Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 3.2.2010
Səhifələr : # « 1 2 3 4 5
Yeni milli standartlar hazırlanacaq
Nazirlər Kabineti qaz qurğusuna, paylayıcı su kəmərləri şəbəkəsinə, su tutarlarına (su anbarlarına), qoşulmalara, siyirtmələrə, kranlara dair Azərbaycanın milli standartlarının müəyyən edilməsi barədə qərar qəbul edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabineti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları"na uyğun olaraq, həmin standartlar əsasında ARDNŞ ilə birlikdə qaz qurğusuna dair, "Azərsu" ASC ilə birlikdə paylayıcı su kəmərləri şəbəkəsinə, su tutarlarına (su anbarlarına), qoşulmalara, siyirtmələrə, kranlara dair müvafiq milli standartların müəyyən olunmuş qaydada hazırlanmasını və qeydiyyata alınmasını təmin etmək tapşırılıb.
Oxumaq
03.02.10  
 
AZAL Bakı-Naxçıvan marşrutu ilə aviareyslərin sayını azaldıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) dünəndən etibarən Bakı-Naxçıvan marşrutu üzrə sərnişin aviareyslərinin sayını azaldıb. AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, əgər bundan öncə sözügedən marşrut üzrə həftənin hər günü uçuşlar 3 dəfə yerinə yetirilirdisə, artıq fevralın 2-dən etibarən hər gün iki uçuş həyata keçirilir: "Reyslərin azaldılmasının səbəbi sərnişinlərin az olması ilə bağlıdır. Dünəndən Bakıdan Naxçıvana təyyarə hər gün saat 14:20-də və 20:40-da, Naxçıvandan Bakıya isə 16:40-da və 22:50-də uçuşlar yerinə yetirəcək".
Qeyd edək ki, hazırda "Tu-154" avialayneri ilə yerinə yetirilən Bakı-Naxçıvan marşrutuna bir aviabiletin qiyməti 75 manat, 5-12 yaşda uşaqlar, tələbər, həmçinin I və II qrup əlillər üçün isə 65 manat təşkil edir.
Oxumaq
03.02.10  
 
YAP üzvlərinin sayı yarım milyon nəfərə çatıb
Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 500 min nəfərə çatıb. APA-nın məlumatına görə, dünən partiyanın qərargahında 500 mininci üzvə partiya biletinin təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov 2 fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib və Azərbaycanda gənclərin faydalı məşğulluğu, təhsil alması üçün lazımı şəraitin yaradıldığını vurğulayıb. YAP üzvlərinin əksəriyyətini - təxminən 40 faizini gənclərin təşkil etdiyini deyən Ə.Əhmədovun sözlərinə görə, bu, gənclərin öz gələcəklərini İlham Əliyevə bağlamasına bariz sübutdur: "YAP Azərbaycanda ən güclü partiyadır. Digər partiyaların hamısı birləşsə, say, güc və digər parametrlərinə görə YAP-la müqayisə oluna bilməz. Azərbaycanda hər 10 seçicinin biri artıq YAP üzvüdür. Bu, çox yüksək rəqəmdir və dünyada əhalisinin sayı bizim ölkənin əhalisinin sayı qədər olan ölkələrdəki partiyaların heç birində bizim partiyanın üzvü qədər üzvü olan siyasi qurum yoxdur. YAP-ın 500 mininci üzvü də gəncdir və hər il partiyaya 30 min ətrafında yeni üzv qəbul olunur". Tədbirdə partiyanın 500 mininci üzvü olan Ləman Fərzəliyevaya partiya bileti təqdim olunub. BDU-nun tələbəsi olan L.Fərzəliyeva bildirib ki, o YAP-a üzv olmağı ilə fəxr edir.
Oxumaq
03.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •