Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 3.2.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Daşkəsəndəki hərbi hissəsinin vəzifəli şəxsləri məsuliyyətə cəlb olunublar
Zakir Qaralov istintaqın dövlət başçısının gündəlik nəzarətində olduğunu bildirib

"2010-cu il yanvarın 28-də Azərbaycan Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Hadisə barədə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal məlumatlandırılıb və dövlət başçısının göstərişinə əsasən, Müdafiə və Milli Təhlükəsizlik nazirlikləri, Respublika Hərbi Prokurorluğunun rəhbər heyətinə daxil olan məsul şəxslər, habelə yüksək ixtisaslı mütəxəssislər hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam olunublar". APA-nın məlumatına görə, bu sözləri "AzərTAc" dövlət agentliyinə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
Oxumaq
03.02.10  
 
"Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi bu yaz müzakirə oluna bilər
"Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə oluna bilər. APA-nın məlumatına görə, bu barədə millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, qanunun qəbulu ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) müəyyən təkliflərlə çıxış edib və bu təkliflər parlamentin müvafiq komissiyasına təqdim olunub. Sənəddə eks-prezident statusunun kimlərə şamil olunması barədə təkliflər əksini tapıb: "Başlıca tezis ondan ibarətdir ki, eks-prezident statusu o adama verilə bilər ki, o vəzifə səlahiyyətlərini axıra kimi başa çatdırır, yaxud digər səbəblərdən - səhhəti, dünyasını dəyişməsi ilə əlaqədar vəzifəsini axıra kimi icra edə bilmir. Qalan hallarda - vəzifə başında cinayətlər törətməklə, vəzifə səlahiyyətlərini aşmaqla, yaxud başqa hallarda bu status verilə bilməz. Bu, dünya praktikasından irəli gəlir. İstənilən titul istənilən insanın əlindən alına bilir. Eks-prezidentlik statusu da belədir. Prezident vətəninə, millətinə, and içdiyi Konstitusiyaya uyğun olaraq qarşısına qoyulan vəzifələrin hamısını yerinə yetirməlidir. Yerinə yetirmirsə, bu, yalnız səhhəti, istefası ilə bağlı ola bilər".
Oxumaq
03.02.10  
 
İran Azərbaycanla ticarət qaydalarını asanlaşdırır
İran İslam Respublikası Azərbaycanla ticarət qaydalarını asanlaşdırır. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib. Onun sözlərinə görə, bu qərar İran İslam İnqilabının 31-ci ildönümü ilə bağlıq qəbul olunub. A.İsgəndəri deyib ki, İran Xarici İşlər Nazirliyi qəbul edilən qərar haqda məlumatı Azərbaycanın İrandakı səfirliyinə dünən təqdim edib.
Oxumaq
03.02.10  
 
İrana səfər etmək istəyənlərin daha bir problemi həll olunacaq
İran-Azərbaycan sərhəd keçid məntəqələrində İrana səfər etmək istəyən Azərbaycan vətəndaşlarına sağlamlıq haqqında arayışlar verilməsi məsələsi müzakirə olunur. APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi deyib.
Fevralın 1-dən İrana səfər edən Azərbaycan vətəndaşlarına vizasız reyim tətbiq edildiyini deyən nazir müavini bununla bağlı sərhəd keçid məntəqələrində müəyyən problemlərin yarandığını deyib. H.Qaşqavi xatırladıb ki, İrana getmək istəyən Azərbaycan vətəndaşları Bakı, Gəncə və Lənkəran şəhərlərində sağlamlıq haqqında arayış ala bilirlər.
Nazir müavini bu tibb mərkəzlərinin sayının artırılması üçün Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən də səylər göstəriləcəyinə ümid etdiyini deyib.
H.Qaşqavi Naxçıvan Muxtar Respublikası sakinlərinin artıq iki ildir ki, İrana vizasız, sağlamlıq haqqında arayışlar almaqla getdiklərini də qeyd edib.
Oxumaq
03.02.10  
 
Azərbaycan və Omanın xarici işlər nazirləri arasında görüş keçirilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdullanı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Oman arasında sıx əlaqələrin mövcudluğunu deyən E.Məmmədyarov münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Hər iki ölkənin bir çox beynəlxalq səviyyəli məsələlərə dair eyni mövqedən çıxış etdiyini vurğulayan nazir Oman Sultanlığının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Oxumaq
03.02.10  
 
Azərbaycan Komor Adaları ilə diplomatik əlaqələr qurub
Fevarlın 1-də Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Komor Adaları Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb. Daimi Nümayəndəlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası və Komor Adaları Birliyi arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə tərtib olunan sənədi Azərbaycan hökuməti adından ölkəmizin BMT yanındakı Daimi Nümayəndəsi Aqşin Mehdiyev, Komor Adaları Birliyi hökuməti adından isə birliyin BMT yanındakı Daimi Nümayəndəsi Mohamed Toihiri imzalayıblar.
Oxumaq
03.02.10  
 
ARDNŞ 100 tələbəyə təqaüd təyin edib
Ali təhsil məktəblərinin tələbələrinə 2008-2009-cu tədris ilinin II semestrinin nəticələrinə görə Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdləri təqdim olunub. "APA-Economics"in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən, təqaüdə layiq görülmüş 100 tələbəyə, o cümlədən Azərbaycan Dövlət Neft Akademiyasının 79, Bakı Dövlət Universitetinin 8, Qafqaz Universitetinin 6, Azərbaycan Dövlət İqtisad Universitetinin 4, Moskva Dövlət Universitetinin Bakı filialının 2 və Azərbaycan Texniki Universitetinin 1 tələbəsinə ARDNŞ-nin təqaüdlərini (plastik kartları) təqdim edib.
R.Abdullayev qeyd edib ki, müsabiqədə əvvəllər olduğu kimi, təkcə ADNA tələbələri deyil, ARDNŞ-nin elan etdiyi ixtisaslar üzrə təhsil alan bütün ali məktəb tələbələri müstəqil şəkildə iştirak edə bilirlər. Artıq iki ildir şirkətin aylıq təqaüdünün məbləği 40 manatdan 70 manata qaldırılıb və təqaüdlərin fərdi plastik kartlar vasitəsilə ödənilməsinə başlanıb.
Oxumaq
03.02.10  
 
"ABŞ təhsilinə ümumi baxış" mövzusunda təqdimat keçirilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Diplomatik Akademiyasının tələbə qəbulu üzrə direktoru Cennis Ostin "ABŞ təhsilinə ümumi baxış" mövzusunda təqdimat keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə TQDK sədri Məleykə Abbaszadə, komissiyanın əməkdaşları və ekspertləri iştirak ediblər. C.Ostin məruzəsində ABŞ-ın təhsil sistemi, o cümlədən bu ölkədə ali məktəblərin müxtəlif pillələrinə qəbul proseduraları barədə geniş məlumat verib. Onun sözlərinə görə, ABŞ-da 132 mindən artıq ibtidai və orta məktəb, 6500-ə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2007-ci ildə bu ölkədə 15,6 milyon nəfər bakalavr təhsilinə, 2,3 milyon magistraturaya, 357 min nəfər isə peşə təhsilinə qəbul olunub. Yaxın gələcəkdə qəbul olanların sayının daha da artırılması nəzərdə tutulub.
C.Ostin ABŞ-da abituriyentlərin ali təhsil almaq imkanları, müraciət prosesi, tələbə qəbulu modelləri və seçim proseduraları barədə də ətraflı məlumat verib. Ekspert məruzəsinin sonunda Azərbaycanda çalışdığı müddətdə ali və orta ixtisas məktəblərinə qəbul qaydaları ilə tanış olduğunu və TQDK tərəfindən tətbiq edilən qəbul modelini yüksək qiymətləndirdiyini qeyd edib.
Oxumaq
03.02.10  
 
Ötən il torpaq satışı üzrə 749 hərrac və müsabiqə təşkil olunub
Ötən il Azərbaycanda torpaqların satışı üzrə ayrı-ayrı bələdiyyələrdə 749 hərrac və müsabiqə təşkil olunub. "APA-Economics"in xəbərinə görə, bu barədə komitənin sədri Qərib Məmmədov məlumat verib. Onun sözlərinə görə, 2008-ci il 10 dekabr tarixli 34 nömrəli fərmanla torpaq hərrac və müsabiqələrinin təşkilatçılığı səlahiyyəti tərkibi 5 nəfərdən az olmayan komissiyalara verilibb. Ötən il qısa müddətdə tərkibi bələdiyyə şurası sədrlərindən, ictimaiyyət nümayəndəsindən, yerli icra hakimiyyətlərinin nümayəndəsindən və 2 nəfər komitənin rayon və şəhər şöbələrinin nümayəndəsindən ibarət komissiyalar formalaşdırılıb. Komissiyaların səlahiyyətləri ilə bağlı sənəd nümunələri (formalar) hazırlanaraq təsdiq edilib.
Hesabat dövründə 267 bələdiyyənin mülkiyyətinə aid torpaqların texniki dövlət kadastrı sənədləri hazırlanıb.
Qeyd edək ki, Azərbaycanda torpaq hərraclarının təşkili 2009-cu ilin mart ayından keçirilir.
Oxumaq
03.02.10  
 
Qaz təchizatı şəbəkəsinin modernləşdirilməsinə 4 mlrd. manat sərmayə yatırılacaq
Azərbaycan daxilində qaz təchizatı şəbəkəsinin tam şəkildə müasirləşdirilməsinə 4 mlrd. manata yaxın investisiya yatırılacaq. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda müzakirə olunan proqram çərçivəsində ölkə ərazisinin 95% qazlaşdırılması və qaz sisteminin müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Hazırda proqramın investisiya mənbələri öyrənilir. "Burada ARDNŞ-in imkanları, qazdan yığılan vəsait və s. istifadə oluna bilər" - deyə R.Abdullayev vurğulayıb.
Qeyd edək ki, "Azəriqaz" İB 2009-cu ilin iyul ayının 1-də dövlət başçısının sərəncamı ilə ARDNŞ-in tabeçiliyinə verilmiş "Azəriqaz" QSC-nin bazasında yaradılıb.
Oxumaq
03.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •