|
|
|
Dövlət Departamentinin növbəti qərəzli və şişirdilmiş hesabatı
|
Siyasətçilərin fikrincə, 2010-cu il parlament seçkiləri ərəfəsində belə bəyanatların səsələndirilməsi xoş niyyət daşımır
Birləşmiş Ştatların Dövlət Departamenti hər il dünyada insan haqlarının pozulması ilə bağlı illik hesabatını açıqlayır. Bu dəfə də ənənəsinə sadiq qalan Dövlət Departamenti növbəti hesabatında bu məsələyə toxunub. Ənənəvi olaraq hesabatda Rusiya, Çin, Myanma, ŞKDR və Ermənistan kimi ölkələrdə insan haqlarının pozulduğu xüsusi qeyd olunub.
|
Oxumaq
13.03.10
|
| |
|
|
|
|
|
|
Amaliya Pənahova haqqında kitab təqdim olundu
|
Mart ayının 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda professor Gülrux Əlibəylinin rus dilində Azərbaycanın Xalq artisti Amaliya Pənahovanın həyat və yaradıcılığından həsr olunmuş “Qrani bolşoqo talanta” (“Böyük istedadın çalarları”) kitabının təqdimat mərasimi keçirildi. Mərasimi açan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, filologiya elmlər doktoru Gülrux Əlibəylinin yaradığılığına ekskurs edərək indiyə qədər Azərbaycan ədəbiyyatına olan xidmətindən söz açdı və G.Əlibəylinin Azərbaycan teatrı haqqında yazdığı əsərləri, eyni zamanda, bugünkü təqdim olunan kitabını yüksək qiymətləndirdi.
|
Oxumaq
13.03.10
|
| |
|
|
Fərhad Bədəlbəyli İsrailə gedir
|
|
Bu yaxınlarda Londondan qastrol səfərindən dönən xalq artisti Fərhad Bədəlbəyli yenidən səfərə hazırlaşır. Bakı Musiqi Akademiyasının rektoru İsraildə konsert proqramı ilə çıxış edəcək. Martın 19-dan 26-dək davam edəcək klassik musiqi gecələri İsrailin bir neçə şəhərində baş tutacaq. Fərhad Bədəlbəyli İsrail Simfonik Orkestrinin dirijoru Dmitri Yablovskini ilə birlikdə İsrailə dəvət edildiyini bildirib.
|
Oxumaq
13.03.10
|
| |
|
|
Fidan Hacıyevanın Britaniyada sifariş verdiyi geyimlər hazırdır
|
Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyevanın solo konserti üçün Böyük Britaniya modelyerinə sifariş etdiyi geyimlər hazırdır. Sənətçinin Lent.az-a verdiyi məlumata görə, geyimlər artıq Londondan Bakıya gətirilib. Onun sözlərinə görə, Böyük Britaniyanın tanınmış modelyeri Brend Loren tərəfindən hazırlanan bu geyimlər digərlərindən seçiləcək: “Libaslar olduqca gözəl və bənzərsizdir. Səhnəyə, ifama da uyğundur. Konsertim üçün məxsusi olaraq hazırlanıb”. Martın 17-də Akademik Opera və Balet Teatrında baş tutacaq konsertində Fidan Hacıyeva ilə birlikdə professor Hüseyn Əliyevin tələbələri - Azər Rzayev, Süleyman Süleymanov, Fərid Əliyev, Anton Feştanq da səhnəyə çıxacaq.
|
Oxumaq
13.03.10
|
| |
|
|
TÜRKSOY çərçivəsində I beynəlxalq kino festivalı keçiriləcək
|
|
TÜRKSOY-un təşəbbüsü ilə ilk dəfə olaraq bu təşkilata üzv olan ölkələrin iştirakı ilə I beynəlxalq kinofestival keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən verilən məlumata görə, “Yeddi kamera, bir ekran” adı altında martın 21-dən 28-dək gerçəkləşəcək.
|
Oxumaq
13.03.10
|
| |
|
|
Yaqub Zurufçu “sındırın tüfəngi, yıxın divarı” deyir
|
Müğənni “Sevgilim” adlı yeni diskini azərbaycanlı pərəstişkarları üçün hazırlayıb
Əsasən Amerikada yaradıcılıq fəaliyyəti ilə məşğul olan əməkdar artist Yaqub Zurufçunun ilk dəfə olaraq doğma ölkəsində diski işıq üzü görüb. İndiyə qədər Amerika Birləşmiş Ştatlarında 25-dən çox albomu çıxan müğənni, “Sevgilim” adlı yeni diskini azərbaycanlı pərəstişkarları üçün hazırlayıb. “Mən çox şadam ki, artıq mənim pərəstişkarlarım təbii halda mənim səsimə qulaq asa biləcəklər. Əlbəttə mənim disklərim marketlərdə və mağazalarda satılmır. Buna görə də hər kəsin nəzərinə çatdırıram ki, mənim veb saytıma daxil olub, mahnılarıma qulaq asa bilərlər”, deyə əməkdar artist ANS-ə bildirib.
|
Oxumaq
13.03.10
|
| |
|
|
Türk müğənnisinin kliplərinin Bakıda təqdimatı keçiriləcək
|
Son aylar türkiyəli sənətçilərlə işbirliyi quran rejissor Nail Naiboğlunun dəvəti ilə Orxan Ölmez Bakıda qonaq olacaq.
Türkiyəli sənətçinin səfəri iki məqsəd daşıyacaq. Əvvəla onun burada sözügedən rejissor tərəfindən klipi çəkilir. İkinci səbəb isə budur ki, o, Nail Naiboğlunun yaradıcılığının 5 illiyinə həsr olunan gecədə iştirak edəcək. Rejissorun milli.Az xəbər portalına bildirdiyinə görə, tədbir yalnız yubiley təbrikləri ilə yadda qalmayacaq. Gecədə onun ekranlaşdırdığı 5 yeni klipin təqdimatı da keçiriləcək.
|
Oxumaq
13.03.10
|
| |
|
|
«Hesabat, hətta əvvəlkilərdən qat-qat qeyri-obyektivdir"
|
Rəbiyyət Aslanova: «Azərbaycan haqqında iftiralar uyduran mötəbər mənbə kimdir ki, Dövlət Departamenti onlara xüsusi önəm verir"
"Dövlət Depatamenti mövqeyinə yenə sadiq qalaraq, Azərbaycanda insan haqlarının vəziyyətini kəskin şəkildə tənqid edir", - áóíó Trend-ÿ Milli Məclisin İnsan hüqüqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
ABŞ Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını yayıb.
|
Oxumaq
13.03.10
|
| |
|
|
|
|
|