|
|
|
|
|
Amerika - dünyanın ən böyük həbsxanası
|
|
Planet əhalisinin yalnız 5 faizinin yaşadığı ABŞ-ın payına dünyadakı məhkumların 25 faizi düşür, başqa sözlə hər 100 000 amerikalıdan 751 nəfəri barmaqlıqlar arxasındadır
|
Oxumaq
17.03.10
|
| |
|
|
Azərbaycanın məşhur müğənniləri Hollandiyada konsert verəcək
|
Məşhur ifaçılar Lalə Məmmədova və İlqar Muradov Amsterdamda konsert verəcəklər.
Trend xəbər verir ki, onlarla birlikdə bəstəkar, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi də Hollandiyaya gedəcək. Azərbaycan ifaçılarının konserti martın 27-nə planlaşdırılıb. Konsert Hollandiyada yaşayan azərbaycanlıların dəvəti ilə baş tutacaq.
|
Oxumaq
17.03.10
|
| |
|
|
"Eurovision"da dəyişikliklər olacaq
|
Avropa Yayım Şurası müsabiqənin formatında bəzi dəyişikliklər planlaşdırıb
Məlum olduğu kimi, 55-ci “Eurovision-2010” Mahnı Müsabiqəsi mayın 25-dən 29-dək Norveçin paytaxtı Osloda keçiriləcək. Bu ölkəyə qələbəni “Eurovision-2009”un norveçli iştirakçısı Aleksandr Rıbak gətirib. Müsabiqənin rəsmi internet saytı xəbər verir ki, müsabiqə Şimali Avropanın nəhəng qapalı idman – konsert kompleksi “Telenor Arena”da keçiriləcək. Skandinaviyanın ən nəhəng idman kompleksinin 23 mindən artıq tamaşaçı qəbul etmək imkanı var. Müsabiqənin nümayişinin təşkilatçısı NRK kanalı olacaq. “Eurovision-2010” Mahnı Müsabiqəsinin aparıcıları Norveçin məhşur teleaparıcıları Erik Solbakken və Haddi Hyijen olacaqlar.
|
Oxumaq
17.03.10
|
| |
|
|
Müğənni Azərin zabit oldu
|
Daxili Qoşunlarımızın yaranmasının 18 illik ildönümü münasibəti ilə daxili işlər naziri Ramil Usubov əməkdar artist Azərinə leytenant hərbi rütbəsi verib.
Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə müğənni Azərinin köməkçisi Cavid Abidov məlumat verib. Müğənniyə bu rütbənin verilməsi heç də təsadüfi deyil. Belə ki, 10 ilə yaxındır hərbi hissələrdə və cəbhə bölgələrində konsert verən Azərin artıq 1 ildir Daxili Qoşunların Nümunəvi Orkestrinin solistidir.
|
Oxumaq
17.03.10
|
| |
|
|
Səfurə Əlizadə Osloda “Soulless”i ifa edəcək
|
Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə yarışmaya ciddi-cəhdlə hazırlaşır.
Hazırda Stokholmda olan Azərbaycan təmsilçisi bildirib ki, müsabiqədə yüksək səviyyədə çıxış etmək üçün o, Avropanın ən güclü peşəkarları ilə birgə çalışır. Müsabiqədə ifa etmək üçün təqdim olunan mahnılardan biri “Soulless” artıq yazılıb. Eyni zamanda yeni fotosessiya da çəkilib.
|
Oxumaq
17.03.10
|
| |
|
|
|
|
|
|
"Mercedes" divara çırpılıb
|
İki nəfər dünyasını dəyişib
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Asim Ağaverdiyev vurulub. Nəticədə ağar xəsarət alan A.Ağaverdiyev xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun A.Ağaverdiyevin həyatını xilas etmək mümkün olmayıb.
|
Oxumaq
17.03.10
|
| |
|
|
|