Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 5.2.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Dilənçiliklə məşğul olan 15 nəfər saxlanılıb
DİN-in Çevik Polis Alayı, Nəsimi RPİ, Yasamal RPİ və Sabunçu RPİ əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 15 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Bakı BPİ-nin İnaibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.
Oxumaq
05.02.10  
 
Dəm qazından boğulma
Bir ailənin üç üzvü dünyasını dəyişib

Dəm qazından daha bir boğulma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, bir ailənin üç üzvü dəm qazından boğulub. Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində 53 yaşlı Rasim Hümbətov yaşadığı evdə dəm qazından zəhərlənib. Onun övladları - 20 yaşlı Fatma, 18 yaşlı Gülşən və 17 yaşlı Aysel isə dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırmalar aparılır.
Zərdab rayon sakini, 14 yaşlı Camal Camalzadə hamamda olarkən dəm qazından boğularaq ölüb.
Oxumaq
05.02.10  
 
"Prado" qaçırılıb
Maşının sahibi Rusiya vətəndaşı olub

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırılmasının üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini Emin Məmmədovdur. E.Məmmədov Rusiya Federasiyası vətəndaşı Xanlar Sadıqova məxsus "Toyota-Prado" markalı avtomaşını qaçırmaqda təqsirləndirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxumaq
05.02.10  
 
Qazaxda silah-sursat
Qazax RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən xeyli silah-sursat tapıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, 1 ədəd "AKMSU", 1 ədəd "AKM", 1 ədəd "Karabin", 1 ədəd pnevmatik, 1 ədəd ov tüfəngi götürülüb. Həmçinin, 1 ədəd idman, 1 ədəd pnevmatik, 1 ədəd tapançalar, 2 ədəd qumbara, 472 ədəd müxtəlif çaplı güllə və 3 ədəd güllə darağı tapılıb.
Oxumaq
05.02.10  
 
İki soyğunçuluq faktı
İngiltərə vətəndaşına qarşı soyğunçuluq edən İmişli rayon sakinləri tutulub

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq faktının üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, İngiltərə vətəndaşı Burns Colina qarşı soyğunçuluq edən şəxslər tutulub. Saxlanılanlar İmişli rayon sakinləri Nemət Hüseynov, Nurəli Abışov və Astara rayon sakini Ramal Əliyevdir. R.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Cavid Talıbova qarşı soyğunçuluq edən Buzovna qəsəbə sakini Fərhad Məmmədov tutulub. F.Məmmədov əvvəllər də məhkum olunub. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
05.02.10  
 
İş adamının qatili tutulub
Ötən ilin avqustunda yoxa çıxan Ayaz Nağıyevi həmyerlisi qətlə yetirib

Göygöl polisi qətl hadisəsinin üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, ötən ilin avqustunda yoxa çıxan Göygöl rayonunun Yeni Qızılca kənd sakini Ayaz Nağıyevin taleyinə aydınlıq gətirilib. Belə ki, həmin vaxt A.Nağıyev evdən çıxıb və bir daha geri qayıtmayıb. Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nağıyevin 2009-cu il dekabrın 19-da Yeni Qızılca kənd sakini Zaur Nağıyev tərəfindən qarət məqsədi ilə balta və bıçaqla qətlə yetirilməsi müəyyən edilib. Əvvəllər də məhkumluq həyatı yaşayan Z.Nağıyev A.Nağıyevi qətlə yetirdikdən sonra meyiti Şəmkir rayonu ərazisindəki Su Elektrik Stansiyasının yaxınlığındakı çuxura atıb. Keçirilən əməliyyat-tədbirləri nəticəsində Z.Nağıyev tutulub. Faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq hərəkətləri davam etdirilir.
Oxumaq
05.02.10  
 
Bağlı qalan 6 cinayətin üstü açılıb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 43 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 32-i "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 6 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib. Gün ərzində 12 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 30 nəfər saxlanılıb.
Oxumaq
05.02.10  
 
Aygün Kazımovaya hökm oxunub
O, insan alverində təqsirləndirilir

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə insan alverində və narkotik vasitələrin saxlanmasında təqsirli bilinən şəxsin qapalı məhkəmə prosesi yekunlaşıb. Məhkəmə qarşısında Aygün Bahadur qızı Kazımova cavab verib. A.Kazımova Cinayət Məcəlləsinin 144.1-ci (insan alveri) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.
İttihama görə, təqsirləndirilən xanım Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. O, qadınları Türkiyəyə apararaq, orada cinsi istismara məruz qoymaqda təqsirli bilinir. Məhkəmənin hökmü ilə A.Kazımova 5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
05.02.10  
 
Azyaşlını zorlayan şəxsə hökm oxunub
Rüstəm Qasımlı 14 il azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə azyaşlı qızı zorlamaqda təqsirli bilinən şəxsin məhkəmə prosesi yekunlaşıb. Məhkəmə qarşısında Mingəçevir şəhər sakini Rüstəm Məhəmməd oğlu Qasımlı cavab verib. R.Qasımlı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham olunub. İttihama görə, R.Qasımlı 2009-cu ilin iyununda Mingəçevir şəhərində 2002-ci il təvəllüdlü Vüsaləni (ad şərti verilib) zorlayıb. O, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Məhkəmənin hökmü ilə R.Qasımlı 14 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
05.02.10  
 
Polisə yalan məlumat verən əcnəbinin məhkəməsi başa çatıb
Xeirxah Reza 5 il müddətinə azadlıqdan məhrum edilib

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə terror barədə məlumat verməkdə təqsirli bilinən əcnəbinin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında İran vətəndaşı Xeirxah Reza Moxtur oğlu cavab verib. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.
İttihama görə, Xeirxah Reza 2009-cu il sentyabrın 12-də Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün altına bomba qoyulması barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində məlumat təsdiqini tapmayıb və Xeirxah Reza həbs edilib. Məhkəmənin hökmü ilə İran vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
05.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •