Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 




 
 
 
Xəbərlər / 11.3.2010
Səhifələr : # « 1 2 3 4 » #
Qəbələ rayonunun qaz təsərrüfatı yenilənir
“2009-2013-cü illər Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq, respublikamızın bölgələrində əhalinin təbii qazla təhlükəsiz və keyfiyyətlə təmin olunması məqsədi ilə aparılan genişmiqyaslı işlər uğurla davam etdirilir. Azərbaycanın qaz təchizatı istiqamətində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeni-yeni qaz xətləri çəkilir, istismara yararsız borular yenisi ilə əvəz olunur və digər yenidənqurma işləri aparılır. Həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ rayonun qaz təchizatı sistemində də işlər sürətlənmişdir.
Oxumaq
11.03.10  
 
Fevralda vergi qanunvericiliyinin pozulması hallarının sayı azalıb
Azərbaycan Vergilər Nazirliyi tərəfindən aparılan operativ nəzarət tədbirləri nəticəsində 2010-cu ilin fevral ayı ərzində 1120 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir. Yanvarda isə 1496 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmişdi.
Araşdırma dövrü ərzində 521 vergiödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 174 vergiödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib.
Oxumaq
11.03.10  
 
Stress və yorğunluqdan necə xilas olmalı?
Mobil telefonlar başda olmaqla, elektron cihazlardan yayılan dalğalar bədəndə stress və yorğunluğa səbəb olur.
“haberturk.com”un verdiyi məlumata görə, hər axşam duş almaq isə bütün bədəni elektrik yükündən qurtararaq, insanı stress və yorğunluqdan təmizləyə bilir.
Dicle Universitetinin tibb fakültəsinin müəllimi professor-doktor Süleyman Daşdağın sözlərinə görə, bütün elektrik alətləri, yüksək gərginlikli xətlər, televizorlar, cib telefonları və kompyuter kimi cihazların elektromaqnit dalğalar yayır. Stressə səbəb olan elektromaqnit çirkliliyin ən böyük mənfiliklərindən biri insanları tənbəlliyə sürükləməsidir:
Oxumaq
11.03.10  
 
Nobel mükafatına rekord sayda iddiaçı var
Bu il Nobel mükafatı almağa iddia edənlərin sayı rekord həddə çatıb.
Mükafata 38 təşkilat daxil olmaqla, 237 nəfər iddia edir. «Bu, indiyədək qeydə alınmış ən yüksək rəqəmdir», - deyə Oslodakı Nobel İnstitutunun rəhbəri Qir Lundestad bildirib.
Lundestadın sözlərinə görə, ötən il ali mükafata iddiaçıların sayı 205 olub.
Oxumaq
11.03.10  
 
Nərgiz Cəlilova: “Ürəyimcə olmayan heç nə etməmişəm”
Məşhur teleaparıcı Nərciz Cəlilova teleməkanda yayımlanan verilişlərlə müqayisədə aparıcısı olduğu “Pəncərə” verilişini fərqli sayır.
Bu barədə aparıcı Lent.az-a açıqlama verib: “Bu günə qədər aparıcısı olduğum heç bir veriliş mənə uzaq olmayıb, ümumiyyətlə bu günə qədər ürəyimcə olmayan heç nə etməmişəm”.
Oxumaq
11.03.10  
 
Gəncədəki “İmamzadə” kompleksinin tarixindən bəhs edən monoqrafiya nəşr olunacaq
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin Gəncədəki “İmamzadə” tarixi-dini kompleksinin təmiri və bərpası ilə əlaqədar imzaladığı sərəncam bütün şəhər sakinləri kimi elm adamlarını da sevindirmişdir.
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzində keçirilən yığıncaqda bildirilmişdir ki, belə bir vacib addımın atılması ölkə başçısının milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğısının təzahürüdür. Çıxış edən alimlər VIII əsrin yadigarı olan kompleksin məhv olmaq təhlükəsindən xilas olacağını sevinc hissi ilə qarşılamışlar. Alimlər qeyd etmişlər ki, elm mərkəzinin əməkdaşları bu nadir kompleksə dövlət başçısı tərəfindən göstərilən qayğıya cavab olaraq 400 səhifəlik elmi monoqrafiya hazırlamış və çapa təqdim etmişlər.
Oxumaq
11.03.10  
 
Almaniyanın «Eurovision» təmsilçisi Tailandda infarktdan keçinib
Alman müğənnisi, ölkəsini « Eurovision-2010» təmsil etməyə əsas namizədlərdən biri olan Bobbi Donner 33 yaşında infarktdan vəfat edib. APA bu barədə Almaniyanın Bild jurnalına istinadən məlumat verir. Donner səkkiz gün komada qaldıqdan sonra həyatını itirib.
«Mənim oğlum Banqkokda hovuzda üzərkən huşunu itirib. Həkimlər onu xilas etmək istəyirdilər, lakin o bir daha ayılmadı. Nə baş verdiyini başa düşmürük. O tamamilə sağlam idi», deyə müğənninin anası Erika Donner bildirib.
Oxumaq
11.03.10  
 
Ariel Koen: “Prezident Obama 24 aprel çıxışında “soyqırımı” sözünü işlətsə, bu, daha çox problemlərə səbəb olacaq”
ABŞ-nın “Heritage” Fondunun Rusiya və Avrasiya məsələləri üzrə baş eksperti Ariel Koen hesab edir ki, Türkiyə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində erməni soyqırımı ilə bağlı qəbul olunmuş qərara sərt reaksiya verəcək.

APA-nın Vaşinqton müxbirinə açıqlamasında Ariel Koen bildirib ki, hətta bütünlükdə Nümayəndələr Palatası qətnamənin əleyhinə səs versə belə, ABŞ və Türkiyə arasındakı məsafə artacaq.
Oxumaq
11.03.10  
 
Bir neçə oğurluq faktının üstü açılıb
Saxlanılanlardan ikisi mobil telefon oğurluğunda şübhəli bilinir

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə oğurluq faktının üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Günəş Aslanov və Gülafət Sarıyevanın evlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Saxlanılan Maştağa qəsəbə sakini Rüfət Əliyevdir. R.Əliyevin evinə baxış zamanı 454,52 qram narkotitk vasitə olan marixuana da aşkar edilərək götürülüb.
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2009-cu ilin dekabr ayında Sevinc Qarayevaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Rəşad İsmayılov tutulub. R.İsmayılov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Oxumaq
11.03.10  
 
Həmyerlisini bıçaqlayan şəxs tutulub
Mingəçevirdə həmyerlisini bıçaqlayan şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan şəhər sakini Vüsal Mahmudovdur. V.Mahmudov martın 8-də həmyerlisi İlham Əsədova bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
11.03.10  
 
Səhifələr : # « 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: