Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 16.3.2010
Səhifələr : # « 1 2 3 4
Çili növbəti fəlakətlə üz-üzə
Texnogen qəza 17 milyon insanı işıqsız qoyub

Bir müddət öncə güclü zəlzələdən zərər çəkən Çilinin böyük ərazisində elektrik enerjisinin verilməsi dayandırılıb. “Reuters” agentliyinin yaydığı məlumata görə, bazar günü baş verən texnogen qəza nəticəsində 17 milyon adam (ölkə əhalisinin təxminən 80 faizi) işıqsız qalıb. Atakama səhrasından cənubdakı Çiloe adasına qədər 2 min kilometrdən çox ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb. Paytaxt Santyaqoda elektrik enerjisinin verilməsinin dayanmasından əlavə, telefon əlaqəsi də kəsilib. Üstündən bir neçə saat keçəndən sonra bəzi ərazilərə elektrik enerjisinin verilməsi bərpa edilib. Lakin mütəxəssislər bildirirlər ki, elektrik şəbəkələri hələlik tələb olunan enerjinin cəmi 8 faizini verə bilir.
Oxumaq
16.03.10  
 
«Toyuq böhranı»
Rusiya ABŞ toyuqlarına qarşı tətbiq etdiyi “xlor qadağası”nı aradan qaldırmaq istəmir

Birləşmiş Ştatlarla Rusiya arasında «toyuq qalmaqalı» hələ də davam edir. ABŞ hələ də bu ölkə tərəfindən onun toyuqlarına qarşı tətbiq edilən “xlor qadağası”nı aradan qaldıra bilməyib. Rusiyanın İstehlaka Nəzarət İdarəsi yanvarın 1-də bu ölkəyə ABŞ-dan quş əti məhsullarının idxalının dayandırılması ilə bağlı qərarına Amerikanın münasibətini gözləyir. Bu barədə Rusiya mətbuatına Rusiya Federasiyasının baş sanitar həkimi Gennadi Onişenko məlumat verib. Qeyd edək ki, qadağa ABŞ-da toyuqların təmizlənməsi zamanı istifadə edilən suyun tərkibində xlorun miqdarının artıq olması ilə əsaslandırılıb. Məsələ ilə bağlı iki ölkənin səlahiyyətli orqanları arasında danışıqlar 19 yanvar tarixindən başlanıb.
Oxumaq
16.03.10  
 
İlqar Qurbanovun kuryoz zədəsi
Futğolçu sağlam yatıb, zədəli durub

"Olimpik-Şüvəlan" Azərbaycan kuboku uğrunda "Simurq"la cavab oyununa itkilərlə çıxacaq. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Nazim Süleymanov məlumat verib. Onun sözlərinə görə, bəzi futbolçuları zədəlidir. "Gürcü futbolçumuz Roman Qoqinaşvili üçün mövsüm artıq başa çatıb.
Oxumaq
16.03.10  
 
Zaur Tağızadə qayıdır
Bakının "Neftçi" klubunun əsas kapitanı Zaur Tağızadənin zədəsi sağalıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu artıq kollektivlə məşqlərə başlayıb. Z.Tağızadə Unibank Premyer Liqası çərçivəsində "Bakı"ya qarşı keçiriləcək oyunda forma geyinə biləcək. Həmin matç martın 21-də baş tutacağından, Z.Tağızadənin dönüşü Novruz bayramına təsadüf edəcək.
Xatırladaq ki, Z.Tağızadə ilkin mərhələnin "Qarabağ"la görüşündə zədələnib. Zaurun yoxluğunda kapitan sarğısını yığma komandamıza da çağırılan Rail Məlikov daşıyır.
Oxumaq
16.03.10  
 
Roşa daha bir il "İnter"də
Bakının "İnter" klubu əsas oyunçularından biri olan braziliyalı Leanardo Roşa ilə müqavilənin müddətini daha bir illiyə uzadıb. Bu barədə apasport.az saytına paytaxt komandasının baş menecerinin müavini Kamran İsmayılov məlumat verib. Onun sözlərinə görə, məsələ artıq rəsmiləşib: "Roşanın müqaviləsinin müddəti yaya qədər nəzərdə tutulmuşdu. Biz səmərəli futbolçu olduğunu nəzərə alıb, onunla əməkdaşlığı davam etdirmək qərarına gəldik. Artıq yarımmüdafiəçi ilə yeni bir illik müqavilə imzalanıb".
Xatırladaq ki, "İnter" Roşanın Premyer Liqada şərəfini qoruduğu ikinci klubdur. Belə ki, 25 yaşlı futbolçu FİFA meneceri Kamil Məmmədovun vasitəçiliyi ilə "Standard"a gəlmişdi. İntizamsız futbolçu təsiri bağışlayan Roşa o vaxtkı baş məşqçi Kaxaber Sxadadze tərəfindən heyətdən qovuldu. Maraqlıdır ki, Roşa "İnter"ə də məhz Kaxaber Sxadadzenin istəyi ilə cəlb olunub.
Oxumaq
16.03.10  
 
"Real" transferlərə doymur
Florentino Peresin yeni transfer siyahısı hazırladığı bildirilir

ÇL-in 1/8 final mərhələsi səddini bu dəfə də keçə bilməyən "Real" bosslarının yeni mövsümdə bütün titullar uğrunda real mübarizə apara biləcək yeni komanda quruculuğuna başlamaq üçün qollarını indidən çırmalamasıyla bağlı xəbərlər səngimir. İspaniyadan gələn xəbərlərdə prezident Florentino Peresin artıq yeni - daha möhtəşəm transfer siyahısı hazırladığı bildirilir. Madridlilərin yayda Duqlas Maykon (İnter), Patris Evra (M.Y.), Frank Riberi (Bavariya) və David Vilyanı (Valensiya) İspaniya paytaxtına gətirməyə çalışacağı bildirilir. Hər halda, yerli populyar idman nəşrləri ilk növbədə məhz bu futbolçuların "Real"a qoşulmaq şansını yüksək dəyərləndirir. İngiltərədə çıxan "Deyli Star" qəzeti isə Stiven Cerrardı da həmin siyahıya "daxil edir".
Oxumaq
16.03.10  
 
Çempionluq yarışı qızışır
"Neftçi"nin "İnter"dən xal alması turnir cədvəlindəki vəziyyəti mürəkkəbləşdirib

Premyer-liqanın final mərhələsinin ilk turu arxada qaldı. Gözlənildiyi kimi, "altılığ"ın ilk oyunları gərgin və maraqlı keçdi.
"İnter" - "Heftçi" qarşılaşması da maraqlı alındı. Kubokdakı 0:3 belə düşünməyə əsas verirdi ki, "bankirlər" yenə də "Heftçi"yə şans verməyəcəklər.
Oxumaq
16.03.10  
 
4 qızıl və 2 bürünc medal
Belarusda üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu yarışda iştirak edən komandalarımız ümumilikdə 4 qızıl və 2 bürünc medal qazanıb. Medallardan 3-nü (2 qızıl, 1 bürünc) qadınlardan ibarət yığmamız əldə edib. Olesya Zamula (63 kq) və Nadya Sementsova (67 kq) birinci, Gözəl Zutova (63 kq) isə 3-cü yeri tutub. Bu turnirlə bərabər Minskdə yeniyetmə güləşçilər arasında "Medveyonok" turniri də təşkil edilib. Komandamız yeniyetmələrin yarışında da 2 qızıl və 1 bürünc medala sahib olub. Kəmalə Əliyeva (49 kq) və Patimat Baqomedova (52 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb, Aydan Səfərli (46 kq) isə bürünc medalla kifayətlənib.
Oxumaq
16.03.10  
 
Səhifələr : # « 1 2 3 4
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •