|
AGBank-a “Fəxri gənc” mükafatı təqdim olundu
|
Dünən Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə təsis etdiyi “Fəxri gənc” mükafatının təqdimat mərasimi keçirilib. Mərasimdə 12 nominasiya üzrə qaliblərə mükafatlar təqdim olunub. Qeyd edək ki, “Fəxri gənc” mükafatı, qızıl döş nişanı və diplomdan ibarətdir. GTMŞ sədri, deputat Fuad Muradovun sözlərinə görə, “Fəxri gənc” mükafatının verilməsi artıq bir ənənəyə çevrilib. Gənclər və idman naziri Azad Rəhimov isə, nazirliyin gənclərlə bağlı həyata keçirdiyi proqramlardan danışıb və qalibləri təbrik edib. Xatırladaq ki, AGBank-a “Fəxri gənc” mükafatı “Gəncləri ən çox dəstəkləyən biznes qurumu” nominasiyası üzrə verilib.
|
Oxumaq
13.03.10
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycanlıların Ermənistandan deportasiyasının növbəti ildönümü də arxada qaldı
|
Mütəxəssislər zərərçəkənlərin deportasiya qurbanları kimi tanınması üçün hələ çox iş görülməli olduğu bildirirlər
Martın 10-da Azərbaycanlıların Ermənistan ərazilərindən 1948-53-cü illərdəki deportasiyasının növbəti ildönümü arxada qaldı. Məhz həmin tarixdə SSRİ Nazirlər Soveti Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlı heç bir səbəb olmadan Azərbaycana köçürülməsi barədə qərar qəbul etmişdi. Bu qərar Ermənistan ərazisindəki tarixi Azərbaycan torpaqlarında yaşayan 150 mindən artıq azərbaycanlıya şamil edilmişdi. Deportasiya zamanı yüzlərlə azərbaycanlı həyatla vidalaşmışdı. Amma bugünədək bu hadisələrə hüquqi-siyasi qiymət verilməyib.
|
Oxumaq
12.03.10
|
| |
|
|
Baş nazirin müavininindən xəbərdarlıq
|
Azərbaycandakı məcburi köçkünlərin hökumət tərəfindən verilmiş yaşayış sahələrini satmağa və ya dəyişməyə ixtiyarı yoxdur
Dövlət tərəfindən məcburi köçkünlərə verilən ev və mənzillər hökumətin balansındadır, satıla və ya dəyişdirilə bilməz. Bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. «Bu evlər və mənzillər müvəqqəti yaşayış xarakteri daşıyır, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansındadır», - Həsənov cümə axşamı jurnalistlərə bildirib.
|
Oxumaq
12.03.10
|
| |
|
|
“Azərbaycan regionda böyük iqtisadi potensiala malik ölkədir”
|
Almaniyanın Azərbaycandakı səfiri Per Stankina bu fikirdədir
Almaniya Cənubi Qafqazda sabitliyin bərqərar olmasına can atır. Regiondakı sabitlik burada mühüm iqtisadi layihələrin həyata keçirilməsinə imkan verir. Bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Per Stankina Prezident yanında Strateji Araşdırmalar Mərkəzində tələbələrlə keçirdiyi görüşdə deyib.
|
Oxumaq
12.03.10
|
| |
|
|
İki ayda tikintidə 5 nəfər ölüb
|
İstehsalatda bədbəxt hadisələr zamanı ölənlərin yarıya qədəri təkcə tikinti sektorunun payına düşür
2010-cu ilin yanvar-fevral ayları ərzində istehsalatda 29 bədbəxt hadisə baş verib. Bunun 7-si tikinti sektorunun payına düşür. Ötən iki ayda istehsalatla əlaqəli sayılmış hadisələrdə 10 ölüm halı qeydə alınıb ki, bunun da 5-i tikinti sektorunda baş verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyin rəisi Nəbi Şükürlü bu ilin ilk ayı ərzində istehsalat müəssisələrində aparılan tədqiqatların nəticələrinə dair keçirdiyi mətbuat konfransında belə deyib.
|
Oxumaq
12.03.10
|
| |
|
|
|