|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Dmitri Medvedyev MDB dövlət başçılarını qeyri-rəsmi görüşə dəvət edib
|
Rusiya prezidenti Dmitri Medvedyev MDB dövlət başçılarını Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi münasibətilə keçirilən parada və bu tədbir çərçivəsində qeyri-rəsmi görüşə dəvət edib. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, prezident bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevlə görüş zamanı bildirib. S.Lebedev isə öz növbəsində artıq qeyd olunan qeyri-rəsmi görüşə hazırlıq işləri ilə bağlı prezidenti məlumatlandırıb. Onun sözlərinə görə, qeyd olunan tədbirlərdən başqa martın 5-də Moskvada iqtisadi forum keçiriləcək. Forumun ilk növbədə Rusiyanın MDB məkanında yeni təşəbbüslərə həsr olunması nəzərdə tutulur. Martın 26-da isə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Xəzər dənizi akvatoriyasında seysmik aktivlik artıb
|
21 rəqəmsal və 14 analoq seysmik stansiya şəbəkəsi ilə aparılan müşahidələr nəticəsində ötən il Azərbaycan ərazisində 3680 yeraltı təkan qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Respublika Seysmoloyi Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli AMEA Rəyasət Heyətinin 2009-cu ilin nəticələrinə həsr olunmuş hesabat iclasında məlumat verib. O deyib ki, bu təkanlardan 1744-ü yerli, 1936-sı yaxın-uzaq zəlzələlər olub ki, bunlardan da 20-si hiss edilib. Aparılan müşahidələr nəticəsində məlum olub ki, 2008-ci illə müqayisədə ötən ildə baş verən zəlzələlərin sayı artsa da, ayrılmış seysmik eneryinin miqdarı düşüb. 2009-cu ildə Azərbaycan ərazisində dərinliyi 10 km olan 130, 10-20 km olan 262, 20-30 km olan 130, 30-40 km olan 82, 40-51 və 46-50 km olan 44 zəlzələ qeydə alınıb. Ölkə ərazisində yüksək seysmik zona kimi Böyük Qafqazın cənub-şərq yamacı, xüsusilə, Şamaxı-İsmayıllı rayonları seysmoaktiv ərazilər kimi qeydə alınıb.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Miqrasiya İdarəsində ölkədə qeydiyyatsız yaşayan 30-a yaxın əcnəbi saxlanılır
|
Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsində Azərbaycan ərazisində qeydiyyatsız yaşamaqda təqsirli bilinən 30-a yaxın əcnəbi vətəndaş saxlanılır. Bu barədə APA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. DİN-nin Miqrasiya İdarəsində olduğunu bildirən komitə sədri orada saxlanılan şəxslərin əksəriyyətinin Əfqanıstan vətəndaşı olduğunu bildirib. Hazırda həmin şəxslərin öz ölkələrinə deportasiya edilməsi istiqamətində tədbirlər görülür. E.Behbudov, həmçinin DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində olduğunu, ölkədə insan alveri qurbanlarının vəziyyəti ilə bağlı araşdırma apardığını qeyd edib. Bu gün Azərbaycanda yüngül həyat tərzi keçirən qadınların əksəriyyətinin ağır xəstəlik daşıyıcısı olduğunu bildirən E.Behbudov həmin qadınların məcburi müalicəyə cəlb edilməsi üçün səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlayacağını söyləyib.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Şəxsiyyət irsi əsaslarla formalaşırmı?
|
Birmənalı şəkildə "hə" deməyə tələsmək lazım deyil
Fəlsəfi, psixoloyi və pedaqoyi araşdırmaların böyük bir qismini təşkil edən şəxsiyyət və onun formalaşdırılması prosesi ötən yazıda da qeyd etdiyimiz kimi, bir çox nəzəriyyənin süyetinin, məntiqi və təcrübi izahının ana xəttini təşkil edir. Bu nəzəriyyələrdən özünə ən geniş "təsdiq" çevrəsi yaratmış ikinci nəzəriyyə "şəxsiyyətin formalaşdırılmasında irsiyyətin rolu nəzəriyyəsi"dir. Bəli, eyni ilə gündəlik danışığımızda ən azı beş dəfə işlətdiyimiz "Ot kökü üstündə bitər" atalar sözünün izahının altında yatan o dərin məna. Elə yəqin ki, bu səbəbdən Nəsirəddin Tusi şəxsiyyətin formalaşmasında irsiyyətin rolu məsələsini bu qədər ön plana çəkmişdi. Amma yanılmaq olmaz. O, heç də demirdi ki, şəxsiyyət irsi əsaslarla formalaşır. Əksinə, o, sübut etməyə çalışırdı ki, xarakter nəsildən-nəslə irsən keçmir, o, həyatda qazanılır. "Xarakter irsən keçsəydi, ağıllı insanlar öz övladlarının tərbiyəsi ilə məşğul olmazdılar." (H.Məmmədbəyli "Nəsirəddin Tusi").
|
Oxumaq
05.02.10
|
| |
|
|
İƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin birinci iclası başlayıb
|
Oqtay Şirəliyev: "Heç bir dövlət təcrid olunmuş şəkildə öz səhiyyəsini inkişaf etdirə bilməz"
Dünən Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin birinci iclası işə başlayıb. İclasda 10 ölkənin səhiyyə naziri iştirak edir. İclasın fəaliyyət istiqaməti barədə səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib: "25 il əvvəl üzv ölkələrin iqtisadi, texniki və mədəni əməkdaşlığına dəstək olmaq məqsədi ilə 10 dost ölkə İƏT-i yaradıb. İlk günlərdən bu təşkilatın əsas vəzifəsi iqtisadi əməkdaşlıq idi. Amma zaman keçdikcə ölkələrin təhsil, səhiyyə kimi müxtəlif sahələrdə əməkdaşlığı da formalaşmağa başladı. Ötən il Tehran şəhərində keçirilən zirvə toplantısında ölkə başçısı İlham Əliyev tərəfindən təşəbbüs irəli sürülüb ki, səhiyyə nazirlərinin də toplantısı olsun. Hazırda ilk toplantının ev sahibliyini Azərbaycan edir".
|
Oxumaq
05.02.10
|
| |
|
|
Serialların ailənin psixologiyasına təsiri böyükdür
|
Ancaq serialdan seriala da fərq var
Ailə sosiologiya elmi baxımından evlənmək, ya da qohumluq xətti ilə gələn real həyat birliyidir. Ailə sözü Qərb aləmində əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq aləmində isə ailə daha çox eyni evdə yaşayan və ya eyni nəsildən gələn insanların cəminə deyilir. Ailə başçıları olaraq ana-ata tərəfindən idarə olunan ailənin idarəetmə üsulu daha səmərəli hesab olunur. Bu ailədə hər iki tərəf eyni hüquqlara malikdir. Belə ki, istər ailədaxili, istərsə də ailədən kənar problemlərin həlli zamanı hər iki məsul şəxsin fikirləri irəli sürülür. Əgər bir-birinə zidd olan fikirlər yaranarsa, bu problemlərin həlli zamanı qüsurlar ortaya çıxır. Ailə məfhumunun mənasını bilməyən şəxslər heç vaxt idarəetmə zamanı ailədə uğurlar əldə edə bilməzlər. "Ailə" sözünün mənası ərəbcədən tərcümədə dayanan, etimad edən mənasında işlənilir. Yəni ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplara şamil olunur. Misal üçün bir istehlakçının bir məhsul xəttindəki məhsullara o istehlakçının məhsul ailəsi deyilə bilər.
|
Oxumaq
05.02.10
|
| |
|
|
SİTM-nin rəhbəri Mübariz Əhmədoğlu 2010-cu il yanvar ayının beynəlxalq və regional ictimai-siyasi proseslərinin ümumi yekunları i
|
|
Dünən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu 2010-cu il yanvar ayının beynəlxalq və regional ictimai-siyasi proseslərinin ümumi yekunları ilə bağlı hesabat verib. M.Əhmədoğlu ilk olaraq mətbuat işçilərinə belə bir təklif ünvanlayıb: "Gəlin sizinlə birlikdə bir komissiya yaradaq və ortaya qoyaq ki, doğrudan da Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dilindən bəzi terminlər düzgün səslənmir. Yəni fakt olaraq rəsmi sənədlər var. Ermənistan XİN-in rəsmi saytında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Afinada imzalanmış sənəd təhrif olunub. Guya ki, bu sənəddə yalnız xalqların öz müqəddəratını təyin etməsi prinsipi yer alıb. Halbuki həmin sənəddə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb".
|
Oxumaq
05.02.10
|
| |
|
|
Audit şirkətlərinə bildiriş göndəriləcək
|
Şirkət hökumətin və ölkədə fəaliyyət göstərən neft-qaz şirkətlərinin hesabatlarına rəy verəcək
Dünən Dövlət Neft Fondunda (DNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) ilk iclası keçirilib. Bu barədə qəzetimizə Dövlət Neft Fondunun içtimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Mənbədən qeyd edilib ki, Çoxtərəfli Qrupun sədri, DNF-nin icraçı direktoru Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqinə dair bir sıra məsələlərdən söz açıb. İclasda Çoxtərəfli Qrupun üzvləri ÇQ-nin 2010-cu il üçün iş planını müzakirə edərək təsdiq ediblər. MHŞT-də hesabatlılıq prosesinin təkmilləşdirilməsinə dair bir sıra təklifləri də müzakirə edən qrup üzvləri müvafiq qərarlar qəbul ediblər. Eyni zamanda, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 11-ci hesabat (2009-cu ilin ilk 6 ayı) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlayıb.
|
Oxumaq
05.02.10
|
| |
|
|
İqtisadi Əməkdaşlıq Təşkilatının səmərəliliyi hələ çox aşağıdır
|
Mahmud Məmmədquliyev: "Həmişə demişik ki, təşkilatda islahatlar aparılmalıdır"
2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) baş katiblik vəzifəsi Azərbaycana keçəcək. Bu barədə dünən yurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. Nazir müavini Azərbaycanın adıçəkilən təşkilata qarşı ciddi münasibət nümayiş etdirdiyini bildirib: "Çünki biz hesab edirik ki, bu təşkilatın əhatə etdiyi region çox mühüm üstünlüklərə malikdir. Birinci növbədə, onların coğrafi yerləşməsi xüsusi əhəmiyyət daşıyır". Belə ki, region Avropa-Asiya arasında ən qısa və ən səmərəli nəqliyyat dəhlizidir. Eyni zamanda, bu ölkələrin milli sərvətləri, eləcə də insan potensialı çox böyükdür.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Sumqayıtda yanğın
|
5 nəfər xəsarət alıb
Sumqayıt şəhərində 5 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə şəhərin 5-ci mikrorayon ev 33/6-da yaşayan Çingiz Kərimova məxsus 3 otaqlı mənzildə baş verib. Nəticədə 6 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. İradə Kərimova, Sevinc Kərimova, Adil Kərimov, Elsevər Kərimov və Bəkir Ağayev isə tüstüdən zəhərlənib. Onlara xəstəxanada ilkin tibbi yardım göstərlidikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
05.02.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|