|
|
Səhifələr : # « 1 2 3 4 5
|
|
|
Bakıda 10 məktəbin direktoru vəzifəsindən azad edilib
|
Ümumtəhsil məktəblərində imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə bağlı sorğular artılıb
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2010-cu ilin yanvar-fevral ayları ərzində 143 müraciət daxil olub. Qəbul edilən müraciətlərin 36-sı telefonla, 107-si elektron poçtla göndərilib. Nazirliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, müraciətlərin 55 faizi sorğu və məlumat xarakterlidir. Ümumtəhsil məktəblərində IX və XI siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu mövzuda müraciətlər ümumi sorğuların 43 faizini təşkil edir.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Türkiyə yeni zəlzələnin qorxusu altında
|
Türkiyənin şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 57-ə çatıb. Təkanların gücünü əsasən az sayda adamın yaşadığı ucqar Elaziq əyalətində hiss etmək mümkün olub. Burada altı kənd darmadağın olub. Xilasedicilər bir neçə saatdan sonra hadisə yerinə gələrək dağıntılar altında qalanların çıxarılması işinə başlayıblar. Türkiyənin Qırmızı Aypara Cəmiyyəti qurbanların sərt qış havasında daldalanması üçün çadırlar quraraq qida və örtüklər paylayır.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Nigeriyada xristian-müsəlman davası
|
Qarşıdurma 500 nəfərin ölümünə səbəb olub
Nigeriyada dini zəmində baş verən zorakılıqlar səngimək bilmir. On illiklərdir ki, cənub vilayətlərində yaşayan xristianlarla şimalda yaşayan müsəlmanlar arasında gərginlik davam edir. Yanvar ayından bəri komendant saatı tətbiq edilməsinə baxmayaraq, yenə də qan tökülməkdədir. Rəsmilər bazar günü baş verən qarşıdurmanın 500 nəfərin qətlinə səbəb olduğunu bildiriblər. Dini qruplar arasında baş vermiş növbəti toqquşmalar nəticəsində həlak olmuş şəxslərin, o cümlədən qadın və uşaqların cəsədləri kütləvi məzarlıqlarda dəfn edilib.
|
Oxumaq
10.03.10
|
| |
|
|
ABŞ yumşalır?
|
Ağ ev İran, Sudan və Kubaya qarşı iqtisadi sanksiya rejiminin yumşaldılması barədə qanun layihəsi hazırlayıb
Amerika Birləşmiş Ştatları hökuməti gözlənilməz addım atıb. BBC-nin yaydığı məlumata görə, ABŞ administrasiyası İran, Sudan və Kubaya qarşı iqtisadi sanksiya rejiminin yumşaldılması barədə qanun layihəsi hazırlayıb. Yeni qaydalara görə, bu ölkələrə internet və informasiya kommunikasiya texnologiyalarının ixracına icazə veriləcək. Bunun sayəsində bu ölkələrin sakinləri bir-biri və ətraf dünya ilə daha sərbəst şəkildə əlaqə saxlaya biləcəklər. Bu addım ABŞ-da nüvə proqramına görə İrana qarşı iqtisadi sanksiyaların gücləndirilməsi ilə bağlı çıxışların artdığı bir vaxta təsadüf etdiyindən gözlənilməz olub. ABŞ administrasiyasının bu addımı Konqresin dəstəyindən sonra həyata keçiriləcək.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Analıq davranışı hissiyyatı böhran həddindədir
|
Tədqiqatçılar son illər qadının böhran həddində olan bu funksiyasının - analıq davranışının dəyişilməsini sosial vəziyyətlə əlaqələndirirlər
Evlənmək üçün VVAQ bürosuna ərizə verən şəxslər arasında aparılan sosioloji sorğuda iştirak edənlərin 88-89 faizi 2-3 və daha çox uşaq arzuladıqlarını göstərib, lakin bir neçə il sonra sosioloqlar həmin ailələrdə birdən artıq uşağın olmadığını aşkarlayıb. Gənc ər-arvadların bununla bağlı göstərdikləri 15 səbəb (mənzil çatışmazlığı, maddi çətinlik, işsizlik və s.) bu gün də eyni ilə qalır. Digər səbəblər qismində qadının intellektual cəhətdən öz ərindən geri qalmaq istəməməsi, ictimai həyatda iştirak edib şöhrət qazanmaq arzuları və s. göstərilir.
|
Oxumaq
10.03.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5
|
|