Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 




 
 
 
Xəbərlər / 4.2.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Valyutadəyişmə məntəqələrinə basqın edən sabiq polislərin apelyasiya şikayətinə baxılır
Məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək

Bakı Apelyasiya Məhkəməsində valyutadəyişmə məntəqələrinə və digər obyektlərə basqınlar edərək cinayətlər törətməkdə ittiham olunan, dəstə üzvlərinin apellyasiya şikayəti üzrə məhkəmənın hazırlıq iclası keçirilib. Məhkəmə qarşısında 1998-2008-ci illər ərzində Bakı şəhərində 30-dan çox valyutadəyişmə məntəqələrinə və digər obyektlərə silahlı basqınlarda ittiham olunan sabiq polis əməkdaşları Mehdi Əmirəliyev, İrac Nəsrullayev və Ceyhun Qarayev, Rauf Rzayev, Seyran Bağırov və İsmayıl Feyziyev cavab verir. Dəstə Bakının müxtəlif rayonlarında 20-dən artıq belə cinayət törədib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mehdi Əmirəliyev və İrac Nəsrullayevin hər birinə 15 il, İsmayıl Feyziyevlə Ceyhun Qarayevin hərəsinə 12, Rauf Rzayevə 4 və Seyran Bağırova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Oxumaq
04.02.10  
 
17 il əvvəl törədilən cinayətin araşdırması
Ağamalı Bəhmənov əmisi uşaqları ilə əlbir olub bacısını qətlə yetirib

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Şakir Ələsgərovun sədrliyi ilə bacısını qətlə yetirən şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Yardımlı rayon sakinləri Ağamalı Bəhmənov və onun əmisi oğlanları Fərail və Xubiyar Bəhmənovlar cavab verir. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə ittiham olunur.
Oxumaq
04.02.10  
 
Generalın yaşadığı binanın mühafizəçisinə hökm oxunub
Elşən Eyvazov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Dünən Yasamal rayon Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev yaşadığı binanın mühafizəçisi işləyən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında R.Rzayev qətlə yetirilən gün onun yaşadığı binanın mühafizəçisi kimi növbədə olan Elşən Eyvazov cavab verib.
Məhkəməyə son söz deyən E.Eyvazov ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb və hakimdən barəsində ədalətli qərar çıxarmağı xahiş edib. Hökmə əsasən, E.Eyvazovun əməlindən Cinayət Məcəllsinin 320.1-ci (saxta sənəd hazırlama) maddəsini xaric edilib. Məhkəmənin hökmü iləE.Eyvazov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 234-cü (narkotik vasitələri saxlama) maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsə 5 il cəza verilməsini istəmişdi.
Oxumaq
04.02.10  
 
"Xalq Yaradıcılığı Paytaxtları" - Gəncə, Şəki və Qazax
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq, Mədəniyyət və Turizm Nazirliyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramını təsdiq edib. Nazirliyin mətbuat xidmətindən qəzetimizə verilən məlumatda bildirilir ki, proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib.
Oxumaq
04.02.10  
 
Sumqayıt Dövlət Musiqili Dram Teatrı yeni tamaşalar hazırlayır
Teatrın qastrol səfəri də gözlənilir

Bu il ərzində Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında bir neçə yeni tamaşa hazırlanacaq. Teatrın direktoru Mehman Şükürovun bildirdiyinə görə, yaxın günlərdə Mirzəağa Atəşin ailə-məişət mövzusunda yazdığı "Şərəfin sandığı" komediyasının nümayişi keçiriləcək. Tamaşa
Əməkdar artist, teatrın baş reyissoru Firudin Məhərrəmovun quruluşunda hazırlanıb.
Əvəz Mahmud Lələdağın qələmə aldığı "Gecikmiş etiraf" tarixi dramının quruluşçu reyissoru Vasif Məmmədovdur. Hazırda əsərin məşqləri davam edir.
Oxumaq
04.02.10  
 
Nazim Rzayevin yubileyi qeyd ediləcək
Fevralın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Nazim Rzayevin 85 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək. Bu barədə Filarmoniyanın mətbuat xidmətindən məlumat verilib.
Xəbərdə bildirilir ki, gecədə bədii rəhbəri Xalq artisti Teymur Göyçəyev olan Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti reallaşacaq. Konsertdə Günel Ələkbərova solist kimi çıxış edəcək.
Məlumat üçün bildirək ki, Nazim Rzayev Kamera Orkestrinin yarandığı gündən 1992-ci ilə qədər orkestrin baş diriyoru olub. Musiqiçi 1974-cü ildə "Nəsimi" poemasına verdiyi vokal xoreoqrafik quruluşa görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Oxumaq
04.02.10  
 
"Ebru Gündeşin sevgilisi mənim qızımla evlənə bilməz"
Günelin atası deyir ki, Rza Zərrab əlində iki qarpız tutub

Azəri qızı Günellə iş adamı Rza Zərrabın söz müharibəsi davam edir. Tərəflərin ittihamları onların keçmişi ilə bağlı bir çox məqamı ortaya qoyub. Bu dəfə danışan isə Günelin atası Rəhman Zeynalov oldu. O, yerli mətbuata bəzi açıqlamalar verib. Bildirib ki, Rza bir əldə iki qarpız tutmaq istəyib. Günel isə "mən özümü küçədən tapmamışam ki, sən onunla bərabər olub, məni sevəsən" deyib. O, Günellə Rzanın 15-16 yaşlarından bir-birlərini sevdiklərini söyləyib: "Rzanın o qadın - Ebru Gündeşlə münasibətləri yarandıqdan sonra Günel onunla münasibətləri kəsib".
Oxumaq
04.02.10  
 
"Repertuarımızı süni gülüş doğuran tamaşalardan təmizləmək üçün mücadilə etmişik&a
Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi: "İndi bizim öz tamaşaçı auditoriyamız var"

Musiqili Komediya Teatrı İranda keçirilən 28-ci Beynəlxalq Fəcr Festivalından qələbə ilə qayıdıb. Dahi Üzeyir Hacıbəylinin "Məşədi İbad" operettası ilə festivala qatılan teatrın kollektivi yanvar ayının 22-i və 23-ü Tehranın ən böyük teatr-konsert salonu, möhtəşəm Talari Vəhdət Sarayında çıxış edib. Dünyanın 50-yə yaxın ölkəsinin qatıldığı Fəcr Festivalında Musiqili Komediya Teatrının ilk dəfə iştirak etməsinə baxmayaraq, "Məşədi İbad" festivalın ən çox tamaşaçı toplayan əsəri hesab edilib.
Teatrın direktoru Əliqismət Lalayev səfər təəssüratlarını bizimlə bölüşdü:
Oxumaq
04.02.10  
 
Elektron kitabxana və Elektron kataloqlar istifadəçilərə təqdim olunub
Proses region kitabxanalarında davam etdirilir

"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabxanalarında Elektron kitabxana və Elektron kataloqların yaradılması işinə təkan verilir.
Dünən Prezidentin İşlər İdarəsinin "Prezident Kitabxanası"nda (www.preslib.az), M.F.Axundov adına Milli Kitabxanada (www.anl.az), C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) və s. Elektron kitabxana və Elektron kataloqlar istifadəçilərə təqdim edilib.
Oxumaq
04.02.10  
 
Kamil insan formalaşdırmaq eşqinə düşməyin
Çünki bu, təkcə tərbiyə edəndən asılı olan proses deyil

İnsanın dünyaya fərd, yoxsa şəxsiyyət kimi gəlməsi həm psixoloqlar, həm də filosoflar arasında hələ də qruplar ayırmağa qadir olan, başqa sözlə, açıq qalan mövzudur. Bu fərqli fikirlər pedaqoqlar arasında da bir sıra ziddiyyətlər yaradır. Pedaqoq-tərbiyə edən və təlim keçən "ona şəxsiyyət kimi, yoxsa fərd kimi yanaşmalı?" sualına müxtəlif cür yanaşır. Yəni bəziləri ona fərd kimi yanaşaraq, Con Lokkun təbirincə desək, "ağ kağıza lazımi qaydalar sistemini yazmağ"a başlayır. Bəziləri isə ona şəxsiyyət kimi yanaşaraq, tərbiyə və təlim üsullarının seçilməsində ona azadlıq verir. Əslində, hər iki təcrübənin fəxr ediləsi bir sıra nümunələri var. Ancaq mübahisələr "hansı daha səmərəlidir?" mövzusu ətrafında yaranır. Yəqin ki, sovet dövrünün pedaqoqlarının və tələbələrinin böyük pedaqoq Makarenkonun "Pedaqoyi poema"sından xəbəri var.
Oxumaq
04.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: