi prokurorluğa qaytarıldı

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə qəsdən adam öldürmədə və xuliqanlıqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Bakı şəhər sakini Əsgər Məmmədov cavab verir. Ə.Məmmədov mübahisə zəminində Anar Vəliyevi bıçaqlayaraq qətlə yetirib.
Oxumaq
18.03.10  
 
"Qarabağ" titulu ilə Lənkəranda vidalaşdı
Martın 17-də Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vuruldu. "Bakı" və "Olimpik-Şüvəlan"dan sonra digər iki yarımfinalçının adına paytaxt və Lənkərandakı oyunlarda aydınlıq gəldi.

"İnter" yenə də "Neftçi"dən üstün olaraq cütün taleyinə asanlıqla aydınlıq gətirdi.
"Xəzər-Lənkəran"la "Qarabağ"ın dueli isə kifayət qədər maraqlı alındı. Lənkəranlılar oyunun əvvəlində Kristian Kabralın qolu ilə hesabda önə çıxdılar və matçın sonuna qədər bu hesabı qorudular. Bununla da "Xəzər-Lənkəran" səfərdə vurulan qol hesabına yarımfinala vəsiqə qazandılar.
Oxumaq
18.03.10  
 
Madridə uzanan yollar
"Çelsi" və "Sevilya" da bu yolda büdrədi

"Bavariya", "Arsenal", "Mançester Yunayted" və Lion "Olimpik"indən sonra daha 2 komanda martın 16-da adını Çempionlar liqasının 1/4 finalına yazdırdı. Bunlar "İnter" və ÇSKA oldu. İtalyan təmsilçisi evdə üstələdiyi "Çelsi"ni səfərdə də məğlub edərək Avropanın ən güclü 8 komandası arasına daxil oldu. Ruslar isə İspaniyada "Sevilya"nı üstələyərək tarixində ilk dəfə ÇL-in 1/4 final mərhələsinə vəsiqə qazandı.
Oxumaq
18.03.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •