Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 9.2.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
440 ədəd saxta 20 manatlıq
Paytaxt sakinindən saxta pul əskinasları götürülüb

Paytaxt sakinindən saxta pul əskinasları götürülüb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşları tərəfindən Bakı şəhər sakini Səbinə Mahmudova şübhəli şəxs qismində saxlanılıb. Ondan 4 ədəd 20 manatlıq saxta əskinaslar götürülüb. 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Mahmudovanın mənzilinə baxış zamanı əlavə 436 ədəd 20 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
09.02.10  
 
Şəkidə qətl hadisəsi
Çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən şəxsin meyiti Kiş çayının sahilindən tapılıb

Şəki şəhərində ağır qətl hadisəsi baş verib. Şəki şəhər Polis Şöbəsindən verilən məlumata görə, Kiş çayı sahilində meyit tapılıb. Araşdırma nəticəsində məlum olub ki, çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Şəki şəhər sakini, 1959-cu il təvəllüdlü Paşayev Tehran Ağakişi oğludur. Aparılan istintaq hərəkətləri nəticəsində qətlin 1962-ci il təvəllüdlü Şəki şəhər sakini Etibar Salamzadə tərəfindən törədilməsi məlum olub. E.Salamzadə saxlanılıb. Faktla bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
Oxumaq
09.02.10  
 
İki oğurluq faktının üstü açılıb
"Binə" Ticarət Mərkəzindən gödəkçə, Gəncədən məişət əşyaları oğurlanıb

Hüquq-mühafizə orqanları iki oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Binə Ticarət Mərkəzində Yeni Günəşli qəsəbə sakini Mövlan Mahmudova məxsus anbardan 18 ədəd gödəkçə oğurlanıb. Araşdırma nəticəsində oğurluğun Hacıqabul rayon sakini Süleyman Süleymanov tərəfindən edildiyi müəyyənləşdirilib. S.Süleymanov DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulub. O, sonrakı araşdırmaların aparılması üçün Qaradağ RPİ-nin 10-cu PB-nə təhvil verilib.
Gəncə şəhər sakini Nəcibə İbrahimovanın həyətindən isə 1 ədəd tozsoran, 1 ədəd elektrik qızdırıcısı və ev əşyaları oğurlanıb. Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Gəncə şəhər sakinləri Qurbanxan Qurbani və Səttar Mehdiyev tərəfindən törədilməsi müəyyən edilib. Q.Qurbani və S.Mehdiyev tutulub. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
09.02.10  
 
"Metro"ya bomba qoyulması ilə bağlı yalan məlumat
Taksofondan zəng edən şəxsin axtarışı davam etdirilir

Naməlum şəxs Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng Mərkəzinə zəng edərək "sabah saat 11.00-da metronun Memar Əcəmi stansiyasında bomba partlayacaq" deyərək dəstəyi asıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, həmin məlumat Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Araşdırmalar zamanı zəngin 6-cı mikrorayon, S.Məmmədova küçəsindəki taksofondan edilməsi müəyyən edilib. Bilərəkdən yalan məlumat verən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxumaq
09.02.10  
 
Bir ayda 1496 vergi ödəyicisi qanunvericiliyi pozub
Vergilər Nazirliyi operativ nəzarət tədbirlərini davam etdirir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə bildirilib ki, yanvar ayı ərzində keçirilmiş tədbirlərdə 1496 vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması faktları aşkarlanıb və müvafiq tədbirlər görülüb. Ötən ay 987 vergi ödəyicisi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət etməyib. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi, valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində istifadə qaydalarını pozan ödəyicilərin sayı isə 100 nəfər olub.
Oxumaq
09.02.10  
 
"Məişət Malları" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müs
Təkliflər martın 10-dan etibarən qiymətləndiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi prosesini davam etdirir. Komitədən qəzetimizə bildirilib ki, ƏMDK "Məişət Malları" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edib. Müsabiqə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na müvafiq olaraq aparılır. Şərtlərə əsasən, investisiya müsabiqəsində yerli investorlarla yanaşi, xarici sərmayəçilər də iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həə investisiya təklif edən və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürən iddiaçıya üstünlük veriləcək.
Oxumaq
09.02.10  
 
"Elektron-ticarət"lə bağlı veb portal yaradılır
Yaxın aylarda donorlarla danışıqlar aparılacaq

Tezliklə "Elektron ticarət"lə bağlı veb portal fəaliyyətə başlayacaq. İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılacaq portal Azərbaycanda "Elektron ticarət"in formalaşdırılması sahəsində işlərin intensivləşdirilməsinə yönəlib. Belə ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında bununla bağlı nazirliyə tapşırıq verilib. Nazirliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, veb portal tapşırığın icrasını təmin etmək üçün sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının sərbəst bazara çıxışının dəstəklənməsi məqsədilə Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) "Özəl sektora dəstək proqramı" çərçivəsində həyata keçirilir: "Artıq İqtisadi İnkişaf Nazirliyi və "GTZ" təşkilatı "elektron ticarət"lə bağlı veb portalın yaradılması istiqamətində işlərə başlayıb.
Oxumaq
09.02.10  
 
"Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna yenidən baxıla bilər
Əkrəm Abdullayev hesab edir ki, hərbi xidmətə çağırış yaşı həddinin 35-dən 29-a endirilməsi mümkündür

"İndi olmasa da, yaxın gələcəkdə "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna yenidən baxıla və çağırış yaş həddi 35-dən 27-yə, yaxud 29-a endirilə bilər. Bu, istisna deyil". Bu fikirləri millət vəkili Əkrəm Abdullayev dilə gətirib. Millət vəkilinin sözlərinə görə, bir neçə il öncə çağırış yaşı həddinin əvvəlcə 26-dan 27-yə, sonra isə 27-dən 35-ə qaldırılması sırf zərurətdən irəli gəlirdi. Yəni hərbi xidmətə çağırış yaş həddini qaldırmaqda məqsəd ölkədə ordudan yayınmanın qarşısını almaq, eyni zamanda, insanlara, xüsusilə yetişməkdə olan gənclərə hərbi qulluqkeçmənin nə qədər vacib bir məsələ olduğunu anlatmaq idi. Ə.Abdullayev indi belə hesab edir ki, artıq son illər ərzində ordudan yayınmanın minimuma endirilməsini, ələlxüsus gənclərdə hərbi xidmətə böyük bir həvəsin yaranmasını nəzərə alaraq, yaxın gələcəkdə yenidən hərbi xidmətə çağırışın yaş həddinin dəyişdirilməsi, daha doğrusu, aşağı endirilməsi məsələsinə qayıtmaq olar: "Bu gün, demək olar ki, hərbi xidmət keçən insanlar arasında 30-35 yaş arasında olanlara çox az rast gəlinir. Müəyyən statistik göstəricilər əldə etmişəm və bilirəm ki, çağırış yaşı həddi 35-ə qaldırılandan ötən dövr ərzində 30-35 yaş arasında hərbi xidmət keçənlər, əsgərliyə çağırılanlar barmaqla sayılacaq qədərdir. Artıq insanlarımız, xüsusilə gənclərimiz başa düşür ki, əsgəri borcunu həyata keçirmək, orduda qulluq etmək onların ilk növbədə vətəndaşlıq borcudur və bundan qaçmaq olmaz.
Oxumaq
09.02.10  
 
Xəyallarla reallıq uyğun gəlmirsə...
...bu halda şəxsiyyətin formalaşmasında son sözü sosial mühit deyir

Mühit ilk baxışda nə qədər geniş və dərin bir məna kəsb edirsə, bir o qədər də insan beynini və ruhunu ürküdür. Nələrin yaşandığını, kimlərin yaşadığını və necə yaşadığını bilmədiyin və bütün bunlarla yanaşı, kəşf etmək və uyğunlaşmaq məcburiyyətində olduğun məchulluq. Hadisələr - kriminal, təbii, texnogen, ictimai və sair, iqtisadi, sosial münasibətlər, siyasi və ideoloyi mühit, dini inanc və etiqadlar, mövcud idarəçilik sistemi haqqında artıq iki mövzuda geniş təhlil verdiyimiz şəxsiyyətin formalaşmasına bilavasitə təsir göstərən amillərdir. Elə yuxarıda sadalanan amillər "şəxsiyyətin formalaşmasında mühitin rolu nəzəriyyəsi"nin əsaslandığı amillər arasındadır. Lakin bu yazılar heç də hansısa nəzəriyyənin doğruluğunu isbat etmək məqsədi daşımır. Əksinə, bu nəzəriyyələrin mahiyyətini açaraq, düzgün seçimə kömək etmək istədik.
Oxumaq
09.02.10  
 
Toy mafiyasının əsirləri
Əsirlikdə qalmaq hamıya sərf edir

Ümumiyyətlə, Azərbaycanda varlı da, kasıb da, savadlı da, taksi sürücüsü də, əsgər də, toy edən də, toya çağrılan da yaxşı bilir ki, Azərbaycan toyu biabırçılıqdır. Amma bunu dayandırmağa, ona qarşı çıxmağa bir nəfərin cəsarəti çatmır. Hamı narazıdır. Amma dəhşət burasındadır ki, hamı narazı qaldığı bu işi görür. Mazoxistlik. Sonra da biz bunu mentalitet qalxanı ilə müdafiə edirik. Əslində, 75 manat pensiya alan Fatmanisə xalanın həftədə iki dəfə toya getdiyi halda məişət qazını işlədib, pulunu ödəyə bilmədiyini bəhanə gətirib icra hakimiyyətinin, bələdiyyə binasının qabağını kəsdirib, pulsuzluqdan şikayət etməsini başa düşmək olmur. Azərbaycanlının balasının boğazından kəsib Rəqsanə, Xumar Qədimova, Üzeyir, Aygün, Röya, Əflatunun ən bahalı maşında gəzməsini, villada yaşamasını, Malyorkada istirahət etməsi üçün əlindən gələni etdiyini anlaya bilmirəm. Anlamadığımız əcaibliklər hədsiz çoxdur.
Oxumaq
09.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •