|
|
Səhifələr : # « 1 2 3 4 5
|
Mənsimovun siyahısı
|
"Çelsi" klubunun sahibi, rusiyalı iş adamı Roman Abramoviçlə dost olan azərbaycanlı biznesmen Mübariz Mənsimov mövsümün sonunda "Beşiktaş"a ulduz futbolçu gətirəcəyini bəyan edib. Apasport.az saytının xəbərinə görə, "Xəzər-Lənkəran"ın sahibi Deko, Maluda və ya Kalu kimi futbolçulardan birini İstanbul təmsilçisinin heyətinə qatmağı düşünür: "Beşiktaş"a bir dünya ulduzu hədiyyə edəcəm. "Çelsi"nin sahibi Abramoviçlə yaxın dostuq. Həm birgə iş görürük, həm də yaxın münasibətlərdəyik. Mövsümün əvvəlində Dekunu "Beşiktaş"a gətirmək üçün mənə yardım etməsini istəmişdim. Lakin klubun baş məşqçisi dəyişdikdən sonra futbolçu da orada qalmaq istədi və bu səbəbdən transfer alınmadı. İndi vəziyyət fərqlidir. Yeni mövsümdə "Çelsi"dən dünya ulduzu olan futbolçulardan birini "Beşiktaş"a gətirəcəyik". Türkiyə mətbuatı Deku, Maluda və Kalu arasında seçim ediləcəyini, Kalunun digər futbolçularla müqayisədə İstanbula gətirilmə şanslarının daha çox olduğunu yazıb.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Del Pyero prezident olacaq
|
İtaliya mili komandasının futbolçusu Alessandro del Pyero hazırda şərəfini qoruduğu "Yuventus"un prezidenti ola bilər. Apasport.az saytının məlumatına görə, bunu Turin klubunun sabiq hücumçusu Campero Boniperti deyib. "Rəhbərlikdə yer almaq üçün del Pyeronun bütün keyfiyyətləri var. O, "Yuventus"un prezidenti vəzifəsinə də yüksələ bilər. Del Pyeronu bu vəzifədə görsəydim, xoşbəxt olardım" - deyə C.Boniperti vurğulayıb. Qeyd edək ki, Alessandro 1993-cü ildən indiyədək "Yuventus"un şərəfini qoruyur.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Maradonadan yeni rekord
|
Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, hazırda Argentina yığmasına başçılıq edən D.Maradona milli komandada 15 ay ərzində 101 futbolçu sınayıb. O, fevralın 10-da Yamaykaya qarşı keçiriləcək yoldaşlıq görüşünün hazırlığı üçün daha 6 yeni oyunçuya dəvət göndərib. D.Maradonanın belə qısa vaxtda xeyli futbolçunu sınaması heç də birmənalı qarşılanmayıb. Mütəxəssislər argentinalı dünya çempionunun optimal heyəti müəyyənləşdirməkdə böyük çətinlik çəkdiyini bildirirlər. Bu ilin yayında CAR-da baş tutacaq dünya çempionatına da D.Maradonanın debütantlar aparacağı istisna olunmur.
|
Oxumaq
09.02.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5
|
|