Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 




 
 
 
Xəbərlər / 9.2.2010
Səhifələr : 1 2 3 4 5 » #
Əhməd Davudoğlu ABŞ və Ermənistana mesaj verdi
"24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən protokolları təsdiqləyəcəyimizi gözləməsinlər"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə daxil edilməsinə kəskin etirazını bildirib. APA-nın "Hürriyet" qəzetinə istinadən yaydığı məlumata görə, Ə.Davudoğlu ermənilərin saxta "soyqırımı"nın ildönümü kimi qeyd etdikləri 24 aprel tarixindən əvvəl - martın 4-də layihənin müzakirəyə çıxarılmasının təsadüf olmadığını deyib.
Münhendən qayıdarkən təyyarədə media mənsublarına açıqlama verən nazirin fikrincə, son həftələrdə baş verənlər - Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə Sery Sarkisyanın destruktiv mövqedən çıxış etməsi və son olaraq "soyqırımı" layihəsinin Konqresdə gündəmə gətirilməsi onu göstərir ki, erməni tərəfi bunları qabaqcadan planlaşdırıb. Ə.Davudoğlu narahatlığını Münhendə ABŞ dövlət katibinin müavini Ceyms Steynberqə çatdırdığını söyləyib: "Onlara dedik ki, Konqresdə baş verənləri siz təsadüf saya bilərsiniz, amma biz bunun təsadüf olmadığını düşünürük. Son həftələrdə ardıcıl baş verən hadisələr bizi ciddi şəkildə narahat edib. Öncə Ermənistan Konstitusiya Məhkəməsi imzaladığımız protokollar haqqında bizim qəbul etməyəcəyimiz şərhlər verdi.
Oxumaq
09.02.10  
 
5 il gözlənilən qələbə
Viktor Yanukoviç Yuliya Timoşenkonu cüzi fərqlə qabaqladı

Fevralın 7-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Rəsmi məlumatlara görə, səsvermədə seçicilərin 69,07 faizi iştirak edib. Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) bülletenlərin 97,56%-ni hesablamasından sonra Regionlar Partiyasının lideri Viktor Yanukoviçin qələbə qazandığı məlum olub. Səslərin 97,56%-nin sayılmasından sonra Yanukoviçə 48,49% seçicinin dəstək verdiyi məlum olub. Bu, baş nazir Yuliya Timoşenkoya rəqibinə çatmaq şansı saxlamayıb. 45,92% səs toplamış Y.Timoşenkonun məğlub olduğu artıq dəqiqdir.
Ukraynadan kənarda keçirilən seçkilərin nəticələri isə bir gün əvvəldən məlum idi. Xaricdə yaşayan ukraynalılar yaşadıqları ölkələrin səfirliklərinə gələrək seçkilərdə iştirak ediblər. Seçicilərin əksəriyyəti Y.Timoşenkoya səs verib. Səslərin 88,49%-nin hesablanmasından sonra Y.Timoşenkonun V.Yanukoviçi 17,98% üstələdiyi məlum olub. Xüsusilə İspaniyada seçicilərin 89,73%-i Y.Timoşenkoya səs verib.
Xatırladaq ki, 2004-cü ildə Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda V.Yanukoviçlə V.Yuşşenko arasındakı mübarizə 2,85% fərqlə birincinin xeyrinə olmuş, lakin "narıncı" müxalifət bu nəticələri tanımamışdı. Nəticədə ölkədə "narıncı inqilab" baş vermiş və yenilənən ikinci turda V.Yuşşenko prezident seçilmişdi. Bu il keçirilən prezident seçkilərinin birinci turunda isə V.Yanukoviç 35%-dən çox , baş nazir Y.Timoşenko isə 25%-ə yaxın səs toplayaraq ikinci tura çıxıb. V.Yuşşenko isə 5,5% səslə beşinci olub.
Oxumaq
09.02.10  
 
Püşkün hökmü
Yığmamız AÇ-2012-nin seçmə tsiklində tanış rəqiblərlə bir qrupa düşdü

Srağagün AÇ-2012-nin seçmə tsiklinin püşkü atıldı və millimizin rəqibləri bəlli oldu. Bu yığmanın qitə birinciliyinin final mərhələsinə düşmək üçün beşinci cəhdidir.
Mərasim yarışa ev sahibi iki ölkədən biri - Polşanın paytaxtı Varşavada, 235 metr hündürlüyə malik olan və yarım əsr öncə SSRİ-nin yardımı ilə tikilən Mədəniyyət və Elm sarayında təşkil olundu. Bakı vaxtı ilə saat 15.00-da start götürən və 45 dəqiqə davam edən tədbirə 1150 qonaq qatıldı. Azərbaycanı Polşada millinin çalışdırıcısı Berti Foqts və AFFA-nın baş katibi Elxan Məmmədov təmsil etdi. 100-dən çox ölkədə canlı yayınlanan, təqribən 600 milyondan çox tamaşaçının televiziya ekranlarından izlədiyi mərasimin aparıcısı funksiyasını ukraynalı Maşa Yefrosinina və polşalı Pyotr Sobçinski həyata keçirdi. UEFA-nın italyan baş katibi Canni İnfantininin tədbiri giriş sözü ilə açıq elan etməsinin ardından təşkilatçıların əvvəlcədən müəyyənləşdirdiyi 4 "futbol səfiri" torbadan şarları çıxarmağa başladı. Bunlar Ukraynadan Oleq Bloxin və Andrey Şevçenko, Polşadan isə Zbiqnev Bonek və Ancey Şarmah idi.
Oxumaq
09.02.10  
 
Qəbul imtahanlarına hazırlıq başlayır
İmtahanlarda iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlər keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə aparılan qəbul imtahanlarına hazırlıq prosesinə başlayıb. Belə ki, bu gündən TQDK növbəti tədris ili üzrə imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar- məşğələlər keçirir. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Bu barədə qəzetimizə komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Oxumaq
09.02.10  
 
İdman müsabiqələri və mərc oyunları keçirən qurum yaradılıb
Azərbaycanda idman müsabiqələri və mərc oyunları keçirən "Azərintellekt" QSC yaradılıb. "APA-Economics"in məlumatına görə, Vergilər Nazirliyində "bir pəncərə" sistemi üzrə qeydiyyata alınmış şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, ak.H.Əliyev küçəsi ev 24-dür.
"Azərintellekt" QSC-nin nizamnamə kapitalı 100 min manat təşkil edir. Şirkətin təsisçiləri "Baltech İnvestment" MMC, "İdeal Construction" MMC, Türkiyənin "İntellekt İnternet Teknoloyi Yatırım ve Danışmanlık Ticaret A.Ş." ("Turkcell" şirkətinin ortağı) şirkətidir.
Oxumaq
09.02.10  
 
Magistral qaz kəmərində partlayış olub
Azərbaycan paytaxtında magistral qaz kəmərində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə dünən 13.00 radələrində Zığ-Hövsan yolunda qeydə alınıb. Abşeron əməliyyat şirkətinə məxsus magistral qaz kəmərində baş vermiş qəza ani partlayışa səbəb olub. Hadisə zamanı yanğın qeydə alınmayıb.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Oxumaq
09.02.10  
 
ABŞ azərbaycanlıları Yəhudi İcması Əlaqələr Şurasının qurultayında iştirak ediblər
Azərbaycanlı, türk, yəhudi diaspor təşkilatları və konqresmenlərin Nyu-Yorkda keçirilən görüşündə Dağlıq Qarabağ problemi, ABŞ-ın Dağlıq  Qarabağ separatçılarına yardımı və Cənubi Qafqazdakı problemlər müzakirə olunub.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycan-Amerika Şurası, Amerika-Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN), Türk-Amerika təşkilatlarının nümayəndələri və Nyu-Yorkdakı Yəhudi-Azərbaycanlı İcması fevralın 7-də Nyu-Yorkdakı Yəhudi Federasiyasının (UYA federation) filialı olan Yəhudi İcmasının Əlaqələr Şurasının 31-ci illik qurultayında iştirak ediblər.
Nyu-Yorkdakı Yəhudi Federasiyasının Manhettendəki qərargahı tərəfindən təşkil olunan tədbirə 300-dən çox qonaq qatılıb.
Oxumaq
09.02.10  
 
"Prescient Worldwide" telefon şirkətinin rəhbərliyinə etiraz məktubu göndərilib
"Prescient Worldwide" telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyinin müvafiq göstərişi əsasında Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilib, həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib. Cavab məktubunda R.Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlər görüldüyünü və gələcəkdə belə səhvlərin təkrarlanmayacağını bildirib.
Oxumaq
09.02.10  
 
"Diffamasiya haqqında" qanunun qəbulu üçün yurnalistikamızın peşəkarlığı artmalıdır"
Bəhruz Quliyev: "Cəmiyyət yurnalistikanı "reketlər"ə görə tanımamalıdır"

Son vaxtlar Azərbaycanda medianın problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qanunvericilik bazası demokratikləşdirilən medianın maddi-texniki bazasının genişləndirilməsi istiqamətində də addımlar atılır. Mətbuat Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu istiqamətdə fəaliyyətlərini davam etdirməkdədirlər. Amma yurnalistikamızın problemləri də az deyil. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevlə söhbətimizi də bu məsələ ətrafında qurduq. Müsahibimiz son vaxtlar Azərbaycanda yurnalistikanın inkişafı istiqamətində atılan addımlardan razılığını ifadə etdi, eyni zamanda, müəyyən problemlərin də həllini gözlədiyini vurğuladı:
Oxumaq
09.02.10  
 
Bizim olanları dünyaya göstərək
Dövlət Sənədli Televiziya Filmləri Studiyasının yaradılması ictimai tələbatdır

Kino haqqında danışmağım həyatım haqqında danışmağımdır. Yediyim çörək, içdiyim su haqqında danışmağımdır. Düz 15 ildir ki, bu peşə ilə məşğulam. Tanrıdan mənə verilən taleyimi kino sənəti ilə bağlamışam. İnsan doğulduğu vətənini, övladlarının anasını sevib-seçərək öz taleyini bağladığı kimi, mənim də bu sənəti, bu peşəni sevib-seçməyim, Çaplinin filmlərinə baxıb güldüyüm, "Durnalar uçur" filminə baxıb ağladığm andan başlanıb sanki...
Kino incəsənətdir. İncəsənət hissdir. Hiss isə sevgidir. Bu sevgini daha yaxından hiss etməyimi hələ məktəbliykən coğrafiya dərsində sənədli tədris filminə baxdığımız zaman əlim 16 mm-lik kino lentinə toxunarkən başa düşmüşəm. Müəllimimiz bütün varlığı, sevgisi ilə tədris etdiyi fənni yaddaşımıza hopdurmaq üçün nə qədər danışsa da, dərsin sonunda bizə göstərilən 10 dəqiqəlik sənədli tədris filmi ilə həmin dərs mövzusu yaddaşımızda daha yaxşı qalırdı.
Oxumaq
09.02.10  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev səfir Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
  • Bakıda Çıraq Neft Layihəsinə sanksiya verilməsi münasibətilə imzalanma mərasimi keçirildi
  • “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinə start verildi
  • Bakıda “Caspian Banking and Finance” 6-cı Beynəlxalq Banklar və Maliyyə konfransı keçiriləcək
  • Gənc xanım modelyerlərin festivalı keçiriləcək
  • ATƏT PA-nın prezidenti Joao Soareşin Cənubi Qafqaz respublikalarına səfəri başlayıb
  • Bu gün Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfər edəcək
  • Deputat Dünyamin Xəlilov Qırğızıstanda ekspert görüşündə iştirak edir
  • Deputatlarımız AŞ PA-nın büro və komitə iclaslarında iştirak edəcəklər
  • Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Chung Jong-Hwan Azərbaycana səfərə gəlir
  • Hərbçilərimiz NATO-nun tədbirlərinə qatılacaqlar
  • Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin arasında Azərbaycan vətəndaşı yoxdur
  • Bu gün Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

  •  
    BANNERİMİZ
     
    kod almaq: