Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 5.2.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
1 oyunda 17 sarı vərəqə
Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində "İstanbul BB" və "Trabzonspor" klubları arasında keçirilən matçda futbolda nadir hallarda rast gəlinən hadisə baş verib. Apasport.az saytının məlumatına görə, görüşün baş hakimi oyun ərzində 17 dəfə əlini cibinə ataraq, futbolçulara sarı vərəqə "paylayıb". Daha əsəbi görünən meydan sahiblərinin 10 üzvünə xəbərdarlıq edilib. "Trabzonspor"dan isə 7 futbolçu xəbərdarlıq alıb. Hakimin sarı vərəqə göstərməkdən yorulduğu matç meydandakı gərginliyin əksinə olaraq, "sülh"lə nəticələnib - 1:1.
Oxumaq
05.02.10  
 
"Neftçi"dən ayrılan futbolçu Kiprə gedir
Bakının "Neftçi" klubunun sabiq legioneri Andrey Stepanov karyerasını Rusiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, cari mövsümün ilk mərhələsini "ağ-qaralar"ın heyətində keçirən 31 yaşlı eston müdafiəçi Kiprin Larnaka şəhərində təlim-məşq toplanışında olan "Ximki"yə baxışa çağırılıb.
Qeyd edək ki, dördqat Azərbaycan çempionunun heyətində möhkəmlənə bilməyən A.Stepanov daha çox ehtiyatda qalıb. O, "Neftçi"nin heyətində ümumilikdə 282 dəqiqə meydanda olub. Bunlardan 147-si çempionat (1 sarı vərəqə), 135-i ölkə kubokuna təsadüf edir.
Oxumaq
05.02.10  
 
Morattiyə bəd xəbər
Massimo Moratti bugünlərdə bəd xəbər alıb. "İnter"in prezidentinin Milan yaxınlığında yerləşən Leço qəsəbəsindəki villasına hücum çəkilib. İtaliya mənbələri villanın qapıları üzərində "daha bizə zənci lazım deyil!" cümləsini yazıb. Maraqlıdır ki, İtaliya çempionunun qaradərili hücumçusu son vaxtlar yerli stadionlarda irqçi təhqirlərə məruz qalır. Görünür, "İnter" azarkeşləri arasında qaradərili futbolçulara münasibət də birmənalı deyilmiş. Yeri gəlmişkən, milanlılar yanvar ayının son günündə "Parma"nın keniyalı hücumçusu Makdonald Mariqanı sıralarına qatıb. Görünür, yeni futbolçunun qaradərili olması irqçiləri belə addım atmağa vadar edib.
Oxumaq
05.02.10  
 
Vaqif "Tvente"nin əvəzedici heyətində
Hollandiya futbol çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Enshedenin "Tvente" klubu XXI turda "Herakles"i qəbul edib. Matçın hər hissəsində 1 qol vuran Stiv Maklarenin yetirmələri 2:0 hesablı qələbə qazanıb. Enshede təmsilçisinin qollarını Ruiz və Nkufo vurub.
Vaqifin "18-liy"ə belə düşmədiyi oyundakı qələbədən sonra "Tvente" xal hesabını 55-ə çatdırıb. 21 turdan sonra 2-ci yerdə qərarlaşan V.Cavadovun komandası eyni xala malik PSV-dən yalnız əlavə göstəricilərə görə geri qalır.
Qeyd edək ki, "Tvente" növbəti matçını fevralın 7-də səfərdə Hollandiyanın ən məşhur komandası "Ayaks"a qarşı keçirəcək. "Amsterdam-Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Hazırda üçüncü pillədə qərarlaşan "Ayaks" enshedelilərdən 9 xal geri qalır.
Oxumaq
05.02.10  
 
Mahir "Anyi"də dördüncü oyununu keçirib
Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov Rusiyanın "Anyi" klubunun heyətində 4-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçumuz Macarıstanın "Vaşaş" klubu ilə Türkiyənin Antalya şəhərində keçirilən yoxlama matçında əsas heyətdə meydana çıxıb.
"Anyi"nin gürcü baş məşqçisi Omari Tetradze qolsuz heç-heçə ilə nəticələnən görüşün hər hissəsində bir heyət buraxıb. Buna görə də Mahir fasilədən dərhal sonra əvəzlənib. Şükürov ötən ay transfer olunduğu Mahaçqala klubunda debütünü keçmiş komandası "İnter"lə yoxlama oyununda (0:2) 46-cı dəqiqədə meydana daxil olmaqla etmişdi. O, Ukraynanın "Obolon" (0:1) və Rumıniyanın "Qaz Metan" (1:1) klubları ilə matçlarda isə əsas heyətdə yer alıb və 46-cı dəqiqədə əvəzlənib.
Oxumaq
05.02.10  
 
"Bavariya"nın Riberi problemi
Bu dəfə aranı Oliç bir-birinə qatıb

Son günlər Frank Riberinin "Bavariya"da sonuncu mövsümünü keçirməsiylə bağlı iddialar birəbeş artıb. Almaniyanın bəzi mənbələri rəhbərliyin məşhur futbolçuya ultimatum verdiyini iddia edib. Frank ya tezliklə müqaviləsini yeniləməli, ya da mövsümün sonunda komandanı tərk etməlidir. Amma çox keçmədən bu versiya rəsmən təkzib edilib. Agent Alen Miliaço müştərisinin klub bosslarından ultimatum almasıyla bağlı xəbərlərin "cəfəngiyyat" olduğunu xüsusi vurğulayıb. Maraq üçün qeyd edək ki, şayiələrin yayılmasına Riberinin komanda yoldaşı İvitsa Oliç bilavasitə təsir edib. Məhz xorvat hücumçu "Bild" nəşrinə müsahibəsində Riberinin baş məşqçi Lui van Qalla bir sıra problemlərinin olmasıyla bağlı fikri dəstəkləyib. Amma Miliaço onun dediklərini bu şəkildə təkzib edib: "Ultimatumla bağlı fikir tam yanlışdır. Heç kim Riberiyə xəbərdarlıq etməyib. Bu planda klub rəhbərliyindən də izahat gözləyirəm. Axı biz futbolçunun komandada nə qədər qalacağıyla bağlı məsələni qarşıdakı aylardan birində həll edəcəyimizlə bağlı razılığa gəlmişik".
Oxumaq
05.02.10  
 
Milli Ensiklopediyanın I və II cildləri nəşrə hazırlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tərəfindən hazırlanan çoxcildli universal Milli Ensiklopediyanın "A" hərfinə aid olan I və II cildləri nəşrə hazırlanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaxın günlərdə I cild oxuculara təqdim ediləcək. "Şərq-Qərb" nəşriyyatında çap olunacaq ilk 25 min nüsxə pulsuz olaraq kitabxanalara və digər təşkilatlara paylanacaq. Kitabın abunə variantı (10 min nüsxə) isə Almaniyada nəşr olunacaq. 25 cilddə nəşrə hazırlanan Milli Ensiklopediyanın I cildinə 4281, II cildinə 4000 söz daxil edilib.
Çoxcildli universal Milli Ensiklopediyanın üçüncü cildi üzərində paralel işlərin aparılması məqsədilə "B" hərfi ilə başlayan terminlərin ümumi sözlüyü hazırlanıb və redaksiyalar tərəfindən "B" hərfinə aid məqalələrin bir qismi tərtib edilib.
Oxumaq
05.02.10  
 
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan olunub
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 5 fevral tarixdən 42 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 44-ü isə apelyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır. Vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
Oxumaq
05.02.10  
 
Prezident Almaniyada işgüzar səfərdədir
Dünən prezident İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə Almaniyaya işgüzar səfərə gəlib. Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin "Tegel" hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşılayıblar. /AzərTAc/
Oxumaq
05.02.10  
 
Azərbaycan terminlərinə aid portal yaradılıb
Yaxın günlərdə Azərbaycan terminlərinə aid www.azterm.az portalı istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin son iclasında qərar qəbul olunub. Portal AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Terminologiya Komissiyası ilə birgə yaradılıb.
Portalın yaradılmasında əsas məqsəd mövcud terminoloyi lüğətləri ilk dəfə olaraq vahid mərkəzdə toplamaq, şagird, tələbə, müəllim və elmi araşdırmalarla məşğul olanların, müxtəlif peşə sahiblərinin gündəlik işlərində rastlaşdıqları terminlərin izahını asanlıqla tapmasına yardımçı olmaqdır. Hazırda Azərbaycanda elm və texnikanın müxtəlif sahələrinə aid təxminən 600-ə yaxın terminoloyi lüğət mövcuddur. Portalın yaradılması xaricdə yaşayan azərbaycanlılara da Azərbaycan dilinin qanunauyğunluqlarına əsaslanan terminlərdən istifadə etmək imkanı verəcək.
Oxumaq
05.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •