|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Azəri Günel itirdiyi rəfiqəsinin xatirəsinə mahnı oxuyacaq
|
Son günlər adı qalmaqallarda anılan Azəri Günelin bu günlərdə əhvalı yaxşı deyil.
Lakin bu kefsizliyin səbəbi Rza Zərrab yox, müğənninin bu yaxınlarda dünyasını dəyişən çox sevdiyi rəfiqəsi 20 yaşlı Aygündür. Hazırda Bakıda olan müğənni son yaşadıqları barədə Lent.az-a danışıb: “Bakıya Aygünə görə gəldim. Qardaşım Tunar onun xatirəsinə mahnı yazıb. Mahnını oxuyacam, istəyirəm Aygünün xatirəsini mahnıda yaşadam”. Müğənni bu kədərli hadisənin xaricində həyatında hər şeyin yaxşı olduğunu və bundan sonra daha da yaxşı olacağını vurğulayıb.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Regionlardakı teatrların monitorinqi aparılıb
|
Monitorinqin nəticələri gələn ay ictimai müzakirəyə çıxarılacaq
Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrları əhatə edən monitorinq Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi regionlarda fəaliyyət göstərən teatrların monitorinqini aparıb. Monitorinq təşkilatın Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində baş tutub.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Ulduz falı
|
QOÇ
Qoçlar, unutmayın ki, gün səyahət və köçmək üçün əlverişsizdir. Əgər vaxtınızı xoş keçirmək istəyirsinizsə, evə yaxın olun və düşünməyin ki, mühitin dəyişdirilməsi problemlərinizin çıxış yolu olacaq. Ulduzlar şəxsi həyatda sizi himayə edəcəklər.
|
Oxumaq
10.03.10
|
| |
|
|
«İndi mutasiya dövrü keçən gənclərin əksəriyyəti səsini itirir»
|
Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın kafedra müdiri Arif Babayevin bildirdiyinə görə, son dövrlər belə təhlükələrlə üzləşən gənclərə tez-tez rast gəlir
Kişi müğənnilərdə ən təhlükəli dövr mutasiya illəri hesab olunur. Həmin dövrdə səs qorunmasa, bata bilər. Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın kafedra müdiri Arif Babayevin bildirdiyinə görə, son dövrlər belə təhlükələrlə üzləşən gənclərə tez-tez rast gəlir: “Bundan daha çox muğam ifaçıları əziyyət çəkirlər. Çünki səs dəyişən dövrdə hündürdən, zil notlarda oxumaq olmaz. Müəllim nəzarətində olan ifaçı bu dövrü təhlükəsiz keçirə bilir. Muğam ifaçıları üçün mutasiya dövrü “ölüm-qalım” deyimi qədər önəmli hesab olunur. Çünki muğamların hər birində yüsək notlar var və bu yerdə səs öz imkanlarını daha qabarıq göstərə bilir”.
|
Oxumaq
10.03.10
|
| |
|
|
"KamAZ" piyadanı vurub
|
Yol qəzası 6 nəfərin həyatına son qoyub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Binəqədi rayonu Baksol qəsəbəsi ərazisində, Ağdam rayon sakini Şükür Şükürov "KamAZ" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Əli Abbasovu vurub. Nəticədə, Ə.Abbasov hadisə yerində dünyasını dəyişib. Göygöl rayonunun Üçtəpə kəndi ərazisində, Yeni Qızılca kənd sakini Nəsimi Seyidovun idarə etdiyi "Mercedes" markalı və Gəncə şəhər sakini Vüqar Mehdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə, V.Mehdiyev və sərnişini Qiymət Əhmədova hadisə yerində ölüb, xəsarət almış N.Seyidov və sərnişinləri - Gəncə şəhər sakinləri Rəna Əhmədova, Laçın Əhmədova, Səma Nağızadə və onun qardaşı Məsim xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
10.03.10
|
| |
|
|
İtkin düşən şəxsin pensiya kartından istifadə edənlər tutulub
|
|
Azərbaycanda itkin düşən şəxsin adına verilmiş pensiya kartından istifadə edən şəxslər yaxalanıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Hacıqabul rayon sakini Zəminə Yolçuyeva və Şirvan şəhər sakini Nail Gülmalıyevdir. Şübhəli şəxs qismində saxlanılan hər iki şəxs Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gətiriliblər. Onların 2007-ci ilin noyabr ayından 2010-cu ilin yanvar ayınadək olan müddət ərzində itkin düşmüş Sənəm Yəhyayevanın adına verilən pensiya kartından istifadə etməklə Şirvan şəhərində yerləşən "Beynəlxalq Bank"a məxsus bankomatdan 2025 manat pul çıxarmaları müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Ərzaq və siqaret oğurlayan şəxs tutulub
|
|
Hüquq-mühafizə orqanları oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini İbad İbadovdur. İ.İbadov həmyerlisi Əlibala Məmmədova məxsus ərzaq məhsulları və tütün məmulatlarını oğurlamaqda şübhəli bilinir. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Salyanda qətl hadisəsi
|
|
Salyan rayonunda qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə martın 8-də saat 01.00 radələrində baş verib. Salyan rayon sakini Roman Axundlu kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, R.Axundlunun həyatını xilas etmək mümkün olmayıb. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini Qorxmaz Qurbanov tutulub. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Prokuror bank əməkdaşlarına cəza istəyib
|
Təqsirləndirilən banka məxsus vəsaiti mənimsəməkdə təqsirləndirilir
Martın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rasim Sadıxovun sədrliyi ilə "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə qarşısında bankın Şəmkir filialının baş mühasibi Şahin Əliyev, bank filialının əməkdaşları Rasim Nağıyev, Arif Hümbətov, Nisə Bayramova, Mənzər Paşayeva cavab verir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittiham olunublar.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Radikal dini qrup üzvlərinin məhkəməsi davam etdirilib
|
|
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 29,214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd), 29, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) və s. maddələri üzrə ittiham olunurlar.
|
Oxumaq
10.03.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|