Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 10.3.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
İki nəfərin qətlində təqsirləndirilən dəstə üzvlərinin cinayət işi məhkəməyə göndərilib
Dəstə üzvləri cinayət əməllərini 6 il əvvəl törədiblər

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətləri 6 il əvvəl baş verən cinayətlə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, 2003-cü ilin dekabrında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz edib. Bundan sonra Şöhrət Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırıb.
Oxumaq
10.03.10  
 
Azərbaycan fevralda elektrik enerjisinin istehsalını 24% azaldıb
Cari ilin fevral ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Yanvar ayı ilə müqayisədə fevralda enerji istehsalı 23,5% azalıb.
Oxumaq
10.03.10  
 
Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi respublika əhalisinin təbii qazla təchizatı istiqamətində işləri uğurla davam etdirir. Birlik tərəfindən yeni qaz xətləri çəkilir, istismara yararsız borular yenisi ilə əvəz olunur və digər yenidənqurma işləri aparılır. Həyata keçirilən tədbirlər çərçivəsində Goranboy şəhərinin qaz təchizantı sistemində də intensivlik müşahidə olunur. 2009-cu il ərzində uzun müddətli fasilədən sonra rayonun Səfikürd, Alpoud, Ağamalıoğlu və Qarasucu yaşayış məntəqələrinin qaz təsərrüfatları yenidən bərpa olunmuşdur. Bu isə 1175 abonentin təbii qazla təminatı deməkdir.
Oxumaq
10.03.10  
 
Sumqayıtda yeni avtobus dayanacaqları quraşdırılıb
Azərbaycanın Sumqayıt şəhərində yeni avtobus dayanacaqlarının quraşdırılması işləri başa çatıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Ötən dövr ərzində Sumqayıtda nəzərdə tutulmuş 65 ədəd yeni avtobus dayanacağı quraşdırılıb. Şəhərin Sülh küçəsində 10, Koroğlu prospektində 14, Heydər Əliyev prospektində 15, Azərbaycan prospektində 1, Üzeir Hacıbəyov küçəsində 1, Səməd Vurğun küçəsində 4, Bakı küçəsində 8, Sahil küçəsində 4, Nəriman Nərimanov küçəsində 7, Nizami küçəsində 1 dayanacaq inşa edilib. Quraşdırılmış yeni dayanacaqların ətraf ərazilərinə tamet döşənib.
Oxumaq
10.03.10  
 
Neft bahalaşıb
Martın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,37 dollar və ya 0,5% artaraq 1 barelə görə 81,87 dollar təşkil edib.
Martın 8-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar artaraq 80,47 dollar təşkil edib.
Oxumaq
10.03.10  
 
Microsoft” “Office 2010”un buraxılacağı tarixi açıqladı
“Microsoft” korporasiyası “Office 2010” paketinin 12 may 2010-cu il tarixində buraxılacağınıə rəsmi elan edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, yeni paketin əvvəlcə biznes-istifadəçiləri üçün açıq olacağı nəzərdə tutulub.
Adi istifadəçilər isə müvafiq disklərin çap olunması və yayılması üçün nəzərdə tutulan müddəti gözləməli olacaqlar. “Microsoft” onu da bəyan edib ki, martın 5-dən sentyabrın 30-dək “Office 2007” versiyalarının “Office 2010”dək yenilənməsi proqramı keçiriləcək. Bu dövr çərçivəsində “Office 2007” paketini əldə edən istifadəçilər onu 2010 versiyası ilə pulsuz yeniləmək imkanı qazanacaq.
Oxumaq
10.03.10  
 
İqtisadiyyata kredit qoyuluşu 17 faiz çoxalıb
2010-cu il fevral ayının 1-dək Azərbaycan iqtisadiyyatına 8431,2 milyon manat həcmində kredit qoyulub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çoxdur. Kredit qoyuluşlarının 331,4 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 2010-cu il fevralın 1-ə kreditlərin 2349,6 milyon manatı (27,9 faiz) qısamüddətli, 6081,7 milyon manatı (72,1 faiz) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kreditlərin 169,1 milyon manatı və ya 7,2 faizi, uzunmüddətli kreditlərin isə 162,3 milyon manatı və ya 2,7 faiz vaxtı keçmiş kreditlərdir.
Oxumaq
10.03.10  
 
Lippini Prandelli əvəzləyə bilər
Son vaxtlar Marçello Lippinin mundialdan sonra İtaliya millisində qalıb-qalmayacağı haqqında gəzən şayiələr bir qədər də artıb. İtaliya KİV-i son günlər Çezare Prandellinin yayda "Fiorentina"nı milli komandaya dəyişəcəyini daha əmin şəkildə iddia edir.
Doğrudur, Prandelli hələ ki, bununla bağlı hər hansı rəsmi açıqlama verməyib. Amma İtaliya Futbol Federsiyasının (İFF) məmurları məlum məsələni çox da uzatmaq niyyətində deyil. İFF-nin prezidenti Cankarlo Abete mayın əvvəlinə qədər millinin mundialdan sonrakı çalışdırıcısının kimliyinə aydınlıq gələcəyini bəyan edib.
Oxumaq
10.03.10  
 
Van Qaldan inqilabi təkliflər
Holland çalışdırıcı oyunsonrası penaltilərin ləğv olunmasını istəyir

"Bavariya"nın holland çalışdırıcısı Lui van Qalın futbolda yenilik tərəfdarı olduğunu açıqlayıb. O, "Kikker" nəşrinə açıqlamasında futbol qaydalarında bir sıra köklü dəyişikliklər edilməsinin zəruriliyindən danışıb: "Məncə, bir sıra qaydalar dəyişməlidir. Məsələn, mən oyunsonrası penaltilər seriyasının yox, qladiatorların döyüşünün qatı tərəfdarıyam. Bu baxımdan öz variantımı da sizlərdən gizlətmirəm. Matçın əsas vaxtı heç-heçə başa çatarsa, əlavə vaxtda hər 5 dəqiqədən bir komandalardan bir oyunçunu mübarizədən kənarlaşdırmaq maraqlı olardı. Başqa sözlə, 96-cı dəqiqə başlayanda meydanda hər komandada 10 nəfər olmalı, 101-ci dəqiqədən sonra 9-un 9-a mübarizəsi başlamalıdır.
Oxumaq
10.03.10  
 
"Rubin" daha bir türk futbolçu almaq istəyir
Rusiya çempionu "Rubin" daha bir türk futbolçunu heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, kazanlılar "Bursaspor"un yarımmüdafiəçisi Volkan Şenlə maraqlanırlar. Türkiyə mətbuatının yaydığı xəbərdə bildirilir ki, artıq bu məqsədlə "Rubin"in iki rəsmisi Bursaya gəlib. Ruslar 23 yaşlı istedadlı futbolçunun transferi müqabilində 6 milyon avro xərcləməyə hazır olduqlarını söyləyiblər. Çempionluğa iddialı "Bursaspor" rəhbərliyi isə keçid üçün mövsümün sonunu uyğun dövr hesab edib.
Qeyd edək ki, hazırda "Rubin"in şərəfini 3 türk - Gökdəniz Karadəniz, Hasan Kabze və Fatih Təkkə qoruyur.
Oxumaq
10.03.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •