Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 




 
 
 
Xəbərlər / 5.2.2010
Səhifələr : 1 2 3 4 5 » #
"Bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməlidir"
Əli Həsənov: "Soyadların milliləşdirilməsi məsələsi ciddi ictimai müzakirəyə çıxarılmalıdır"

"Hesab edirəm ki, milli səviyyədə, bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməli və bu sonluq yalnız azərbaycançılığa, Azərbaycan xalqına, dövlətinə mənsubluğu göstərməlidir". Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri deyib ki, hər bir millətin soyadı və onun sonluğu milli domendir. Milli domen üzərində də millətin mənsubiyyətini müəyyən etdirmək texnologiyaları qurulur.
Ə.Həsənov müsahibəsində gündəmdə olan digər məsələlərə də toxunub.

- Avropa Şurasının Aqo qrupunun Azərbaycana dair son hesabatını necə dəyərləndirirsiniz?

- Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələr, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin monitorinqi ilə bağlı vəziyyət, son zamanlar bu qurumun müxtəlif strukturları ilə Azərbaycan arasında müxtəlif sahələrdə - qanunvericilik, praktiki fəaliyyət, seçki, mətbuat və insan hüquqları sahələrində həyata keçirilən münasibətlər kifayət qədər dinamikdir. Burda ciddi konstruktivlik ruhu duyulmaqdadır.
Oxumaq
05.02.10  
 
İşğalçılarla əlaqə yaradanların Azərbaycanda fəaliyyəti qadağan olunmalıdır
Virtual dünyada Azərbaycan əleyhinə təbliğat aparanlar da üzə çıxarılmalıdır

Məlum olduğu kimi, parlamentin yaz sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Mübariz Qurbanlı işğal olunmuş ərazilərlə bağlı Milli Məclis tərəfindən ayrıca qanun layihəsinin qəbul olunması təklifi ilə çıxış edib. Bu təklif digər millət vəkilləri tərəfindən də dəstəklənir. Bitərəf millət vəkili Qənirə Paşayeva da hesab edir ki, bu qanun mütləq qəbul olunmalıdır. Onun sözlərinə görə, M.Qurbanlının təklifi çox müsbətdir və zamanında səsləndirilib. "Müharibə vəziyyətində olan bir ölkə kimi Azərbaycanda belə bir qanunun qəbuluna çox böyük zərurət var. Odur ki, gecikmədən bu qanun layihəsinin hazırlanaraq, parlament müzakirələrinə çıxarılması və qəbul edilməsi lazımdır" - deyə millət vəkili sözlərinə əlavə edib.
Yeri gəlmişkən, təxminən ilyarım öncə Q.Paşayevanın özü buna bənzər bir təkliflə çıxış etmişdi. Daha doğrusu, işğal olunmuş ərazilərimizdə separatçı-terrorçu reyimlə işbirliyi quran xarici şirkətlərlə, bu ərazilərə qanunsuz səfər edənlərlə, eləcə də digər məqamları özündə ehtiva edən məsələlərlə bağlı xüsusi bir qanun layihəsinin hazırlanması və qəbul edilməsi təklifini irəli sürmüşdü. Q.Paşayevanın bildirdiyinə görə, o, yenə də öz təklifində qalır:
Oxumaq
05.02.10  
 
Tanınmış siyasətşünas Hayko Langner Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında danışı
Fevralın 3-də Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi və xalqımızın yaşadığı tarixi reallıqlar barədə alman ictimaiyyətini məlumatlandırmaq olub. "Sülhə ümid və ya siyasi-coğrafi məngənə. Dağlıq-Qarabağ münaqişəsi 2010-cu ildə" mövzusunda məruzə ilə çıxış edən icraçı direktor Samirə Patzer-İsmayılova münaqişə, onun tarixi, həlli istiqamətləri ilə bağlı ətraflı məlumat verib. Məruzədə keçmiş Sovet İttifaqı ərazisində baş verən və qurbanların sayına görə birinci yerdə duran münaqişə - Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü, ölkəmizin ərazisinin 20%-nin zəbt olunması, işğal altında olan ərazilərin tarixi və bu ərazidə yaşayan yerli əhalinin azərbaycanlılardan ibarət hissəsinin bugünkü taleyi ilə bağlı da iştirakçılara məlumat verilib.
Oxumaq
05.02.10  
 
Humadan qeyri-adi açıqlamalar
Fransalı futbolçu Zidanla əsgərlik yoldaşı olduğunu bildirib

"Beşiktaş" azarkeşlərinin heç cür unuda bilmədiyi Paskal Huma həmişə olduğu kimi, bu dəfə də qeyri-adi açıqlamalarıyla gündəmə gəlib. Qeyd edək ki, o, "Qartal"ın heyətində çıxış edərkən azarkeşlərin ən sevimli futbolçularından biri olub. Bugünlərdə "Kanal 24" kanalının qonağı olan fransalı futbolçu "Beşiktaş"da oynadığı illərə qayıdıb. İlk öncə o, maraqlı etirafıyla gündəmə gəlib: "Beşiktaş"dakı illər karyeramın zirvəsinə yüksəldiyim anlar idi. Bu komandada oynamaqdan zövq alırdım. Bir dəfə tətil üçün İstanbuldan ayrılaraq Fransaya getmişdim. Gözlənilmədən "Qalatasaray" rəsmiləri mənə zəng vuraraq görüşmək istədiklərini dedilər. Düzünü desəm, bir qədər təəccübləndim. Amma razılaşdım. Daha sonra menecerimi axtardılar və evimə yaxın bir yerdə görüşdük. Amma transfer baş tutmadı. Düşünürəm ki, onlar indiyə qədər də mənim yolumu gözləyirlər". Qalmaqallı sabiq futbolçunun növbəti sözləri belə olub: "Ötən mövsüm "Beşiktaş"la vida görüşümü keçirmək niyyətində idim.
Oxumaq
05.02.10  
 
Müxalifət partiyalarına xaricdən maliyyə dəstəyi göstərilir
Siyavuş Novruzovun fikrincə, bu partiyalarda şəffaflıq yoxdur

"Parlament seçkiləri ərəfəsində müxalifət partiyalarının bir-birlərini ittiham etməsi gözlənilən haldır. Çünki onlar şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Müxalifətin seçki ilə əlaqədar dolayısı ilə xaricdən dəstək amilini gündəmə gətirməsi də buradan qaynaqlanır". Bu sözləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Müxalifətdə olan partiyaların bir-birlərini yaxşı tanıdıqlarını deyən S.Novruzovun sözlərinə görə, bu partiyalarda şəffaflıq yoxdur. Hazırda bu düşərgədə olanlar qarşılıqlı olaraq bir-birlərini xarici qüvvələrə işləməkdə ittiham edirlər: "Həmin partiyalara xarici qüvvələr tərəfindən maliyyə dəstəyi göstərilir. Seçki vaxtı yəqin maliyyənin də artdığı üçün onu bölüşdürə bilmirlər və bu səbəbdən də özlərini xarici qüvvələrə işləməkdə ittiham edirlər".
Oxumaq
05.02.10  
 
Ermənistanla Türkiyə yenə eyni qrupda?
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində yaranmış ləngiməyə həftənin sonunda ciddi təkan verilə bilər. Apasport.az saytının xəbərinə görə, bunu Ermənistanın "Aykakan yamanax" qəzeti yazıb: "Dalana dirənmiş prosesə həftə sonunda Polşada təkan veriləcəyi gözlənilir".
Qeyd edək ki, fevralın 7-də Varşavada futbol üzrə 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatması keçiriləcək. Qəzetin məlumatına görə, ABŞ Ermənistan və Türkiyə millilərinin eyni qrupa düşməsi üçün əlindən gələni edir: "Püşkatma zamanı Ermənistan və Azərbaycan millilərinin də eyni qrupda yer alacağı istisna olunmur".
Oxumaq
05.02.10  
 
Yığmamız arzuolunmaz rəqiblər siyahısında!
Avstriyalılar belə qənaətə gəliblər

Avro-2012-nin seçmə mərhələsinin fevralın 7-də atılacaq püşkü ərəfəsində iştirakçı ölkələrin əksəriyyətində arzulanan və arzuolunmaz rəqiblərlə bağlı müzakirələr gedir. Apasport.az saytının məlumatına görə, avstriyalı həmkarlarımız seçmə mərhələdəki rəqiblərlə bağlı müəyyən fikrə gəliblər. Maraqlıdır ki, onların seçimində Azərbaycan milli komandasının da adı hallanır. Avstriyalılar son vaxtlar yüksəlişdə olan yığmamızı arzuolunmaz rəqiblərin siyahısına daxil ediblər.
6 komandanın mübarizə aparacağı qrupa düşmək istəyən mərkəzi avropalılar 6-cı - yəni sonuncu səbətdə hamıdan güclü saydıqları millimizdən uzaq düşmək arzusundadırlar. Avstriya üçün arzuolunmaz elan olunan komandalar siyahısında Azərbaycanla yanaşı, I səbətdən İspaniya, II səbətdən Yunanıstan, IV səbətdən Sloveniya və V səbətdən Çernoqoriya var. III səbətdə yer alan avstriyalılar millimizi yayda CAR-da keçiriləcək DÇ final mərhələsinin 3 iştirakçısı sırasına qoyub. Avstriyalıların xəyallarında canlanan ideal qrup isə Xorvatiya (I səbət), İsveç (II səbət), Belarus (IV səbət), Lixtenşteyn (V səbət) və San-Marinodan (VI səbət) ibarətdir.
Oxumaq
05.02.10  
 
Mafioz Robinyo
Yığmanın futbolçusunun 8 mühafizəçisi var

Bir neçə gün öncə "Mançester Siti"dən "Santos"a icarəyə verilən Robinyo mühafizəçilərinin sayını artırıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Braziliyada yaşadığı vaxtda 8 mühafizəçinin əhatəsində olacaq.
Braziliya milli komandasının da şərəfini qoruyan Robinyonun "Dumanlı Albion"da 4 mühafizəçisi olub. Lakin o, "Santos"a keçdikdən sonra özünün və ailəsinin təhlükəsizliyini daha da ciddi qorumaq fikrinə düşüb. Buna görə də təhlükəsizlik xidməti əməkdaşlarının sayı iki dəfə artırılıb.
Mühafizəçilərlə bağlı əlavə xərci də "Mançester Siti" rəhbərliyi ödəyəcək. Müqaviləyə əsasən, Robinyonun "Santos"da olacağı 6 ay müddətində bütün xərclər ingilislər tərəfindən ödənilməlidir.
Oxumaq
05.02.10  
 
"Real" çempionluğa görə mükafatı açıqladı
İspaniyanın "Real" klubunun rəhbərliyi cari mövsümdə qazanılacaq titullar üçün futbolçularına verəcəyi mükafatın məbləğini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar liqasında zəfər hər oyunçunu 575 min, Primerodakı qələbə isə 350 min avro zənginləşdirəcək. Klub prezidenti Florentino Peres, baş direktor Xorxe Valdano və idman direktoru Emilio Pardes, həmçinin komandanın 4 futbolçusu - Raul, Kasilyas, Quti və Serxio Ramosun iştirakı ilə keçirilən müzakirələrdən sonra belə qərar qəbul olunub.
Qeyd edək ki, Çempionlar liqasının final oyunu mayın 22-də məhz "Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu"da olacaq.
Oxumaq
05.02.10  
 
"İnter"də üç yeni futbolçu
Təzələr "Korona", "Salernitana" və "Anyi"dən gəliblər

Bakının "İnter" klubu üç yeni futbolçu alıb. Bu haqda apasport.az saytına komandanın prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, transfer etdikləri legionerlərdən ikisi müdafiəçi, biri yarımmüdafiəçidir.
"24 yaşlı Paulis Paknis litvalıdır. Müdafiənin sağ cinahında çıxış edir. Mahir Şükürovun "Anyi"yə gedişindən sonra bizə bu mövqeyə futbolçu lazım idi. O, komandamıza Polşanın yüksək liqasında mübarizə aparan "Korona" klubundan gəlib. Digər transferimiz 26 yaşlı Filip Maşado da cinah müdafiəçisidir, sol cinahda oynayır. İtaliyanın B seriyasında çıxış edən "Salernitana" klubunun futbolçusu olub. Azad agent kimi gəldiyindən keçidinə görə əlavə xərcə düşməmişik. Filip braziliyalı olsa da, İtaliya vətəndaşlığını da daşıyır. Rusiyanın "Anyi" klubundan gələn 24 yaşlı Georgi Navalovski isə yarımmüdafiəçidir. Gürcüstan milli komandasının da üzvü olan bu gənc futbolçu bizə məsləhət olundu" - deyə G.Nikolov bildirib.
Oxumaq
05.02.10  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Mehdi Səfərini qəbul edib
  • Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib
  • Şeyxülislam Hacı Allahşükür Paşazadə “Aypara və Ulduz” ordeni ilə təltif olunub
  • Ombudsman YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərini qəbul edib
  • Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv oluna bilər
  • Ə.Həsənov: “Dağlıq Qarabağ narkotik vasitələrin becərilməsi, tranziti və terrorçu qruplaşmaların hazırlanması üçün əsas ərazilərdən biridir”
  • Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib
  • ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub
  • Allahşükür Paşazadə: “Qəsdən adam öldürənlərin, narkotikə görə həbs edilənlərin əfv olunması işinə qarışmıram”
  • Milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində tədbir keçirilib
  • Bakıda Xəzəryani dövlətlərin müxtəlif səviyyəli nümayəndələri arasında iclas keçirilir
  • Elmar Məmmədyarov: “ABŞ Konqresində qondarma soyqırım yox, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunmalıdır”
  • Xəzərdə nərəkimilərin ovuna dair kvotanın müəyyənləşməsinə dair iclasın keçirilməsi nəzərdə tutulub

  •  
    BANNERİMİZ
     
    kod almaq: