|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
"Dünya operasının qızıl səsi" Bakıda
|
|
Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakkomo Puççininin "Toska" operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, teatr rəhbərliyi keçiriləcək tamaşada baş rolda çıxış etmək üçün ilk dəfə olaraq Ukrayna Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların Sloveniyada keçirilən "Ondina Otta" adına beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatı və qızıl medalının sahibi Viktoriya Çenskayanı dəvət edib. İV.Censkaya Barselona şəhərində keçirilən Beynəlxalq Opera sənəti festivalında Viktoriya Toska rolunun ən yaxşı ifaçısı üçün təsis edilən xüsusi prizə layiq görülüb. Xarici mətbuat onun tamaşalardakı çıxışlarına yüksək qiymət verərək, V.Censkayanı "Dünya operasının qızıl səsi, Dünya operasının ulduzu və Ən parlaq aktrisası" adlandırır.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Kubada və Meksikada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
|
|
4-8 martda Kubada keçiriləcək Azərbaycan-Kuba Hökumətlərarası Komissiyanın 3-cü iclası zamanı Kubada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Bununla əlaqədar olaraq, Azərbaycan haqqında veriliş hazırlanması və öncədən yayımlanması məqsədilə "Daisy Candelaria Gomez Esperon" və "Pablo Rodrigez De Varona"dan ibarət kubalı çəkiliş qrupu yanvar ayında ölkəmizdə səfərdə olub. Qrup üzvləri müxtəlif çəkilişlər apararaq geniş materiallar toplayıb. Səfər müddətində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb, ölkəmizin qədim mədəniyyəti və turizm potensialı barədə müsahibə alıblar. 2010-cu il 7-10 mart tarixində Meksikada keçirilməsi planlaşdırılan Azərbaycanın Mədəniyyət Günlərindən öncə də Azərbaycan haqqında veriliş hazırlanaraq yayımlanması məqsədilə "Axel Herreman Gonsalez" və "Edgar Rafael Lopez Casallero"dan ibarət meksikalı çəkiliş qrupunun Azərbaycana səfəri gözlənilir.
|
Oxumaq
09.02.10
|
| |
|
|
İslam Rzayevin həyat yoldaşı Xatirədən gileyləndi
|
"Müğənni bir ildir ki, qapımı açmır"
Mərhum xanəndə, Xalq artisti İslam Rzayevin həyat yoldaşı Tamara Ağamalıyeva müğənni Xatirə İslamın haqqında gileyləndi. Tamara xanım dedi ki, həyat yoldaşının adını soyadı kimi daşıyan Xatirə bir ildir ki, onun qapısını açmır. "İslamın sağlığında Xatirə bizə tez-tez gəlirdi. İslamın səhhəti ilə də maraqlanırdı. Lakin ölümündən sonra ayağını qapıdan kəsdi. Heç telefon açıb, mənim əhvalımı da xəbər almır" - deyən Tamara xanım onun yadlaşmasının səbəbini anlaya bilmədiyini söylədi. Onun fikrincə, əgər müğənni İslamın adını daşıyırsa, onu unutmamalıdır: "Lakin Xatirə sağlığında İslamın adından bəhrələndi. İndi isə gözləyirəm, bəlkə tələbələrindən biri gəlib məni həyat yoldaşımın qəbri üstə aparar. Bunu ən çox da Xatirədən gözləyirdim. Amma Rövşən Əziz adında tələbəsi hamısından mərhəmətli çıxıb". Lakin Xatirə İslam Tamara xanımın dediklərini təkzib edərək, özünü vəfasız adlandırmaq istəmədi:
|
Oxumaq
09.02.10
|
| |
|
|
Voloqda vilayətində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
|
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qudsi Osmanov və Voloqda vilayətinin qubernatoru Vyaçeslav Pozqalev arasında görüşdə bu ilin mayında Voloqdada Azərbaycan Mədəniyyət Günləri keçirilməsi barədə razılıq əldə edilib. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan məlumat verilib. Xəbərdə bildirilir ki, Azərbaycan Mədəniyyət Günləri Voloqdada başlayacaq və Çerepovetsdə yekunlaşacaq. Qeyd edək ki, tədbirlər çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev və Voloqda vilayəti" sərgisinin keçirilməsi də planlaşdırılır.
|
Oxumaq
09.02.10
|
| |
|
|
"Xanəndəlikdə siyasət olmalıdır"
|
Əlibaba Məmmədov xanəndənin 30 yaşından sonra püxtələşdiyini deyir
Bu günlərdə ölkə başçısı tərəfindən "İstiqlal" ordeni ilə təltif edilən Xalq artisti Əlibaba Məmmədov mətbuata bu təltifdən çox məmnun olduğunu bildirib. 80 yaşlı xanəndə sənəti haqqında söz açaraq, xanəndəlikdə də siyasətin olmasını vacib hesab edib: "Xanəndə kor-təbii deyil, hansı notda, hansı muğam üzərində oxuduğunu mütləq bilməlidir. Bu siyasətə düzgün əməl edən xanəndə sənətlə bərabər, özünü də ucaldacaq. Sənətdə olduğum uzun illər ərzində çoxlarının ələnərək meydandan getdiyinin şahidi olmuşam. Heç kim tanınmağa, şöhrət tapmağa tələsməsin. Xanəndə 30 yaşına qədər öyrənir, sonra isə onları xərcləməyə başlayır". Xanəndə düşünür ki, indi sənətə meyil göstərənlərin əksəriyyətində var-dövlət, şan-şöhrət birinci plandadır: "Maşın, ev almaq üçün sənətə gələnlər xalqın gözündə ucala bilməz. Mən 30 il dəbdə olmuşam. Bu, hər xanəndəyə nəsib olmur. Demirəm pul qazanmaq pis işdir. Amma öncə sənəti düşünmək lazımdır".
|
Oxumaq
09.02.10
|
| |
|
|
Paytaxtda bədbəxt hadisə
|
Asəf Musayev elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib
Paytaxtda bədbəxt hadisə baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Səbail rayonu Badamdar şossesində Bakı Şəhər Elektrik Şəbəkəsində mühəndis işləyən Tovuz rayon sakini Asəf Musayevi təmir işləri apararkən elektrik cərəyanı vurub. A.Musayev hadisə yerində dünyasını dəyişib. Faktlda bağlı araşdırmalar aparılır.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Həmyerlisini qətlə yetirən şəxsin məhkəməsi başa çatıb
|
Röyal Əsədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə qarşısında Goranboy rayon sakini Şəfəq kənd sakini Röyal Əsədov cavab verib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, hadisə 2009-cu il yanvarın 10-da baş verib. Goranboy rayonunun Şəfəq kəndində, kənd sakini, 1988-ci il təvəllüdlü Sahib Orucovun meyiti tapılıb. Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü R.Əsədov saxlanılıb. Ondan 1 ədəd ov tüfəngi götürülüb. İstintaq araşdırmaları zamanı məlum olub ki, hadisə onlar arasında yaranan şəxsi münaqişə zəminində baş verib. Məhkəmənin hökmü ilə R.Əsədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Banktomatlardan vətəndaşların pullarını oğurlayan dəstənin məhkəməsi başlayıb
|
Dəstə üzvləri ayrı-ayrı şəxslərə 4000 manatdan artıq ziyan vurub
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə bankomatlardan vətəndaşların pullarını çıxararaq mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəmə prosesi başlayıb. Məhkəmə qarşısında Oleq Aleksandroviç Matveyev, İbrahim Rəfail oğlu İbrahimov və Zahid Atabala oğlu Ağabalayev cavab verir. Təqsirləndirilənlər şəxslər Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən oğurluq) və 177.2.2-ci (təkrar törədilən oğurluq) maddələri ilə ittiham olunur. İttihama görə, dəstə üzvləri O.Matveyev, İ.İbrahimov, Z.Ağabalayev bankomatlardan müştərilərin hesablarında olan pulları çıxarıblar. Təqsirləndirilən O.Matveyev bunun üçün ABŞ-dan sifarişlə aldığı xüsusi qurğuda Rusiyadan aldığı plastik kartlardan vətəndaşların ödəniş kartlarının surətini hazırlayıb. Daha sonra dostlar şəhərin müxtəlif yerlərinə gedib və bankomatlarda vətəndaşların hesabında olan pulları çıxarıblar.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Sabiq polis rəisinin məhkəməsi davam etdirilib
|
İş üzrə şahidlər məhkəməyə məcburi gətiriləcək
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə bir sıra ağır cinayətlərdə ittiham olunan şəxsin məhkəməsi davam etdirilib. Məhkəmə qarşısında Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev cavab verir. İttihama görə, M.Əliyev Müdafiə Nazirliyinin hərbi ticarət idarəsinin sabiq rəisi Murad Sadəddinov və Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasının rəisinin növbə üzrə köməkçisi Faiq Mirzəyev və qeyriləri ilə cinayət əlaqəsinə girərək, 1994-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə MTN-nin istintaq təcridxanasından qaçırılan keçmiş müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərlini, keçmiş alay komandiri Arif Paşayevi və qondarma "Talış Muğan Respublikası"nın başçısı Əlikram Hümbətovu əvvəlcə Xırdalanda, sonra isə Abşeron rayonu Məhəmmədli kəndidə gizlədib. Daha sonra isə onların Rusiya Federasiyasına qaçmasını təşkil edib. Dünənki prosesdə hakim bildirib ki, şahidlərdən 4 nəfəri artıq dünyasını dəyişib, 2 nəfər isə cəzaçəkmə müəssisəsində saxlanılır. Məhkəmə şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar çıxarıb. Proses fevralın 18-də davam etdiriləcək.
|
Oxumaq
09.02.10
|
| |
|
|
"Qazel"lə motosklet toqquşub
|
Bir nəfər dünyasını dəyişib
Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə Neftçala rayonunun Həsənabad kəndi ərazisində baş verib. Kənd sakini Mehman İsayevin idarə etdiyi "QAZel" markalı avtomaşınla Mirqurbanlı kənd sakini Əli Cavadovun idarə etdiyi "İY" markalı motosiklet toqquşub. Nəticədə Ə.Cavadov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
09.02.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|