|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
"Bakı" çətin, "Qəbələ" asan qələbə qazandı
|
Nazim Süleymanovun komandası "altılıq" ümidlərini "dəfn etdi"
Dünən Premyer Liqada ikinci mərhələnin startı verildi. Apasport.az saytının məlumatına görə, "altılığ"a düşmək uğrunda mübarizə aparan "Bakı" və "Qəbələ" vacib qələbə qazandı. "Turan" "altılıq"dan əlini çoxdan üzmüşdüsə, "Olimpik-Şüvəlan" ümidini itirmirdi. Ancaq "Qəbələ"yə məğlubiyyətlə son şansdan da istifadə etməyən "təyyarəçilər" indi bütün diqqətlərini ölkə kubokuna yönəltməlidirlər. "Bakı" ilə "Qəbələ" bu qələbələrdən sonra turnir cədvəlində ən azı bir günlük irəlilədilər. Qəbələnin eyni adlı komandası xalları eyni olduğu "Neftçi"ni şəxsi oyunlarda üstələdiyi (1:0 və 1:1) üçün qabaqlayır. Premyer Liqada 38 günlük fasilədən sonra keçirilən ilk turda bütün qolları legionerlər vurdu. "Qəbələ"nin heyətində dubl edən Kristian Torres hazırda ölkəmizdə çıxış edən yeganə argentinalıdırsa, "Bakı"dan Yaba Braziliya, Gürşad Duymuş Türkiyə, "Turan"dan Rəşid Həsənov Rusiyanı təmsil edir. Maraqlıdır ki, Yaba "Turan"a hər iki görüşdə qol vurduğu halda, yeni transfer Gürşad isə "Bakı"da daxili yarışlarda debüt oyununda qol vurmaqla, komandasına mühüm 3 xal qazandırdı. "Vacib qələbə qazandıq.
|
Oxumaq
03.02.10
|
| |
|
|
"Nabukko" layihəsi həddindən artıq siyasiləşdirilir"
|
İlham Əliyev: "Biz yalnız bir marşrutdan asılılığa yol verə bilmərik"
Prezident İlham Əliyev yanvarın 27-də Davosda "Bloomberg" informasiya agentliyinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan olduqca böyük neft hasilatçısıdır. Neftin qiyməti barədə nə düşünürsünüz?
- Hesab edirəm ki, hazırda qiymət ədalətlidir. Bu qiymət hasilatçıların və istehlakçıların tələbatlarına cavab verir və eyni zamanda, şirkətlərə sərmayə qoymaq imkanı yaradır. Çünki hazırkı səviyyədən aşağı olan qiymət şirkətlərə yeni işlənmə, kəşfiyyat və hasilat işlərinə sərmayə yatırmaqda çətinlik yaradır. Zənnimcə, bu qiymət tarazlıdır.
- Hazırda qiymətlər qalxmaqda davam edir, lap yüz dolları ötsün, məgər Siz bundan məmnun olmayacaqsınızmı?
- Neftin qiymətinin kəskin şəkildə qalxması büdcəmizə əlavə vəsaitlər verdi. Lakin, eyni zamanda, bu, ölkəmizdə olduqca yüksək inflyasiya yaratdı və istehlak qiymətləri də qalxdı. Ölkənin tarazlı şəkildə inkişafını təmin etmək və əhalinin sosial vəziyyətini daha da möhkəmləndirmək məqsədi ilə əlavə imkanlar əldə etmək üçün hesab edirəm ki, qiymət təxminən 90 və ya 100 dollar səviyyəsində olmalıdır.
|
Oxumaq
03.02.10
|
| |
|
|
"Biz regionlarda AİDS görmürük"
|
Yeni layihənin icrasına başlanıb
"Azad Gənclər" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Biz regionlarda AİDS görmürük" adlı layihənin icrasına başlayıb. İctimai Birlikdən qəzetimizə verilən məlumata görə, layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları əsrin təhlükəli xəstəliyi hesab olunan AİDS-dən qorumaqdır. Kampaniya 2010-cu ilin yanvar-mart aylarında Azərbaycanın dörd bölgəsində - Tovuz, Şəmkir, Qazax və Cəlilabad rayonlarında həyata keçiriləcək.
|
Oxumaq
03.02.10
|
| |
|
|
"Bərəkət" əmtəə nişanlı təhlükəli məhsullar aşkarlanıb
|
Məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar var
Sabunçu rayonunda yerləşən fiziki şəxs A.M.Dördyola məxsus müəssisədə istehsal olunan "Bərəkət" əmtəə nişanlı süd məhsulları normativ sənədlərin tələblərinə cavab verməyib. Belə ki, uyğunluq sertifikatları almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) edilən müraciətə baxılaraq müəssisədə araşdırma aparılıb. Komitədən verilən məlumata görə, hazır məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Müayinə nəticəsində pendir, xama və qatıq məhsullarının mikrobioloyi göstəricilərinə görə standartların tələblərinə cavab vermədiyi müəyyən olunub. Məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar olunub. Həmçinin fiziki-kimyəvi göstəricilərə görə, xamada yağın kütlə payı, qatıqda isə sinkin (ağır metal) kütlə payı normadan çox olub. Aşkar olunan nöqsanlara görə müəssisəyə sertifikat verilməyib və məhsul istehsalı dayandırılıb.
|
Oxumaq
03.02.10
|
| |
|
|
"Gənclərdə fəallıq azalıb"
|
Əkrəm Abdullayev müasir gəncliyin daha çox maddiyyata üstünlük verməsindən narahatdır
Məlum olduğu kimi, 2 Fevral Azərbaycanda Gənclər güqü kimi qeyd olunur. Bunun əsası 1996-cı ildə qoyulub. Həmin ilin 2 fevral tarixində Azərbaycanda ilk Gənclər Forumu keçirilib. Bundan cəmi bir il sonra, yəni 2 fevral 1997-ci il tarixində isə ümummili liderimiz Heydər Əliyev Gənclər Forumunun iştirakçılarının bir qrupunu qəbul edib. Orada ilkin olaraq belə bir ideya ortaya gəlib ki, 2 fevral Gənclər günü kimi elan edilsin. Elə həmin vaxt da mərhum dövlət başçısı 2 fevralın Gənclər günü elan olunması ilə bağlı sərəncam imzalayıb. O gündən də bu günə kimi 2 fevral Gənclər günü kimi Azərbaycanda qeyd olunur. Bu proseslərin iştirakçısı olan millət vəkili Əkrəm Abdullayev bu günkü gəncliyin durumu və problemləri ilə bağlı danışdı:
|
Oxumaq
03.02.10
|
| |
|
|
Hövsanda bədbəxt hadisə
|
Anar Əhmədov eyvandan yıxılaraq dünyasını dəyişib
Hövsan qəsəbəsində bədbəxt hadisə baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə Xətai rayonu Naximov küçəsindəki 29 nömrəli evin 5-ci mərtəbəsində baş verib. Həmin ünvanda yaşayan Anna Mixaylovanın bağlı qalan qapısını açmaq məqsədi ilə oraya çağırılan Hövsan qəsəbə sakini Anar Əhmədov eyvandan yıxılaraq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
03.02.10
|
| |
|
|
Dəmir yolu keçidində qəza
|
"Opel" teplovoza çırpılıb
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindəki dəmir yolu keçidində baş verib. Qusar rayon sakini Əzim Əliyevin idarə etdiyi "Opel" markalı avtomaşını teplovoza vurub. Nəticədə Ə.Əliyev hadisə yerində dünyasını dəyişib, onun xəsarət alan sərnişini, Bakı şəhər sakini Gülidə Muradova isə xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
03.02.10
|
| |
|
|
Xızıda qadınları fahişəliyə cəlb edən şəxs tutulub
|
Paytaxtda isə fahişəliklə məşğul olan qadınlar saxlanılıb
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb edən şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Xızı rayon sakini Samirə Ağahüseynovadır. O, gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilir. Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yüngül həyat tərzi keçirən bir qrup qadın saxlanılıb. "Əzizbəyov" və "Neftçilər" metro stansiyalarının yaxınlığında əxlaqsızlıqla məşğul olmaqla ictimai asayişi pozan şəxslər izahatlarının alınması üçün bölməyə gətiriliblər.
|
Oxumaq
03.02.10
|
| |
|
|
Metroda bomba həyacanı
|
Bu dəfə azyaşlı Cəlilabad sakini paytaxt polisini ayağa qaldırıb
Ötən gün paytaxtda yenidən bomba həyəcanı yaşanıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, naməlum şəxs FHN-in "112" Xidmətinə zəng edərək metronun "20 Yanvar" stansiyasına bomba qoyulması barədə məlumat veribr. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb. Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb. Yalan məlumatın isə Cəlilabad rayon sakini, azyaşlı F.Ə. tərəfindən verilməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
03.02.10
|
| |
|
|
Həmyerlisini qətlə yetirib qaçan şəxs tutulub
|
Levoni Dukaşvilidən hadisəni törədərkən istifadə etdiyi silah götürülüb
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda qətl hadisəsi törədən şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan rayonunun Qax İngiloy kənd sakini Levoni Dukaşvilidir. L.Dukaşvili münaqişə zəminində odlu silahdan atəş açaraq həmyerlisi Pərviz Məmmədovu qətlə yetirməkdə təqsirləndirilir. L.Dukaşvilidən hadisəni törədərkən istifadə etdiyi "TOZ-8" markalı tüfəng və 2 ədəd güllə götürülüb. O, qətli törətdikdən sonra hadisə yerindən qaçmışdı. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
03.02.10
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|