|
|
|
|
|
|
|
|
|
|
|
ARDNŞ Almaniya şirkəti ilə memorandum imzaladı
|
ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, memorandum çərçivəsində alman şirkəti 1 il ərzində “Naxçıvan” strukturunu öyrənəcək Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Almaniyanın “RWE DEA” şirkəti arasında Xəzərin Azərbaycan sektorundakı ““Naxçıvan” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalanıb. ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, memorandum çərçivəsində alman şirkəti 1 il ərzində “Naxçıvan” strukturunu öyrənəcək. Bundan sonra strukturda kəşfiyyat işləri həyata keçiriləcək.
|
Oxumaq
11.03.10
|
| |
|
|
Beynəlxalq Bankın müştərisi AGBank-ın keçirdiyi “Uduşlu Kupon” kampaniyasının qalibi oldu
|
Daha bir nəfər, AGBank-ın keçirdiyi Uduşlu Kupon kampaniyasının qalibi oldu. Bu, 1983 təvəllüdlü, Beynəlxalq Bankın müştərisi Sultanova Güneldir. Bu barədə AGBank-ın mətbuat xidməti xəbər yayıb. Məlumatda deyilir ki, son iki ay ərzində 7 nəfər Uduşlu Kuponun qalibi olub. Xatırladaq ki, daha əvvəl iki nəfər 500 manatlıq kuponları qazanmışdılar. AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank-ın bankomatlarına yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank-ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər.
|
Oxumaq
11.03.10
|
| |
|
|
Bakcell-dən yeni “Mən qayıtdım” və təkmilləşdirilmiş “Sənə zəng etmişdim” xidməti
|
Bakcell-in “Sənə zəng etmişdim” xidməti ən böyük müştəri tələbatına malikdir və Bakcell ona yeni keyfiyyətlər əlavə edərək təkmilləşdirib. Artıq zəng çatmayan abunəçiyə şəbəkəyə geri qayıdana qədər dəfələrlə zəng etməyə ehtiyac yoxdur. İndi Bakcell abunəçiləri “Sənə zəng etmişdim” xidmətinə əlavə olaraq yeni və pulsuz “Mən qayıtdım” xidmətindən yararlana biləcəklər. Bu xidmət bütün “Sənə zəng etmişdim” istifadəçiləri üçün aktiv olacaq və Bakcell abunəçinin şəbəkəyə geri qayıtması barədə SMS vasitəsilə məlumat verəcək.
|
Oxumaq
11.03.10
|
| |
|
|
Beynəlxalq Valyuta Fondunun rəhbəri: Dünya növbəti böhrana hazırlaşmalıdır
|
Dünya iqtisadiyyatının bərpasının başlanmasına baxmayaraq, beynəlxalq ictimaiyyət növbəti böhrana hazırlaşmalıdır. “APA-Economics”in məlumatına görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kan Yohannesburq Universitetinin tələbələri ilə görüşündə çıxış edib. D.Stross-Kan qeyd edib ki, iqtisadiyyatın bərpa olunmağa başlaması səbəbindən liderlər iqtisadi islahatlarla bağlı tədbirləri və maliyyə bazarları üzərindəki nəzarəti zəiflədə bilərlər. Bu isə yeni böhrana gətirib çıxara bilər. BVF rəhbəri yeni böhranın müddəti və xüsusiyyətləri barədə heç nə deyə bilməyəcəyini, amma onun qaçılmaz olduğunu söyləyib.
|
Oxumaq
11.03.10
|
| |
|
|
Eni şirkətinin rəhbəri “Nabukko” və “Cənub axını” layihələrini birləşdirməyə çağırır
|
“Cənub axını” layihəsinin “Qazprom” şirkəti ilə bərabər səviyyədə səhmdarı olan İtaliyanın Eni şirkətinin rəhbəri Poalo Skaroni “Nabukko” və “Cənub axını” layihələrinin xərclərinin azaldılması üçün bu layihələrin birləşdirməsini təklif edib. “Əgər layihə üzrə parterlər iki boru kəmərini bir marşrutun hissələri kimi birləşdirsə, bu zaman biz investisiyaları və əməliyyat xərclərini azalda və vəsait artımını sürətləndirə bilərik”, - Hyustonda CERAweek konfransında çıxış edən Skaroninin sözlərinə istinadən “Bloomerg” yazır.
|
Oxumaq
11.03.10
|
| |
|
|
Londonda «Böyük Britaniya Azərbaycanda» mövzusunda ticarət-investisiya forumu keçirilib
|
Londanda Yaxın Şərq Assosiasiyası (Middle East Association) və Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə «Böyük Britaniya Azərbaycanda» mövzusunda ticarət-investisiya forumu keçirilib. ABB-dan verilən məlumata görə, forum çərçivəsində Böyük Britaniyanın iş adamları Azərbaycanın investisiya imkanları ilə tanış olublar. Tədbirdə çıxış edən Yaxın Şərq Assosiasiyasının baş direktoru Maykl Tomas qeyd edib ki, Azərbaycanın regionda strateji və neft-qazla zəngin ölkə olmasına baxmayaraq, ölkədə digər sahələr də inkişaf edir. M.Tomas bildirib ki, iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığının qurulması mümkündür.
|
Oxumaq
11.03.10
|
| |
|
|
|
|
|