Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 11.3.2010
Səhifələr : 1 2 3 4 » #
Ermənistan-Türkiyə protokolları “dondurulmalıdır”
Murad Mərcan: “Bizi narahat edən 2 fakt var idi, indi isə onlara biri də qoşulub: ABŞ-da qəbul edilmiş qətnamə”
Oxumaq
11.03.10  
 
Əli Həsənov: “Bir məmurun həyatı bir dövlətin güzgüsüdür ”
“Hesab edirəm ki, gücüm çatan, imkanım yetən çərçivədə dövlətimə, millətimə, respublikama, liderimə, prezidentimə və siyasi məktəbində formalaşdığım ümummilli liderimiz Heydər Əliyevə xidmət göstərmişəm”
Oxumaq
11.03.10  
 
Adriano yenidən içkiyə qurşanıb
Şəxsi plandakı növbəti qalmaqal futbolçunu "sındırıb"
Oxumaq
11.03.10  
 
Sarkozidən «nüvə renesansı»
Fransa prezidenti bəyan edib ki, dünya yeni nüvə erasının astanasındadır
Oxumaq
11.03.10  
 
ARDNŞ Almaniya şirkəti ilə memorandum imzaladı
ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, memorandum çərçivəsində alman şirkəti 1 il ərzində “Naxçıvan” strukturunu öyrənəcək
Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Almaniyanın “RWE DEA” şirkəti arasında Xəzərin Azərbaycan sektorundakı ““Naxçıvan” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.
ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, memorandum çərçivəsində alman şirkəti 1 il ərzində “Naxçıvan” strukturunu öyrənəcək. Bundan sonra strukturda kəşfiyyat işləri həyata keçiriləcək.
Oxumaq
11.03.10  
 
Beynəlxalq Bankın müştərisi AGBank-ın keçirdiyi “Uduşlu Kupon” kampaniyasının qalibi oldu
Daha bir nəfər, AGBank-ın keçirdiyi Uduşlu Kupon kampaniyasının qalibi oldu. Bu, 1983 təvəllüdlü, Beynəlxalq Bankın müştərisi Sultanova Güneldir. Bu barədə AGBank-ın mətbuat xidməti xəbər yayıb. Məlumatda deyilir ki, son iki ay ərzində 7 nəfər Uduşlu Kuponun qalibi olub. Xatırladaq ki, daha əvvəl iki nəfər 500 manatlıq kuponları qazanmışdılar.
AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank-ın bankomatlarına yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank-ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər.
Oxumaq
11.03.10  
 
Bakcell-dən yeni “Mən qayıtdım” və təkmilləşdirilmiş “Sənə zəng etmişdim” xidməti
Bakcell-in “Sənə zəng etmişdim” xidməti ən böyük müştəri tələbatına malikdir və Bakcell ona yeni keyfiyyətlər əlavə edərək  təkmilləşdirib. Artıq zəng çatmayan abunəçiyə şəbəkəyə geri qayıdana qədər dəfələrlə zəng etməyə ehtiyac yoxdur.
İndi Bakcell abunəçiləri “Sənə zəng etmişdim” xidmətinə əlavə olaraq yeni və pulsuz “Mən qayıtdım” xidmətindən yararlana biləcəklər. Bu xidmət bütün “Sənə zəng etmişdim” istifadəçiləri üçün aktiv olacaq və Bakcell abunəçinin şəbəkəyə geri qayıtması barədə SMS vasitəsilə məlumat verəcək.
Oxumaq
11.03.10  
 
Beynəlxalq Valyuta Fondunun rəhbəri: Dünya növbəti böhrana hazırlaşmalıdır
Dünya iqtisadiyyatının bərpasının başlanmasına baxmayaraq, beynəlxalq ictimaiyyət növbəti böhrana hazırlaşmalıdır.
“APA-Economics”in məlumatına görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kan Yohannesburq Universitetinin tələbələri ilə görüşündə çıxış edib.
D.Stross-Kan qeyd edib ki, iqtisadiyyatın bərpa olunmağa başlaması səbəbindən liderlər iqtisadi islahatlarla bağlı tədbirləri və maliyyə bazarları üzərindəki nəzarəti zəiflədə bilərlər. Bu isə yeni böhrana gətirib çıxara bilər.
BVF rəhbəri yeni böhranın müddəti və xüsusiyyətləri barədə heç nə deyə bilməyəcəyini, amma onun qaçılmaz olduğunu söyləyib.
Oxumaq
11.03.10  
 
Eni şirkətinin rəhbəri “Nabukko” və “Cənub axını” layihələrini birləşdirməyə çağırır
“Cənub axını” layihəsinin “Qazprom” şirkəti ilə bərabər səviyyədə səhmdarı olan İtaliyanın Eni şirkətinin rəhbəri Poalo Skaroni “Nabukko” və “Cənub axını” layihələrinin xərclərinin azaldılması üçün bu layihələrin birləşdirməsini təklif edib.
“Əgər layihə üzrə parterlər iki boru kəmərini bir marşrutun hissələri kimi birləşdirsə, bu zaman biz investisiyaları və əməliyyat xərclərini azalda və vəsait artımını sürətləndirə bilərik”, - Hyustonda CERAweek konfransında çıxış edən Skaroninin sözlərinə istinadən “Bloomerg” yazır.
Oxumaq
11.03.10  
 
Londonda «Böyük Britaniya Azərbaycanda» mövzusunda ticarət-investisiya forumu keçirilib
Londanda Yaxın Şərq Assosiasiyası (Middle East Association) və Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə «Böyük Britaniya Azərbaycanda» mövzusunda ticarət-investisiya forumu keçirilib.
ABB-dan verilən məlumata görə, forum çərçivəsində Böyük Britaniyanın iş adamları Azərbaycanın investisiya imkanları ilə tanış olublar.
Tədbirdə çıxış edən Yaxın Şərq Assosiasiyasının baş direktoru Maykl Tomas qeyd edib ki, Azərbaycanın regionda strateji və neft-qazla zəngin ölkə olmasına baxmayaraq, ölkədə digər sahələr də inkişaf edir. M.Tomas bildirib ki, iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığının qurulması mümkündür.
Oxumaq
11.03.10  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •