Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 4.2.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Yula arzuolunmaz vəziyyətə düşüb
Başıbəlalı futbolçu polisə aparılıb

"Dənizlispor"un yeni transferi Süleyman Yula arzuolunmaz vəziyyətə düşüb. Başıbəlalı futbolçu Brüsseldən İstanbula uçarkən Atatürk hava limanında Bakırköy ədliyyəsi tərəfindən ifadəsi alınmaq üçün tutulub. Buna səbəb onun şəxsiyyət vəsiqəsində olan bəzi problemlər olub. Lakin Türkiyə mətbuatı onun tutulmasını başqa səbəblərlə izah edir. Belə ki, qaradərili futbolçu "Əskişəhərspor"dan qalmaqallı şəkildə ayrılarkən baş məşqçi Rza Çalımbayı saxtakar adlandırmışdı. Polislər əlinə düşən fürsətdən istifadə edərək ondan buna görə də izahat tələb ediblər. O, təxminən 2 saata yaxın ifadə verdikdən sonra buraxılıb. Əlbəttə ki, türkiyəli yurnalistlər belə fürsəti əldən verməyərək futbolçunu sorğu-suala tutublar: "Deyəsən, mənim işlətdiyim "saxtakar" sözü səhv başa düşülüb. Sadəcə, türk dilində yaxşı bilmədiyim üçün belə demişəm. Heç kimi təhqir etmək niyyətim olmayıb. Əminəm ki, Rza Çalımbay da məni səhv başa düşüb. Amma etiraf edim ki, bu məşqçiylə daha danışmırıq.
Oxumaq
04.02.10  
 
Yığmamız yerində saydı
FİFA 2010-cu il üçün ilk reytinq cədvəlini açıqladı

FİFA milli komandaların 2010-cu il üçün ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması mövqeyini dəyişməyib. Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız 2009-cu ili başa vurduğu 114-cü yerdə qalıb. Hesabında 236 xal olan yığmamız UEFA-da 45-ci pilədə yerdədir. Milli komandamızın qarşıdakı yoldaşlıq görüşləri üçün rəqiblərindən Lüksemburq (195 xal) 4 pillə irəliləyərək, 124-cü, 5 pillə irəliləyən İordaniya yığması (276 xal) 106-cı yerə yüksəlib. FİFA-nın reytinq cədvəlində ilk "üçlük" də dəyişməyib - İspaniya (1627 xal), Braziliya (1568 xal), Hollandiya (1288 xal). Daha bir pillə geriləyən Türkiyə yığması (728 xal) 42-ci yerə düşüb.
Qeyd edək ki, FİFA yanvarda reytinq cədvəlini açıqlamamışdı.
Oxumaq
04.02.10  
 
Hiddink püşkatmada Türkiyəni təmsil edə bilər
Haci də türklərə məşqçilik etməyi arzulayır

Qus Hiddinkin Türkiyə milli komandasının yeni baş məşqçisi olacağı yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, məşhur LİGTV kanalında 64 yaşlı holland mütəxəssisin artıq fevralın 8-də bu vəzifəyə təyin ediləcəyi bildirilib. Türkiyə Futbol Federasiyası bu informasiyanı nə təsdiq, nə də təkzib edib.
"Fanatik" qəzetinin əməkdaşları isə Q.Hiddinklə daha tez müqavilə bağlanılacağını yazıblar. Belə ki, Türkiyə tərəfi təyinatı istirahət günlərinə qədər, haradasa cümə günü reallaşdırmağı nəzərdə tutub. Bu da bazar günü milli komandamızın baş məşqçisi Berti Foqtsun da iştirakı nəzərdə tutulan 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasını keçiriləcəyi ilə bağlıdır. Yəni, türkiyəlilər Polşanın paytaxtı Varşavada baş tutacaq həmin tədbirdə Q.Hiddinkin onları təmsil etməsini istəyirlər.
Oxumaq
04.02.10  
 
DSMF-yə xaricdən daxil olan müraciətlərin sayı artıb
MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edir

2009-cu il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı artıb. Belə ki, ötən il fondun Beynəlxalq əlaqələr sektoruna 2008-ci illə müqayisədə bu qəbildən olan müraciətlər 17 faiz çox daxil olub. Bu barədə qəzetimizə qurumun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Fonddan qeyd edilib ki, 2009-cu ildə DSMF-yə daxil olan 2266 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib.
Oxumaq
04.02.10  
 
Tikintidə daha bir faciə
Lökbatan qəsəbəsində bədbəxt hadisə baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Nəsimi rayonu Neftçilər prospektində inşa olunan binanın liftinin metal hissəsi qoparaq orada fəhlə işləyən Lökbatan qəsəbə sakini Rəfayel İsrafilovun başına düşüb. Nəticədə R.İsrafilov hadisə yerində dünyası dəyişib. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Oxumaq
04.02.10  
 
Türkiyə vətəndaşı Bakıda dünyasını dəyişib
Ahmet Günaydın Müzaffer dəm qazından boğulub

Türkiyə vətəndaşı Bakıda dünyasını dəyişib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Z.Yusifov küçəsində yaşayan Türkiyə vətəndaşı Ahmet Günaydın Müzaffer evində dəm qazından boğulub. Onun meyiti hadisə baş verəndən bir neçə saat sonra hamamda aşkarlanıb. Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxumaq
04.02.10  
 
Xadimənin xəyanəti
Samirə işlədiyi evdən 1300 dollar oğurlayıb

Hüquq-mühafizə orqanları oğurluqla bağlı bir neçə faktın üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.İmranova məxsus avtomaşından oğurluq edən şəxslər tutulub. Saxlanılanlar Mehdiabad qəsəbə sakinləri Ceyhun Əhmədov və Fəqan Qəhrəmanovdur.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, S.Rəhman küçəsində yaşayan Bakı şəhər sakini Ehtiram Əliyevin mənzilindən 1.300 dollar oğurlanıb. Faktla bağlı evdə xadimə işləyən Samirə Ələkbərova saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
04.02.10  
 
İnsan alveri ilə bağlı daha bir fakt
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insan alveri ilə məşğul olan şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Salyan rayon sakini Şəfayət Məmmədovadır. Ş.Məmmədova gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilir. Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar aparılır.
Oxumaq
04.02.10  
 
Bir gündə 38 cinayət
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 38 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 20-i "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 2 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər saxlanılıb.
Oxumaq
04.02.10  
 
Narkotik alverçilərinin məhkəməsi başlayıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında İran İslam Respublikasının vətəndaşı Qulamrza Rəhman Acar, Azərbaycan vətəndaşları - Ədalət Hüseynov Mənsur Ağayev, Seyfulla Mehbalıyev və Əhməd Səfərov cavab verir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qaçaqmalçılıq maddələri ilə ittiham olunur. Təqsirləndirilənlər 2009-cu il yanvarın 6-da Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin əməkdaşları tərəfindən həbs ediliblər. Məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilir.
Oxumaq
04.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •