|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
İtaliya parlamentinə Cənubi Qafqaza dair qətnamə çıxarılır
|
Sənəddə çox mühüm məqamların yer alacağı gözlənilir
Yaxın vaxtlarda İtaliya parlamentində Cənubi Qafqazdakı vəziyyətə dair qətnamə layihəsi müzakirə olunacaq. Bu barədə bu günlərdə parlament nümayəndə heyətinin tərkibində Romada səfərdə olmuş millət vəkili Fuad Muradov məlumat verdi. O qeyd etdi ki, İtaliya parlamentində müzakirəsi olacaq qətnamədə çox mühüm məqamların yer alacağı gözlənilir. Millət vəkilinin sözlərinə görə, təxminən bir il öncə Almaniya Bundestaqı Cənubi Qafqazdakı vəziyyətlə bağlı çox obyektiv bir qətnamə qəbul edib. İlk dəfə bir Avropa ölkəsinin parlamenti Ermənistanın işğalçılıq siyasətini pisləyib və bu siyasətin dayandırılmasını tələb edib. Hazırda İtaliya parlamenti ilə də bu istiqamətdə iş aparılır. Qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı müəyyən məqamlar yer alacaq. "Hesab edirəm ki, yaxın vaxtlarda İtaliya parlamentinin də müəyyən addımlar atdığının şahidi olacağıq" - deyə millət vəkili vurğuladı. F.Muradov qeyd etdi ki, İtaliya Azərbaycana böyük diqqət yetirir. Məhz bunun nəticəsidir ki, bu yaxınlarda İtaliya parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb. Hələlik dostluq qrupunun rəhbəri seçilməyib. Amma bu postda İtaliya Senatının Avropa məsələləri üzrə komitəsinin sədri xanım Rossana Boldinin rəhbərlik edəcəyi gözlənilir.
|
Oxumaq
04.02.10
|
| |
|
|
"Mən "Anyi"ni sevirəm"
|
Mahir Şükürov evlənməzdən əvvəl doyunca futbol oynamaq istəyir
Azərbaycan milli komandasının müdafiəçisi, "Anyi" klubunun yeni transferi Mahir Şükürovun müsahibəsi
- "Anyi"yə keçidiniz necə baş tutdu?
- Təkliflərim çox idi. "Anyi"ni yalnız ona görə seçmədim ki, Mahaçqala vətənimə yaxındır. Hərçənd, bu məsələdə məsafənin mənim üçün əhəmiyyət kəsb etdiyini gizlətmirəm. Qafqaz ruhu, oxşar mentalitet, nəhayət, Dağıstanın müsəlman bölgəsi olması - bütün bunların hamısı qərarıma təsir etdi. İndi artıq deyə bilərəm ki, məni Moskva "Dinamo"su, "Amkar, Nalçik "Spartak"ı və II Bundesliqadan bir komanda dəvət edirdi.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Omanın xarici işlər nazirindən birmənalı mövqe
|
"Hamıya məlumdur ki, Ermənistan Azərbaycan ərazilərini silahlı yolla işğal edib"
Oman Sultanlığının xarici işlər naziri Yusif bin Alavi bin Abdullanın APA-ya müsahibəsi
- Azərbaycana səfərinizin nəticələrini necə qiymətləndirirsiniz? Mövcud əlaqələrin səviyyəsindən razısınızmı?
- Bakıda olmağımdan çox şadam. Bu səfər həmkarım Elmar Məmmədyarovun dəvəti əsasında baş tutub. Biz səfər çərçivəsində ikitərəfli əlaqələrin perspektivlərini müzakirə etdik. Mən Azərbaycana ilk dəfə 1992-ci ildə gəlmişdim. İndi Azərbaycanın, xüsusilə Bakının geniş inkişafının şahidi oldum. İstər iqtisadi, istər siyasi, istər memarlıq-inşaat sahəsində Azərbaycan bir çox uğurlar əldə edib. Mən bu inkişafı görməkdən çox şadam.
|
Oxumaq
04.02.10
|
| |
|
|
"Fermerlər tək özləri-özləri üçün heç nə edə bilmirlər"
|
Eldar İbrahimov kooperasiyaların yaradılmasını çox xeyirli hesab edir
Məlum olduğu kimi, artıq Milli Məclisin yaz sessiyası işə başlayıb. Parlamentin müxtəlif komitələri sessiya ərzində müzakirələrə hansı qanun layihələrini təqdim edəcəklərini açıqlayıblar. Milli Məclisin Aqrar siyasət komitəsi də bu sessiya çərçivəsində 3 qanun layihəsinin müzakirəsini planlaşdırır. Onlardan biri də "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsidir. Qanun layihəsi Azərbaycanın kənd rayonlarında kənd təsərrüfatı kooperasiyalarının yaradılmasını nəzərdə tutur. Komitəsinin sədri Eldar İbrahimov bu qanunun qəbulunun kənd təsərrüfatı istehsalçılarına dəstək olacağını deyir.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Misir Mərdanov qəbul imtahanlarının nəticələrindən narazıdır
|
Təhsilin səviyyəsini aşağı düşürən səbəblər araşdırılmalıdır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən Bakı şəhərində 2009/-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Zona müşavirəsində təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, müvafiq dövlət qurumlarının əməkdaşları, ekspertlər, eləcə də Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xocalı və Xocavənd rayonlarının məktəb direktorları və müəllimləri iştirak ediblər.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Toy mafiyasının oyununda
|
Və yaxud Azərbaycan toyunu necə dəyişdirirlər?
Ötən yazımızda toyaqədərki mərhələni özündə əks etdirən adət-ənənlərimiz haqda qeydlərimiz olmuşdu. Mövzunu bu xətt üzrə davam etdiririk. Bir daha təkrarlayaq ki, söhbət nəmər adı ilə alınan mədəni "rüşvətlər"dən və tərəflərin hədər yerə xərclədikləri pullardan gedir. Onu da qeyd etmişdik ki, toy mədəniyyətinin korlanmasında və cəmiyyətin deqradasiyasında bu nəmərlərin müstəsna rolu olub. Məhz bu cür "rüşvətlər"lə xəmiri yoğrulan uşağın gələcəyi müasir başıpozuq gənclər olmalı idi. Davam edək. Süd haqqı. Toy günü oğlan anasından qız anasına böyüdüb boya-başa çatdırdığı qızı əvəzi, ana haqqının halallığı naminə ona çox dəyərli bir hədiyyə göndərilir. Qızın anadan faktiki satın alınması deyilsə, bunun başqa adını tapın. Bayramlıq.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Tələbə yataqxanalarındakı məcburi köçkünlərin köçürülməsi başlanır
|
Proses mərhələli şəkildə həyata keçirilməlidir
Ali təhsil müəssisələrinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin hamısını birdən köçürmək qeyri-mümkündür. Ona görə də bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Bu barədə dünən təhsil naziri Misir Mərdanov məlumat verib. Nazirin sözlərinə görə, məcburi köçkünlərin ali məktəblərin yataqxanalarından köçürülməsinə bu il başlanacaq: "Bu barədə Nazirlər Kabinetinin iclasında ölkə prezidenti tərəfindən müəyyən məlumat verilib. Əli Həsənov da həmin məlumata əsasən bu açıqlamanı verib. Ölkə prezidentinin bir tapşırığı var ki, ali məktəblərin, ümumiyyətlə, təhsil müəssisələrinin özündə və yataqxanalarında məskunlaşan məcburi köçkünlər üçün evlər tikilsin və onlar oraya köçürülsün. Bu il ali məktəblərin yəqin ki bir neçəsində bununla bağlı işlər görüləcək".
|
Oxumaq
04.02.10
|
| |
|
|
İndoneziya Azərbaycanda səfirlik açacaq
|
|
İndoneziya hökuməti Azərbaycan da daxil olmaqla bir neçə ölkədə səfirlik açmaq barədə qərar qəbul edib. Azərbaycan XİN-dən APA-ya verilən xəbərə görə, İndoneziya Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb. Səfirliklərin açılmasında məqsəd İndoneziyanın xarici ölkələrlə əlaqələrinin və əməkdaşlığının inkişaf etdirilməsi, İndoneziya diplomatiyasının fəaliyyətinin genişləndirilməsi, indoneziyalıların hüquqlarının qorunması, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsidir.
|
Oxumaq
04.02.10
|
| |
|
|
"Təmiz Şəhər" ASC-nin internet saytının təqdimatı keçirilib
|
Dünən "Təmiz Şəhər" ASC-nin rəsmi internet saytının (www.tamizshahar.az) təqdimatı keçirilib. "APA-Economics"in məlumatına görə, təqdimat mərasimində İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, ARDNŞ, Bakı şəhər İcra Hakimiyyəti və QHT-lərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, internet saytın təqdimatını keçirib. Qeyd edək ki, "Təmiz Şəhər" ASC Azərbaycan prezidentinin sərəncamı ilə 2008-ci ilin avqust ayında təsis edilib. Şəhər tullantılarının müasir standartlara uyğun idarə edilməsi, yerləşdirilməsi və utilizasiyası səhmdar cəmiyyətə həvalə olunub.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Bu il Balaxanı poliqonunda ilk çeşidləyici qurğu istifadəyə veriləcək
|
Cari ilin sonuna qədər Balaxanı məişət tullantıları poliqonunda ilk çeşidləyici qurğu quraşdırılaraq istifadəyə veriləcək. "APA-Economics"in bildirdiyinə görə, bu barədə "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat verilib. Z.İbrahimovun sözlərinə görə, gələcəkdə Bakıda və Abşeronda məişət tullantılarının bir neçə toplama və çeşidləmə məntəqəsinin yaradılması planlaşdırılır. Bu məntəqələrdə tullantıların təkrar emal üçün yararlı hissəsi ayrılacaq, qalan hissəsi yandırılma və ya digər üsullarla zərərsizləşdiriləcək. Səhmdar cəmiyyətinin sədri bildirib ki, Balaxanıda məişət tullantılarının emalı zavodu 2012-ci ilin sonunda istifadəyə veriləcək. Artıq zavodun özülünün tikintisi aparılır.
|
Oxumaq
04.02.10
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|