Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 3.2.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Robinyonun növbəti hoqqabazlığı
Braziliyalı futbolçu stadiona vertolyotla endi

Braziliyalı futbolçu Robinyonun "Santos"da qarşılanma mərasimi möhtəşəm alınıb. Apasport.az saytının məlumatına görə, "Mançester Siti"dən 6 aylığa icarəyə götürülən 26 yaşlı hücumçu "Vilya Belmiro" stadionuna vertolyotla enib. 15 min tamaşaçının izlədiyi tədbirdə əfsanəvi futbolçu Pele də iştirak edib. Robinyo ilk peşəkar klubu olan (2002-2005-ci illərdə) "Santos"da 7 nömrəli formanı daşıyacaq.
Mərasimdən sonra keçirilən mətbuat konfransında yurnalistlərin suallarını cavablandıran braziliyalı "Santos"da daha çox qala biləcəyini deyib. Bundan başqa, istedadlı hücumçu sabiq klubunu - Madrid "Real"ını tənqid atəşinə tutub: "Real"da çox dilxor idim, komandadan pis ayrıldım. Rəhbərliklə aramda böyük anlaşılmazlıqlar var idi. Klublarını sevən "Real"lılar nələr yaşadığımı qəti başa düşməzlər. "Mançester Siti"də isə heç kimlə problemim olmadı".
Oxumaq
03.02.10  
 
Mircavadov "Standard"dan çəkinir
"Oyunçularla bu məsələ barədə ciddi söhbət etmişəm"

"Bizi "Standard"la heç də asan sınaq gözləmir. Bu komandanın turnir cədvəlinin sonunda yer alması oyuna ciddi yanaşmamağımıza əsas vermir". Bu fikirləri apasport.az saytına açıqlamasında "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Premyer Liqada 38 günlük fasilədən sonra ilk oyununu bu gün öz meydanında "Standard"la keçirəcək lənkəranlılar növbəti qələbəni qazanmağa iddialıdır. A.Mircavadov fasilədən sonra ilk oyunların həmişə ağır olması ilə razılaşır: "Aydın məsələdir ki, bu, həmişə belədir. Təlim-məşq toplanışından yeni gəlmisən, futbolçularda ağır məşqlərdən sonra yorğunluq var. Bu, əzələlərin ağır yüklənməsi ilə bağlıdır. Bundan əlavə, komandamıza çoxlu yeni futbolçular olduğundan uyğunlaşmağa vaxt lazımdır. Xətlər arasında əlaqə hələ istənilən səviyyədə deyil.
Oxumaq
03.02.10  
 
Azərbaycanda vərəmlə bağlı problemlər qalmaqdadır
Elcan Məmmədbəyov: "Bütün müalicə, müayinə və dərmanlar, eləcə də həkimin zəhməti pulsuzdur"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 8 milyon insan vərəmlə xəstələnir. Hər il təxminən 2 milyon insan vərəm xəstəliyi nəticəsində dünyasını dəyişir. Hər saniyə ərzində yer üzündə kimsə vərəm çöpləri ilə yoluxur. Hal-hazırda Yer kürəsi əhalisinin üçdə bir hissəsi vərəm çöpləri ilə yoluxub. Təhlükəli yoluxucu xəstəlik hesab edilən vərəm mikrobakteriya tərəfindən törədilir. Amma insan səhhəti üçün kifayət qədər təhlükəli vəziyyət yaradan bu xəstəlikdən tamamilə müalicə olunmaq və ya ona heç yoluxmamaq da mümkündür. Bunun üçün isə sadəcə xəstəliyin yaranma yollarını, yayılma səbəblərini bilmək, eyni zamanda mütəxəssisə gecikmədən müraciət etmək yetər. Yetərli olmayan isə hələki əhalinin bu sahədə məlumatsızlığıdır. Məhz bu məsələyə diqqəti çəkmək üçün Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (ASKA) "Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması"na başlayır. "Total E&P Azerbaiyan V. P." şirkəti tərəfindən maliyyələşdirilən və Vərəm Əleyhinə Milli Proqram ilə əməkdaşlıqda hazırlanan layihənin dünən Azərbaycan Media Mərkəzində təqdimatı keçirilib.
Oxumaq
03.02.10  
 
Toy mafiyasının oyununda
Və yaxud Azərbaycan toyunu necə dəyişdirirlər?

Yeni ilin adı yenidir. Dəyişən rəqəmlərdir. Cəmiyyətin təfəkkürü, fikri, yeməyə marağı və Üzeyirin mahnıları dəyişmir. Dəyişməyən yalançı bayram təbrikləri, "bayram axşamı stol arxasında ailə ilə birlikdə olmasan, 7 il ayrılıq olar" inancının yaratdığı qorxu, mobil operatorların nasazlığı, siyahı üzrə mesay göndəriləcək insanlara hazırlanan "deyurnı" sözlərdir. Əslində, ən zəhləm getdiyim prosedur yaxınlara-uzaqlara, tanıdıqlarıma, tanımadıqlarıma mesay göndərmək və ya almaqdır. Onsuz da kimlərin səmimi, kimlərin yalançı olduğunu bilirəm. Dərd belələrinə cavab yazmaqdadır. Saxta nəzakətə. Söhbət başqa mövzudadır, sadəcə, ötən ilin son gecəsi ağlıma yaxşı bir fikir gəldi. Bu il ilk dəfə olaraq dost-tanışa ümumi, "deyurnı" tostlardan sonra "arzu edirəm sizi bu il toya çağırmasınlar" yazmağı düşündüm. İnanın ki, "prob-snimka" üçün iki-üç zarafatcıl qohuma göndərdim. Biri güldü, qalan ikisi qarğış bilib incidi. Bu yazını da toydan bezib, candərdi bu ritualda iştirak edənlərə və məndən inciyən iki qohumuma ithaf edirəm.
Oxumaq
03.02.10  
 
Azərbaycanın dünyada tanıdılmasında gənclərin rolu böyükdür
"Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib

31 noyabr 1995-ci ildə Heydər Əliyev tərəfindən imzalanan fərman əsasında 2 Fevral Azərbaycan Gənclər Günü kimi qeyd olunur. Dünən bu münasibətlə "Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər" mövzusunda konfrans təşkil olunub. Tədbirə Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının (AGTMŞ) sədri, millət vəkili Fuad Muradov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, gənclər və idman nazirinin müavini İntiqam Babayev və bir çox təşkilatın nümayəndələri qatılıb.
Öncə AGTMŞ-nin sədri Fuad Muradov bütün Azərbaycan gənclərini bu bayram münasibətilə təbrik edib. O, Azərbaycan gənclərinin dünya ölkələri arasında və beynəlxalq layihələrdə çox yüksək səviyyədə çıxışının mərhum prezidentimiz Heydər Əliyevin və indi isə onun layiqli davamçısı olan İlham Əliyev cənablarının gənclərə göstərdiyi yüksək dəstəyindən irəli gəldiyini söyləyib. Azərbaycanın gənc bir ölkə olduğunu, buna baxmayaraq, dünya ölkələri arasında layiqli bir yer tutduğunu bildirən F.Muradov bu uğurlarda gənclərimizin rolunun böyük olduğunu vurğulayıb.
Oxumaq
03.02.10  
 
Gürcüstan azərbaycanlıları tərcümə şöbəsi yaradıblar
Dünən Tiflisdə fəaliyyət göstərən "Gürcüstan azərbaycanlıları arasında gürcü dilini yayan cəmiyyət" adlı QHT-nin nəzdində tərcümə şöbəsi yaradılıb. Bu barədə APA-ya təşkilatın sədri, pedaqoyi elmlər doktoru, professor Alı Musayev bildirib. Onun sözlərinə görə, tərcümə şöbəsinin yaradılmasında əsas məqsəd gürcü dilində olan dərslikləri Azərbaycan dilinə tərcümə etməklə bərabər, eyni zamanda klassik və müasir Azərbaycan və gürcü ədəbiyyatı nümunələrini oriyinaldan hər iki dilə tərcümə edərək təbliğ etməkdir: "İndiyədək tərcümə olunan dərsliklərdə çoxlu tərcümə qüsurları var.
Oxumaq
03.02.10  
 
Vergilər Nazirliyində struktur islahatları aparılıb
Vergilər Nazirliyinin bir sıra strukturlarının tərkib quruluşu, ştat vahidlərinin say və bölgüsündə dəyişiklik edilib. Bu barədə "APA-Economics"ə Vergilər Nazirliyindən məlumat verilib. Vergilər naziri Fazil Məmmədovun imzaladığı əmrlə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 1, 2 və 3 saylı filialları ləğv edilib. Ləğv olunmuş filialların ştat vahidlərinin bir qismi hesabına Bakı şəhəri Vergilər Departamentinin "Vergi borclarının məcburi almması idarəsi", "Bəyannamələrin qəbulu və işlənməsi idarəsi" və "Vergi ödəyicilərinə xidmət idarəsi" yaradılıb.
Həmçinin Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin yeni tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiqlənib.
Oxumaq
03.02.10  
 
Macarıstan-Azərbaycan biznes forumu keçiriləcək
Fevralın 22-23-də Budapeştdə Macarıstan-Azərbaycan Dövlətlərarası Komissiyasının strukturu çərçivəsində biznes forumu keçiriləcək. APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, foruma Azərbaycanın iş adamları və sahibkarları dəvət olunublar.
Tədbirdə kənd təsərrüfatı və yeyinti sənayesi, təbabət (əczaçılıq preparatları), logistika, turizm, nativ eneryi, toxuculuq məhsulları, tikinti və maliyyə sektorları üzrə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Oxumaq
03.02.10  
 
Bolqarıstan-Türkiyə qaz kəməri əks istiqamətdə Azərbaycan qazını nəql edə bilər
Bolqarıstan və Türkiyə iki ölkə arasında qaz kəmərini əks istiqamətdə istismarı barədə razılığa gəliblər ki, bu da Balkan ölkəsinə Türkiyə, Azərbaycan və Türkmənistandan qaz almaq imkanı verəcək. Bu barədə APA lenta.ru-ya istinadən məlumat verir. Bolqarıstanın energetika naziri Trayço Traykovun sözlərinə görə, revers reyimi (əks istiqamət) yalnız qaz kəmərinin dayandığı halda tətbiq olunacaq.
Qeyd edək ki, hazırda Bolqarıstan təbii qazı Rusiyadan gələn qaz kəməri vasitəsilə alır. Bu kəmərlə alınan qazın bir hissəsi isə Türkiyəyə ötürülür.
Onu da qeyd edək ki, "qaz müharibəsi" dövründə, Ukrayna ərazisindən Avropaya qazın ötürülmədiyi iki həftə ərzində Bolqarıstan qaz mənbələrinin diversifikasiyası üçün bir neçə addım atıb.
Məhz bundan sonra Azərbaycandan hər il 1 milyard kub/metr qaz alınması barədə müqavilə imzalanıb.
Oxumaq
03.02.10  
 
Bakının 5 məktəbində SMS-gündəlik layihəsi tətbiq olunacaq
Bakının orta məktəblərində SMS-gündəlik layihəsi tətbiq olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, əvvəl layihəyə beş pilot məktəb qoşulacaq. Artıq pilot layihəyə qoşulan təhsil müəssisələri də müəyyənləşib. Həmin məktəblər Bağça-Məktəb-Lisey Kompleksi, 5, 62, 204 və 239 nömrəli məktəblərdir. Məktəblərin seçilməsində təhsil müəssisəsində Valideyn-Müəllim Assosiasiyasının (VMA) fəaliyyət göstərməsi də nəzərdə tutulan amil olub.
Layihəyə əsasən, şagirdlərin qiymətləri gündəlik olaraq sms vasitəsilə valideynlərinə çatdırılacaq. Lakin bu, məcburi deyil. Valideynlər könüllü olaraq qarşılıqlı müqavilə əsasında layihəyə qoşula biləcəklər. İlkin məlumata görə, xidmət üçün aylıq ödəniş haqqı 5 manat məbləğindədir.
Oxumaq
03.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •