Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 17.3.2010
Səhifələr : # « 1 2 3
Buffonun sədaqəti
İtaliya yığmasının qapıçısı karyerasını Turində bitirmək niyyətindədir

Canluici Buffonun bu mövsümün sonunda "Yuventus"dan ayrıla biləcəyi haqda xəbərlər yenidən gündəmə gəlib. Onun bir neçə aydan sonra İngiltərəyə üz tutacağı iddia edilir.
Oxumaq
17.03.10  
 
Karlos vətənində də ümidləri doğrultmur
Braziliyalı qısa müddət ərzində ikinci qırmızı vərəqəni alıb

Qış "transfer pəncərəsi"ndə "Fənərbaxça"nı "Korintians"a dəyişərək Ronaldoyla yenidən bir araya gələn Braziliya futbolunun ulduz isimlərindən Roberto Karlos vətənində heç də ümidləri doğrultmur. Karlos "Korintians"ın heyətində artıq bir neçə oyuna çıxıb. Amma əvvəlki səviyyəsi olmadığı dərhal görünüb. Üstəlik, müdafiəçi tez-tez hakimlərin qəzəbinə tuş gəlməklə də qınaq obyektinə çevrilib.
Oxumaq
17.03.10  
 
Misir Mərdanov: “3 tələbə akademiyadan qovulub”
Nazir ADNA-nın tələbələrinin yoxa çıxması barədə məlumatlara aydınlıq gətirib
Oxumaq
17.03.10  
 
Yuan-dollar savaşı
Çinlə ABŞ qarşılıqlı ittihamlar ünvanlayır

Çin dünya maliyyə böhranına baxmayaraq, valyuta ehtiyatlarını xeyli gücləndirib. Belə ki, onun hesabında 2,3 trilyon dollar var və ehtiyatları da hər ay 30 milyard dollar çoxalır. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, Çinin fəal saldosu 2010-cu ildə 450 milyard dollara bərabər olacaq. Bu da 2003-cü il göstəricisindən 10 dəfə yüksəkdir.
Bu arada isə Çin Xalq Bankının sədr müavini Su Nin yuanın möhkəmləndirilməsinə ehtiyac duyulduğu barədə açıqlamalar verən ABŞ rəhbərliyini sərt tənqid edib. «Sinhua» xəbər verir ki, Ninin fikrincə, yuanın dəyəri siyasiləşmə mövzusu ola bilməz və bu məsələ dünya ticarətində disbalans yaratmır: «Ümumiyyətlə, hesab edirik ki, hər hansı dövlət öz maliyyə çətinliklərini həll edəndə başqa ölkənin məsləhətlərinə qulaq asmamalıdır".
Oxumaq
17.03.10  
 
Ladenin oğlu İrandan şikayətçidir
Terrorçunun ailə üzvlərini döyürlər

İnternetdə yerləşdirilmiş məktubda deyilir ki, «Əl-Qaidə» lideri Üsamə bin Ladenin oğlu Xalid bin Laden İran rəsmilərini Laden ailəsinin üzvlərini həbs etməkdə və döyməkdə ittiham edib. Xalid bin Ladenin yazdığı deyilən məktub İnternetdə «Əl-Qaidə» ilə əlaqəsi olan Global İslam Media Cəbhəsinə məxsus səhifədə dərc edilib. «Əl-Qaidə» liderinin oğlunun məktubunda 2001-ci ildə Birləşmiş Ştatlar ordusunun Əfqanıstana daxil olmasından sonra qadın və uşaqlar da daxil olmaqla, onun ailə üzvlərinin oradan qaçdıqları və İrana qeyri-rəsmi daxil olduqları bildirilir.
Oxumaq
17.03.10  
 
Mübarək vəfat edib?
Prezidentin görünməməsi bu barədə söhbətlərin yayılmasına səbəb olub

Ərəb dünyası 29 ildir Misir prezidenti postunu tutan Hüsnü Mübarəkin ölməsi barədə yayılan xəbərlərlə çalxalanmağa başlayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, 81 yaşlı Hüsnü Mübarək 10 gün əvvəl Almaniyanın Heidelberg Universitetinin xəstəxanasında ödündən cərrahi əməliyyat olunub, eyni zamanda, nazik bağırsağındakı kiçik şiş götürülüb. Ancaq o gündən indiyə qədər Hüsnü Mübarək heç bir telekanalda görünməyib. Yalnız xəstəxana yetkililəri bir həftə sonra bildiriblər ki, cərrahi əməliyyat uğurlu keçib, Hüsnü Mübarəkin durumu yaxşılaşır.
Oxumaq
17.03.10  
 
ABŞ Dövlət Departamentinin hesabatlarına etirazlar artır
Siyasi partiya təmsilçiləri burada yer alan məlumatların qərəzli olduğu qənaətində həmrəydirlər

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti, narkotiklərlə mübarizəyə dair hesabatlarında qərəzli məlumatların yer alması ənənəsi davam etməkdədir. Dövlət Departamenti hər il Azərbaycan ictimaiyyətinin etirazlarını nəzərə alıb hesabatlarında obyektivliyi təmin etmək əvəzinə, qərəzinin rəngini daha da tündləşdirir. Hesabatlarda heç bir mənbəyə əsaslanmadan Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğu fikri yer alır. Bu səbəbdəndir ki, hesabatlarda yer alan fikirlər Azərbaycanın əksər siyasi partiyaları, ictimaiyyət təmsilçiləri tərəfindən pislənilməkdədir. Yalnız Azərbaycana qarşı qərəzli mövqe tutan dairələrin diqtəsi ilə hərəkət edən siyasi partiyalar qərəzli hesabatlarla bağlı loyal mövqedən çıxış edirlər.
Oxumaq
17.03.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •