|
|
|
|
|
|
|
|
|
Azadlıq arzularının carçısı
|
|
AzərTAc-ın baş direktoru Aslan Aslanov: “Respublikanın ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, AzərTAc-ın xəbərlərində müntəzəm olaraq öz əksini tapmasın”
|
Oxumaq
02.03.10
|
| |
|
|
AzərTac-ın 90 illiyi münasibətilə tədbir keçirilib
|
Martın 1-də Gənc Tamaşaçılar teatrında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) 90 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov təbrik nitqilə çıxış edərək bildirib ki, "AzərTac" ötən 90 il ərzində Azərbaycan dövləti ilə bərabər bütün ictimai-siyasi, iqtisadi, mədəni inkişafın şahidi olaraq addımlayır. İnanıram ki, agentlik bundan sonra da öz şərəfli fəaliyyətini davam etdirəcək, ölkəmizin nailiyyətlərini, problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.
|
Oxumaq
02.03.10
|
| |
|
|
Xalq artisti Teymur Mustafayev: "Yaşlı və təcrübəli sənətçilər gənclərlə mübarizə aparmalıdı
|
Azərbaycan şou-biznesinin ağsaqqal nümayəndələrindən biri-71 yaşlı xanəndə, xalq artisti Teymur Mustafayev, gənc infaçıların meydanda "at oynatmalarına" başqa prizmadan yanaşır. SİA-ya açıqlamasında “Teymur əmi” təxəllüslü xanəndə bildirdi ki, yaşlı və təcrübəli sənətçilər öz aktuallıqlarını itirməməkdən ötrü, yalnız gənclərlə mübarizə aparmalıdırlar. “20-30 il bundan əvvəl səhnəyə gələn ifaçılar mənə deyirdilər ki, Teymur müəllim, sən canlı məktəbsən, hamımız səndən öyrənirik. Etiraf edirəm ki, o vaxtlar bu səmimiyyət, xeyli inandırıcı görünürdü. İndi zamanə çox dəyişib. Səhnəyə yeni addım atan gənclər heç nə öyrəmək istəmirəm.
|
Oxumaq
02.03.10
|
| |
|
|
Rəmişin səhhəti normallaşır
|
Azərbaycanın əməkdar artisti, tanınmış gitara ustası Rəmişin (Rafiq Hüseynov) səhhəti normallaşır.
O bu gün müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxıla bilər. Bu barədə Lent.az-a Rəmiş özü bildirib. Gitaraçını sözlərinə görə, hazırda müalicə davam edir. Lakin müalicə ilə yanaşı, ciddi pəhriz saxlanması da mütləqdir: “Ay yarımdır ki, səhhətimdə yaranmış problemdən əziyyət çəkirdim. Ancaq xəstəxanaya fevralın 16-dan gəlmişəm. Burda mənə nəfəs çatışmazlığı və bağırsaq keçməzliyi diaqnozu qoyulub. Şükür Allaha, artıq vəziyyətim normallaşır. Baş həkim icazə versə, sabah xəstəxanadan çıxacağam. Bir az ara verəndən sonra yəqin müalicəm yenidən davam edəcək”.
|
Oxumaq
02.03.10
|
| |
|
|
Şəmkirdə bədbəxt hadisə
|
|
Şəmkir rayonunda bədbəxt hadisə baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə fevralın 28-də saat 16.00 radələrində rayonun Qaracəmirli kəndi ərazisində baş verib. "Azərbaycan Alüminium" ASC-nə məxsus boru xətti çıxarılarkən orada işləyən Vüqar Bağırov torpağın altında qalaraq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
02.03.10
|
| |
|
|
Bir ailənin iki üzvü dünyasını dəyişib
|
Hadisəyə dəm qazı səbəb olub
Sumqayıt şəhərində dəm qazı iki nəfərin həyatına son qoyub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə fevralın 28-də saat 04.30 radələrində baş verib. Sumqayıt şəhərinin Təzə Kotec qəsəbə sakinləri - 1955-ci il təvəllüdlü Sahib Mirzəbəyov və onun arvadı 1960-cı il təvəllüdlü Leyla Mirzəyeva dəm qazından boğulub. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
02.03.10
|
| |
|
|
|