|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Azərbaycan Türkiyəyə Gürcüstan vasitəsilə elektrik eneryisi ötürəcək
|
|
Tezliklə Azərbaycanın Türkiyəyə birbaşa elektrik eneryisi ötürmə imkanı olacaq. Bu barədə APA-nın yerli bürosuna Gürcüstanın energetika naziri Aleksandr Xetaquri məlumat verib. Onun sözlərinə görə, layihəni həyata keçirmək üçün artıq Gürcüstan tərəfi işə başlayıb. nazir qeyd edib ki, artıq Gürcüstan və Türkiyə arasında yüksək gərginlikli elektrik xəttinin tikintisinə başlanılıb: "500 kilovoltluq bu xətt 1000 meqavatlıq elektrik eneryisini ötürmək qabiliyyətinə malik olacaq. Xəttin tikintisi 2012-ci ilin may ayına qədər sona çatacaq. Biz "Azəreneryi" ilə razılaşmışıq ki, 2011-ci ilin axırına kimi Azərbaycan və Gürcüstanı birləşdirəcək yüksək gərginlikli xətt reabilitasiya olunub yenidən tikilsin. Bu xəttin də gücü 500 kilovolt olacaq. Həmin xətt Qardabanidən keçəcək. Bununla Azərbaycanın Türkiyəyə birbaşa elektrik eneryisi ötürmə imkanı olacaq. Bu layihə neft və qazdan sonra Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik eneryisi üzrə üçüncü əhəmiyyətli layihə olacaq".
|
Oxumaq
04.02.10
|
| |
|
|
491 əcnəbi barəsində ölkəni tərk etmə qərarı qəbul edilib
|
|
Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa və s. ilə bağlı 4690 müraciət daxil olub. DMX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, müraciətlərin hər biri ayrı-ayrılıqda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Erməni konyaklarının etiketləri kəsilərək götürülüb
|
"Beynəlxalq Yaşıl Həftə - 2010" sərgisində Qarabağ ərazisi "Artsax" adı altında göstərilib
Almaniyanda keçirilən ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2010" sərgisində ermənilər etiketində Qarabağın Ermənistanın tərkib hissəsi kimi göstərildiyi konyakları nümayiş etdirməyə çalışıblar. Bu barədə qəzetimizə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, 1926-cı ildən başlayaraq hər il Berlin şəhərində keçirilən sərgidə kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları nümayiş etdirilir. Növbəti sərgi isə yanvarın 15-dən 24-ə qədər davam edib. Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan da 3-cü dəfə iştirak edib. Sərgidə Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və 10-dan çox şirkətin nümayəndələri təmsil edib.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Əflatun Amaşov "reket" qəzetlərə xəbərdarlıq edib
|
|
"Son günlər Mətbuat Şurasının açıqladığı "qara siyahı"larda yer alan bəzi qəzetlər məhkəmələrə üz tutur. Əksəriyyətinin iddiasında yüksək məbləğdə pul təzminatı və adlarının "qara siyahı"dan çıxarılması tələbi yer alır. Mətbuat Şurasının iş prinsipləri, məqsəd və məramları cəmiyyətə kifayət qədər yaxşı bəlli olduğundan məhkəmələrin ədalətli qərar çıxaracağına inanıram". Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. O, "qara siyahı"dakı bəzi nəşrlərin MŞ-ni məhkəməyə verməklə yanaşı, şuranın İdarə Heyəti üzvlərinə qarşı kampaniyaya başladıqlarını da bildirib: "Onlar İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətlərini ləkələməyə, işgüzar nüfuzlarına zərər gətirməyə çalışır, barələrində təhqir və böhtan xarakterli materiallar dərc edirlər. Bizi hədələyənlər, məhkəmədə iddia qaldıranlar, demokrat qiyafəsinə bürünüb ali media dəyərlərini, söz və mətbuat azadlığı prinsiplərini qoruyurlarmış kimi imitasiya edənlər, bu yolla həqiqi simalarını pərdələməyə çalışanlar da, köhnə şakərlərini yeni adla qeydiyyatdan keçirdikləri qəzetlərdə davam etdirənlər də var.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Qətərdəki səfirimiz bu ölkənin turizm idarəsinin rəhbəri ilə görüşüb
|
|
Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov bu ölkənin turizm idarəsinin rəhbəri Əhməd Nəimi ilə görüşüb. APA-nın "Əl-Raya" qəzetinə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf yolları müzakirə olunub. E.Səlimov Ə.Nəimini aprel ayında Bakıda keçiriləcək 9-cu beynəlxalq turizm sərgisinə dəvət edib.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Beş kişidən biri
|
"Mançester Yunayted" Runini dünyanın ən ödənişli 5 futbolçusundan biri edəcək
Son vaxtlar "Mançester Yunayted"in gənc hücumçusu Ueyn Runinin adı ətrafında xeyli söz-söhbət dolaşır. Bir müddət öncə ispan nəhəngləri "Barselona"yla "Real"ın 24 yaşlı forvarda marağını açıq şəkildə göstərməsi oyunçunun İngiltərədəki gələcək karyerasını sual altına salmışdı. Amma "M.Y." azarkeşləri rahatlaşa bilər. Belə ki, mankunianlar Runini satmayacaq. Üstəlik, yaxın vaxtlarda tərəflər arasında yeni, uzunmüddətli sazişin imzalanması da gündəmdədir. İspaniya mətbuatında ölkə nəhənglərinin Runiyə maraq göstərməsi haqda xəbərlər yayılan kimi, "M.Y." rəhbərliyi konkret addımlar atmağa başlayıb.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Özünü göyün 7-ci qatında hiss edəndə
|
Ronaldinyo yenə də intizamsızlıq etməyə başlayıb
Son vaxtlar çox təriflənən Ronaldinyo özünü göyün 7-ci qatında hiss etməyə başlayıb. Hər halda, onunla bağlı "Korryere della Sera" qəzetində gedən son xəbər belə düşünməyə əsas verir... Ümumiyyətlə, Avropada çıxış edən bir çox məşhur braziliyalı futbolçuların ara-sıra intizamı pozmaqla gündəmə gəldiyi haqda xəbərlərə heç də az təsadüf edilməyib. Məsələn, bu baxımdan Adriano və Robinyonun adını daha çox çəkə bilərik. Elə Ronaldinyo da özünü heç də əsl peşəkar kimi apara bilmir.
|
Oxumaq
04.02.10
|
| |
|
|
"Manisaspor" yeni baş məşqçisinə qovuşdu
|
|
Supeliqanın debütantı "Manisaspor" nəhayət ki, yeni məşqçisinə qovuşdu. Manisalıları bundan sonra Reha Kapsal çalışdıracaq. Xatırladaq ki, 18-ci turda "Əskişəhərspor"a minimal hesablı məğlubiyyətdən sonra "Manisaspor"un baş məşqçisi Məsut Bakkal öz istəyiylə istefa vermişdi. Rəhbərlik bir ara Bülənt Uyğun və Hikmət Karaman kimi məşqçilərlə danışıqlar aparsa da, onlarla razılıq əldə olunmamışdı. Artıq baş məşqçi kimi təsdiq olunan Kapsal komandasını "Dənizlispor"la kubok matçına hazırlaşdırır.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Delqadonun müqaviləsi yenə donduruldu
|
|
"Beşiktaş" Matias Delqadonun müqaviləsinin mövsümün sonunacan dondurulduğun rəsmən təsdiqləyib. Bu xəbər komandanın rəsmi internet saytında da öz təsdiqini tapıb. Qeyd edək ki, zədəsi sağalmayan argentinalı futbolçu ilkin məlumata görə, ən azı 1,5 ay da dincəlməli olacaq. Lakin Türkiyə mətbuatına inansaq o, transfer pəncərəsi açıq olan ölkələrdən birinin komandasına iyun ayına qədər icarəyə verilə bilər.
|
Oxumaq
04.02.10
|
| |
|
|
Centlmen Honda
|
|
Covanni dos Santosun gəlişindən sonra legioner limitinə görə komandadan uzaqlaşdırılan Şabani Honda nəhayət ki, susqunluğu pozub. Amma gözlənilənlərin əksinə, o, bunabənzər duruma düşən əcnəbilərdən fərqli heç də qalmaqallı açıqlamalar verməyib: "Biz peşəkar insanlarıq və işimizə də peşəkar yanaşmalıyıq. Ona görə də bu qərarı anlayışla qarşıladım. Amma qərarın bu qədər gec verilməsi bir qədər işləri korladı. Bu qədər qısa müddət ərzində özümə komanda tapmağım qeyri-mümkündür. Çox güman ki, ikinci dövrəni istirahət edərək ailəmlə keçirəcəm. İndi bir qədər istirahətə ehtiyacım var".
|
Oxumaq
04.02.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|