|
|
Səhifələr : # « 1 2 3 4 5
|
Yaşar Nuri "Muskomediya"da
|
|
Akademik Milli Dram Teatrın aktyoru, Xalq artisti Yaşar Nuri Musiqili Komediya Teatrının dəvətini cavabsız qoymayaraq yenicə məşqləri başlanan "Ər və arvad" tamaşasında oynamağa razılıq verib. Ona Üzeyir Hacıbəylinin bu məşhur komediyasında Kərbəlayi Qubad rolu həvalə olunub. Teatrın baş reyissoru Yusif Əkbərovun quruluşunda hazırlanan operettada tamaşaçıların çox sevdikləri Xalq artistləri Afaq Bəşirqızı, İlham Əhmədov, Arif Quliyev, Fatma Mahmudova, Əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Ülviyyə Əliyeva, Ema Məlikova da çıxış edəcəklər.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Şuşa Teatrının yeni tamaşası oynanılıb
|
|
Şuşa Dövlət Musiqili Dram Teatrı Çingiz Aytmatovun "Dəniz kənarı ilə qaçan alabaş" tamaşasının premyerasını keçirib. Teatrdan verilən məlumata görə, tamaşa Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında nümayiş etdirilib. Qeyd edək ki, tamaşanın quruluşçu reyissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Orxan Kərimovdur. Rollarda Əməkdar artist Şükufə Musayeva, artistlər İqrar Salamov, Ramil Zeynalov, Mahir Mirişov, Rasəf Mehdiyev, Aybəniz Əhmədova, Zəhra Baxşəliyeva və Püstəxanım Zeynalova çıxış ediblər.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Xəyyam Nissanov ABŞ-da tanınacaq
|
Müğənni uzaq ölkədən bol təkliflərlə qayıdıb
Müğənni Xəyyam Nissanov Amerika Birləşmiş Ştatlarından səfərdən qayıdıb. Kommersiya məqsədi ilə uzaq ölkəyə səfər edən müğənni vətənə böyük əhəmiyyət daşıyan təkliflərlə qayıdıb. Orada bir sıra görüşlər keçirən sənətçi yaxın günlərdə böyük layihələrə imzasını atacaq. Bu barədə məlumatı qəzetimizə müğənninin prodüseri Murad Arif verib. Təklifləri konkretləşdirən M.Arif Xəyyamın ABŞ-ın bir sıra məşhur səsyazma studiyalarının nümayəndələri ilə görüşlər keçirdiyini diqqətə çatdırdı. "Həmin şirkətlərlə bu gün məşhur dünya ulduzları çalışır. Tərəflərin danışıqları Xəyyam Nissanovun mahnı yazdırıb, albom çıxarmasından ibarət idi. Daha sonra böyük konsert proqramının təşkili üçün diasporumuzun adamları ilə görüşlər keçirmişik" - deyən M.Arif Xəyyamın səhnəni tanınmış musiqiçilərlə bölüşəcəyini istisna etmədi.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Gənc Tamaşaçılar Teatrının "Axırıncı qatar"ı
|
Gənc Tamaşaçılar Teatrının kollektivi K.Sergeykonun "Əlvida yarğan" povesti əsasında İ.Fəhminin səhnələşdirdiyi "Axırıncı qatar" ("İtlər") adlı tamaşanı teatrsevərlərə təqdim etməyə hazırlaşır. Tamaşanın quruluşçu reyissoru, Xalq artisti Cənnət Səlimova, bəstəkarı Xalq artisti Oqtay Kazımi, geyim üzrə rəssamı Tatyana Şemeleyevadır. Rəqslərin quruluşu isə Fərhad Vəliyevə məxsusdur. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, səfillər üçün Brodyev yanrında hazırlanmış tamaşada baş rolları teatrın aparıcı aktyorları - Əməkdar artistlər Şövqi Hüseynov, Seyidşah Məmmədov, Nofəl Vəliyev, aktyorlar Elşən Rüstəmov, Nəsibə Eldarova, Almaz Mustafayevə və başqaları ifa edirlər.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Bütün zamanların reyissoru
|
Fəxri adı olmasa da, öz heykəlini yaradan Kamil Rüstəmbəyov
Sragagün Muzey Mərkəzində Dövlət Film Fondunun təşkilatcılıgı ilə görkəmli televiziya və kino reyissoru Kamil Rüstəmbəyovun 85 illiyinə həsr olunan gecə keçirildi. Milli kino və televiziya tarixində özünəməxsus yeri olan sənətkarın yaradıcılıgının ayrı-ayrı səhifələri tədbir iştirakcıları üçün vərəqləndi. Gecəni giriş sözü ilə açan Əməkdar incəsənət xadimi Aydın Kazımzadə görkəmli reyissorun həyat və fəalliyyəti haqqında məlumat verərək bildirdi ki, o, 1953-cu ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. 1956-cı ildə televiziyada fəaliyyətə başlayanda K.Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışıb. O, Azərbaycan televiziyasının ilk yaradıcılarından biri olub. Sonradan Kamil müəllim televiziyada böyük reyissor, baş reyissor işləyib, bir sıra maraqlı verilişlər hazırlayıb.
|
Oxumaq
05.02.10
|
| |
|
|
"Yeni Həyat" qəzeti 10 yaşında
|
Milli mətbuatımızın tarixində ilk və yeganə sosial qəzet olan "Yeni Həyat" qəzeti 5 fevral 2000-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin, 2007-ci ilin ortalarından etibarən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsisçiliyi ilə nəşr olunur. Qəzetdə dövlətimizin sosial siyasəti və onun icrası istiqamətində hökumətin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial müdafiə tədbirləri geniş şəkildə işıqlandırılır, sosial qanunvericilik, həmçinin yeni qanunvericilik sənədləri və s. ilə bağlı maarifləndirmə işi aparılır, mənəvi-əxlaqi dəyərlər, bəşərin həyatı ilə bağlı maraqlı və düşündürücü mətləblər və başqa mövzularda məqalələr dərc olunur.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Azərbaycanlı mühacirlərin xaricdə saxlanan arxiv materialları ölkəyə gətirilib
|
|
Azərbaycanlı mühacirlərin xarici ölkələrdə saxlanılan arxiv materiallarının bir hissəsi ölkəyə gətirilib. APA-nın məlumatına görə, Azərbaycana gətirilən arxiv materiallarının sərgisi və təqdimatı keçirilib. Arxiv materiallarını Türkiyə, Polşa və Almaniyadan toplayaraq Azərbaycana gətirən professor Nəsiman Yaqublu deyib ki, görülən iş Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub. Onun sözlərinə görə, Azərbaycana gətirilən 200-dək arxiv materialları arasında Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy topçubaşov, Ceyhun Hacıbəyli, Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin və başqalarının şəxsi məktubları, nəşr etdirdikləri yurnallar, qəzetlər, kitablar, fotolar və digər sənədlər var: "Biz "Yeni Qafqaziya", "Odlar yurdu", "Azərbaycan" və digər yurnalların bütün saylarını, Almas İldırıma, Mirzəbala Məmmədzadəyə, Gültəkinə məxsus kitabları, Mustafa Kamal Atatürkün azərbaycanlı mühacirlərə bağlı verdiyi sərəncamları, Düdənginskiyə aid video görüntüləri, fotoları və digər sənədləri ölkəyə gətirmişik. Bunlar çox mühüm sənədlərdir.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Lənkəran, Masallı və Astarada mənşəyi bəlli olmayan qaz sobaları aşkarlanıb
|
Sahibkarlara bu malların satışdan çıxarılması barədə tələbnamələr verilib
Lənkəran, Masallı və Astarada uyğunluq sertifikatı olmayan, təhlükəli qaz sobalarının satıldığı aşkarlanıb. Aşkarlanan faktlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 5 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən üzə çıxarılıb. Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib. Belə ki, monitorinq zamanı Lənkəran şəhərində fiziki şəxs Vüqar Məmmədova məxsus mağazada "Süsler", "Westburq", "Luxell", "Nord", fiziki şəxs Mehman Axundova məxsus mağazada "Termes", "Süsler", fiziki şəxs Habil Ağayevə məxsus mağazada "Süsler", fiziki şəxs Mirəziz Ağayevə məxsus mağazada "Simens", fiziki şəxs Səbuhi Cabbarova məxsus mağazada "Temirkel" nişanlı mənşəyi məlum olmayan qaz sobaları müəyyən edilib.
|
Oxumaq
05.02.10
|
| |
|
|
QHT-lərə Dövlət Dəstəyi Şurasına 489 layihə təqdim olunub
|
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 489 layihə daxil olub. APA-nın xəbərinə görə, bu barədə sözügedən şuranın sədri Azay Quliyev yurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq müsabiqəyə sənəd qəbulu baş çatıb və texniki ekspertiza keçirilib: "80-dən artıq təşkilatın təqdim etdiyi layihələr ekspertizadan keçməyib. Bu o deməkdir ki, onların sənədlər geri qaytarılacaq". A.Quliyev hazırda ikinci mərhələnin başa çatmaqda olduğunu bildirib: "Hesab edirik ki, biz nəticələri martın 10-dək açıqlayacağıq. Ötən il biz 1 milyon 868 min manatın müqabilində 569 layihə almışdıqsa, bu il 903 min manatın müqabilində 489 layihə almışıq. Büdcəni nəzərə alsaq, keçən illə müqayisədə bu il daha çox layihə təqdim edilib".
|
Oxumaq
05.02.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5
|
|