|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Özünə qarşı aqressiya
|
İntihar heç də probləmlərdən çıxış yolu deyil
İnsan səadət dolu günlərdən ilham alıb yaşamağa həvəslənir, kədərli anları olanda, həyatında bədbəxt hadisələr baş verəndə, özündən asılı olmayaraq, əksinə, həyatdan bezir, usanır. Təəssüf ki, insan belə ümidsiz, çarəsiz qalanda, özünü mənən tək hesab edib həmdəm tapmayanda, son çıxış yolunun intiharda görür. Əslində, intihar insanın özünə qarşı aqressiyasıdır. Təsadüfi deyil ki, hazırda ölkəmizdə də ölümü könüllü seçənlərin, intihar edənlərin sayı günü-gündən azalmaq əvəzinə çoxalır.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Amerikalı diplomat Qarabağ danışıqlarının başa çatmaqda olduğu barədə fikirləri bölüşməyib
|
|
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dövlətlərin ərazi bütövlüyü və xalqların milli müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin tətbiqini mümkün sayır. APA-nın "Armenia Today" saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Ermənistan İctimai Televiziyasına müsahibəsində ABŞ dövlət katibinin 1-ci müavini Ceyms Steynberq söyləyib. Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük əhəmiyyət verdiyini deyən C.Steynberq bildirib ki, hazırkı danışıqlar formatı ən düzgün formatdır: "Minsk prosesi də effektlidir və bu yolu davam etdirmək daha düzgün olardı. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi həll yolunun tapılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir". C.Steynberq nizamlanma prosesinin başa çatmaqda olduğu barədə fikirləri bölüşmədiyini vurğulayıb:
|
Oxumaq
09.02.10
|
| |
|
|
Baş Prokurorluq Daşkəsəndəki hadisə ilə bağlı kompleks profilaktik tədbirlər həyata keçirir
|
|
Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissəsində baş vermiş və 6 hərbçinin ölümü ilə nəticələnmiş qanlı hadisənin tam və hərtərəfli istintaq olunması, bu qəbildən olan hadisələrin qarşısının alınması üçün Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin müvafiq qurumları ilə əlaqəli şəkildə kompleks profilaktik tədbirlərin həyata keçirilməsi təmin ediləcək. Bu barədə Respublika Baş Prokurorluğunda keçirilən kollegiya iclasında qeyd olunub. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bildirilib ki, ötən il əvvəlki hesabat dövrü ilə müqayisədə hərbi xidmət əleyhinə, o cümlədən tabeçilik qaydaları əleyhinə, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin sayı azalıb. Cinayətlərin 99,7 faizinin açılması Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hərbi prokurorluq orqanları tərəfindən görülmüş işlərin nəticəsi kimi dəyərləndirilib. Bildirilib ki, 74 korrupsiya faktının - rüşvət alma və rüşvət vermə cinayətlərinin aşkarlanması mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı mübarizənin düzgün təşkilinin nəticəsi olub.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Azərbaycan və Hindistanın əczaçılıq şirkətlərinin görüşü keçirilir
|
Hindistanın əczaçılıq şirkətlərini təmsil edən 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, fevralın 8-də Azərbaycan və Hindistan əczaçılıq şirkətlərinin və Səhiyyə Nazirliyi rəsmilərinin iştirakı ilə seminar və alıcı-satıcı görüşü keçirilib. Hindistanın Azərbaycandakı səfiri Debnat Şou bildirib ki, ölkəsində istehsal olunan dərmanlar uzun illərdir Azərbaycanda satılır, onların həm qiyməti münasibdir, həm də etibarlıdır. O, əczaçılıq sənayesinin Azərbaycanın qeyri-neft sektorunda mühüm sahələrdən biri olduğunu deyib. Diplomat deyib ki, bu görüşü keçirməkdə məqsəd bu sahədə Hindistan-Azərbaycan əməkdaşlığını genişləndirməkdir.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Azərbaycanı "Eurovision-2010"-da təmsil etmək iddiasında olan finalçılar xəstəxanaya aparılıb
|
Azərbaycanı bu ilin mayında "Eurovision-2010" müsabiqəsində təmsil etmək iddiasında olan üç milli finalçı - Məryəm Şabanova, Səfurə Əlizadə və "Milk&Kisses" qrupu kəskin hava şəraiti ilə əlaqədar dünən Heydər Əliyev Beynəlxalq Hava Limanında qalmalı olub. APA-nın məlumatına görə, fevralın 5-də finalçılar hazırlıq keçmək və mahnı yazdırmaq məqsədilə Kiyevə getməli olsalar da, həmin gün səhər saatlarına nəzərdə tutulan uçuş hava şəraiti ilə əlaqədar bir gün sonraya keçirilib. Gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirən finalçılar fevralın 6-da yola düşüblər. Onlar Moskvada eniş edib, bir neçə saat gözlədikdən sonra başqa təyyarə ilə Kiyevə uçublar. Finalçılar Bakıdan çıxandan təxminən 30 saat sonra sağ-salamat Kiyevə çatsalar da, uçuşun uzun çəkməsi, habelə uzun müddət hava limanlarında qalmaları onların səhhətində problemlər yaranmasına səbəb olub. Musiqiçilər Kiyevdə dərhal xəstəxanaya aparılıb, həkim müayinəsindən keçiriliblər.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Azərbaycanın palçıq vulkanları finalçıların siyahısına düşüb
|
Azərbaycanın palçıq vulkanları "Təbiətin 7 Yeni Möcüzəsi" ümumdünya müsabiqəsində finalçıların siyahısına düşüb. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumata görə, Azərbaycanın palçıq vulkanları ilə yanaşı, bu siyahıya Polşanın Mazuraları da (göllər diyarı) salınıb. Ən yaxşı yeddilik uğrunda seçim 2011-ci ilin ortalarına qədər davam edəcək.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Bakı aeroportu fəaliyyətini tam bərpa edib
|
|
Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib. Hava limanından "APA-Economics"ə verilən məlumata görə, ötən həftənin sonunda paytaxtda güclü qarın yağması ilə əlaqədar Bakı aeroportu müvəqqəti bağlanıb, bir çox beynəlxalq aviareys təxirə salınıb. Həmçinin, xaricə uçan təyyarələr marşrutdan kənarlaşaraq digər ölkələrdə məcburi eniş həyata keçirib, Bakıya gələn təyyarələrin əksəriyyəti isə Gəncə aeroportunda enib. "Hazırda havanın bir qədər sabitləşməsi aeroportun fəaliyyətini tam bərpa olunmasına imkan yaradıb. Belə ki, bütün təxirə salınmış aviareyslər yerinə yetirilib və hazırda bütün marşrutlar üzrə reyslər qrafik üzrə həyata keçirilir" - deyə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
|
Oxumaq
09.02.10
|
| |
|
|
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvlərinin sayı 42 nəfərə çatıb
|
|
ABŞ Konqresinin üzvü Mayk MakMahon Azərbaycan üzrə İşçi Qrupuna qoşulub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2008-ci ildə Nümayəndələr Palatasında Nyu-York ştatını təmsil edən demokrat konqresmen MakMahon Palatanın xarici məsələlər komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin üzvüdür. O, həmçinin Palatanın Nəqliyyat və infrastruktur Komitəsinin də üzvüdür. Konqresmen MakMahonun İşçi Qrupuna qoşulması ilə birlikdə Qrupun üzvlərinin sayı yenidən 42-ə çatıb. Xatırladaq ki, cari ilin əvvəlində konqresmen Robert Vekslerin istefası ilə əlaqədar qrup üzvlərinin sayı 41-ə enmişdi.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Oqtay Əsədov fevralın 20-22-də İranda rəsmi səfərdə olacaq
|
|
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 20-dən 22-dək İran İslam Respublikasında rəsmi səfərdə olacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, səfər zamanı O. Əsədov İran prezidenti Mahmud Əhmədineyad, bu ölkə parlamentinin sədri Əli Laricani və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə İran-Azərbaycan münasibətlərinin hazırkı durumu, gələcək inkişaf perspektivləri, iki ölkənin qanunverici orqanlarının əlaqələri müzakirə ediləcək.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Prezident Əlibaba Məmmədova "İstiqlal" ordenini təqdim edib
|
Dünən prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illliyi münasibətilə təltif olunduğu "İstiqlal" ordenini təqdim edib. Prezident İlham Əliyev muğam ustadına müraciətlə deyib: - Mən sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illərdir ki, öz sənətinizlə Azərbaycanın milli musiqisini təbliğ edirsiniz, ifaçılıq ustalığınızla Azərbaycan xalqını sevindirirsiniz. Azərbaycanın sərvəti olan muğam sənətini uzun illər ərzində qoruyursunuz, inkişaf etdirirsiniz, gənc nəsli bu gözəl sənətə cəlb edirsiniz. Bütün bu işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövləti sizin fəaliyyətinizi müxtəlif dövrlərdə yüksək qiymətləndirib. Bildiyiniz kimi, mən də bu gözəl yubileyiniz münasibətilə sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm. İstəyirəm ki, bu gün özüm bu ordeni sizə təqdim edim.
|
Oxumaq
09.02.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|